Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 009 (The Righteousness of God)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
Giriş: Allaha şükürlər və Məktubun əsas ideyası olaraq “Allahın salehliyi” mövzusunun açılması (Romalılar 1:1-17)

c) Biz imanda qaldıqca, Allahın salehliyi bizdə mökhəmlənir və gerçəkləşir (Romalılar 1:16-17)


ROMALILAR 1:17
17 Müjdədə Allahın salehliyi aşkar olur və bu salehlik tamamilə imanla əldə edilir. Necə ki yazılıb: «Saleh adam imanla yaşayacaq».

Allahın salehliyi məsələsi ilahiyyat elmində çox böyük bir problem təşkil edir. İnancımız səthi olsaydı, belə problem olmazdı. Lakin Allahın müqəddəsliyinin hər günahkarın ölməsini tələb etdiyini və Allahın önündə heç kəsin saleh olmadığını dərk edəndə, biz təəssüflə etiraf edirik ki, bütün bəşəriyyət bu an ölümə məhkum edilməyə layiqdir! Ancaq Allah müqəddəs və ədalətli olduğu kimi, həmçinin məhəbbət, şəfqət, səbir dolu Atadır. O, günahkarın ölməsini deyil, yaşamasını istəyir!

Buna görə də Allah, Öz müqəddəsliyi və salehliyinə məhəl qoymadan, istədiyi hər adamı əfv edə bilməz. Allah hər kəsi əfv etmək istəyər, ancaq Öz müqəddəsliyini pozaraq əsla insanı əfv etməz.

Bu problemin həlli kəffarə qurbanıdır. Günahkarın təqsiri “əvəzedici” qurban vasitəsilə aradan qaldırılır. Lakin bu dünyada heç bir heyvan və ya insan qurbanı Allahın müqəddəsliyinin tələblərinə cavab verməyə qadir olmadığı üçün, Allahın əzəldən doğulan Oğlu təyin olunmuş vaxtda bəşər olub, bizim uğrumuza ölüb, günahlarımızın cəzasını çəkib, bizə salehlik bəxş edib. Bununla belə, Romalılara Məktubun mövzusu bizim saleh sayılmağımız deyil, Allahın Özünün salehliyi, ədalətidir. Bu Məktubda qaldırılan sual budur: Müqəddəs Olan bizi, günahkarları saleh sayırsa, Özü necə ədalətli olaraq qalır? Şübhəsiz ki, bu sualın cavabı yalnız Məsihdədir.

Qanun əhli çarmıxa küfr edib deyir ki, “Əgər hər insan sadəcə olaraq Məsihin ölümünə iman edərək saleh sayıla bilirsə, onda biz çarmıxa çəkilmiş İsanın lütfü ilə saleh sayıldığımızdan arxayın olub, rahat-rahat günah edə bilərik”. Paul bu cür danışan adamlara hiddətlənərək deyirdi ki, məsihi inancı təkcə həqiqətləri təsdiq etməkdən ibarət deyildir, eləcə də Məsihin qüvvəsinin bizim zəifliyimizdə işləməsi üçün yol açan həyat və Məsihlə vəhdətdir. İsanın ardınca gedən insanın imanı bir zəncirə bənzəyir; həmən zəncirin halqaları, bizi saleh sayan, təqdis edən, kamilləşdirən Məsihə şükür və məhəbbət ilə dolu əməllərdən ibarətdir. Biz öz-özümüzü xilas etmirik, ancaq öz həyatımızı ilahi lütf üçün açırıq. Saleh sayılan adam yalnız imanla yaşayar, get-gedə imanda kamilləşər, özünün saleh olduğunu əsla düşünməz, ancaq Məsihin ona salehlik verdiyini, Öz Ruhunun əməlləri ilə gündən-günə onu hifz və təqdis etdiyini bilər. Beləcə Allah saleh və ədalətli qalaraq, hər gün bizi əfv edər, hər an təqdis edər. Biz Ona məxsusuq, Onun üçün müqəddəsik!

Allahın qədim xalqını Allahın ədaləti barədə şübhələndirən daha bir məsələ onların bu lütfü rədd etməsidir. Çünki yəhudilərin əksəriyyəti Allahın Oğlunu çarmıxa çəkdirərək, özlərinin xilas tarixinin üzərində xətt çəkdilər. Bundan əlavə, onları tövbə və imana səsləyən Müqəddəs Ruhun səsinə qarşı durdular. Bu acı həqiqəti anlayan Paul başqa həvarilərlə birlikdə öz-özünə belə sual verirdi: “İbrahimin nəslini seçmiş, onlarla əbədi əhd bağlamış Allah necə ədalətli ola bilir? Çünki biz onların Allahın Müqəddəs Ruhuna ürəklərini açmadıqları üçün, Allah tərəfindən rədd edildiklərini görürük. Məgər Allah müvəffəqiyyətsiz olubmu?” Bu suala qəti “Xeyr!” cavabı verən Paul Romalılara Məktubunun 9-11-ci fəsillərində Vəhyin cavabını açıqlayır. Bunu yəhudilərə bəraət qazandırmaq üçün deyil, sadəcə olaraq Allahın ədalətini göstərmək üçün edir. Çünki millətlərin həvarisi Rəbbimiz İsa Məsihin ilahiliyi, müqəddəsliyi və salehliyi üçün böyük qeyrət göstərirdi.

Şübhəsiz ki, həqiqi imanla yaşayan və Müqəddəs Ruhun rəhbərliyinə tabe olan adam əqlən yenilənir və yeni əhddə saleh sayılan bütün imanlılarla birgə müqəddəs həyat sürməyə qadir olur. Məsihi mənəviyyatı insanı tərbiyələndirməklə, bəşəri qabiliyyətləri inkişaf etdirməklə qalmır, Allahın cəlb edən məhəbbətinə itaətin və Oğula iman edən hər kəsə şamil edilən xilasın qüdrətinin səviyyəsinə gedib çıxır. Məsihi imanlıların davranışları Atanın adını müqəddəs tutur, salehliyini göstərir. Allahın salehliyinin izhar edilməsi Romalılara Məktubun əsas mövzusudur.

DUA: Ey Müqəddəs Üçlükdə olan vahid Allah, Sənə səcdə qılırıq, zira Sən bizi haqq imana cəlb etmisən, əvəzsiz olaraq saleh saymısan, günü-gündən bizi təqdis edir və haqq yola gətirirsən! Sən salehsən, ədalətlisən. Biz xalqların tarixində baş verən çox olayların mənasını anlaya bilməsək belə, Sənin hər zaman ədalətli olduğunu bilirik. Bizi tamamən təqdis et, xasiyyətimizi günahın qalıqlarından təmizlə, qoy biz bütün insanlar arasında həmd və xoş ətir olaq!

SUAL:

  1. Allahın salehliyi bizim inancımızla necə əlaqəlidir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:43 AM | powered by PmWiki (pmwiki-2.3.3)