Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 074 (Christ Overcame all the Differences)
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Hebrew -- Hindi -- Indonesian -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Spanish? -- Telugu -- Turkish -- Urdu? -- Yiddish

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 3 - Allahın salehliyi Məsihin ardıcıllarının həyatında zahir olur (Romalılar 12:1 - 15:13)

11. Məsih yəhudi mənşəli və başqa millətlərdən olan imanlılar arasındakı ixtilafların hamısına qalib gəldi (Romalılar 15:6-13)


ROMALILAR 15:6-13
6 (Allah sizə həmfikirlilik bəxş etsin ki,) hamınız birlikdə və bir səslə Rəbbimiz İsa Məsihin Atası olan Allahı izzətləndirəsiniz. 7 Buna görə də Məsih sizi qəbul etdiyi kimi siz də Allahın izzəti üçün bir-birinizi qəbul edin. 8 Mən də bunu bildirirəm: Məsih Allahın haqlı olduğunu göstərmək üçün sünnətlilərin xidmətçisi oldu ki, əcdadlara verilən vədləri yerinə yetirsin; 9 beləcə başqa millətlər də Allahın mərhəmətinə görə Onu izzətləndirsinlər. Necə ki yazılıb: «Buna görə millətlər arasında Sənə şükür edəcəyəm, isminə tərənnüm söyləyəcəyəm». 10 Yenə deyilir ki: «Ey millətlər, Onun xalqı ilə birgə sevinin!» 11 Başqa bir yerdə: «Ey bütün millətlər, Rəbbə həmd edin! Ey bütün ümmətlər, Onu mədh edin!» 12 Yeşaya da belə deyir: «Yesseyin Kökü gələcək, millətlərə hökmran olmaq üçün ucalacaq, millətlər Ona ümid bağlayacaq». 13 Qoy ümid mənbəyi olan Allah iman edən sizləri hər cür şadlıq və sülhlə doldursun ki, Müqəddəs Ruhun qüdrəti ilə ümidlə dolub-daşasınız.

Romalılara Məktub 9-cu fəslindən 15-ci fəslinə qədər oxuyan adam anlaya bilir ki, yəhudi mənşəli məsihilər ilə başqa millətlərdən olan məsihilərin birgə yaşayışı haqq qazandırılmayan ziddiyyəti törətmişdir. Başlıca ziddiyyətlər sünnətdən və eləcə də Musanın Qanununa, yəhudi və məsihi ayələrinə əsasən yeməklərə dair qaydalardan ibarət idi. Paulun romalılara bu gözəl sözləri yazmasının məqsədi yəhudilərdən və başqa millətlərdən olan imanlıları birləşdirmək idi. Paul bu iki tərəfi bir-birindən ayıran uçurumun üstündən bir köprü salmaq istəyirdi, çünki Məsihin Özü onları bir-biri ilə birləşdirmişdir! Buna görə Paul Məktubunun sonunda belə yazdı: “Siz mənşə və ənənə baxımından bir-birinizdən fərqlənsəniz də, bir-birinizi qəbul edin, necə ki İsa Məsih sizi qəbul və xilas edib!” Bu xilasın sirrinə vaqif olan adam mübahisəsiz, təfriqəsiz, nifrətsiz başqa imanlılarla birgə Ata, Oğul və Müqəddəs Ruhu izzətləndirir.

Məhəbbət müxtəlif imanlıların vəhdətini, həmfikirliliyini zəruri edir. Məsihin məhəbbəti mövhum ixtilaflardan güclüdür! Paul yəhudi mənşəli imanlılara bu prinsipi izah edib elan etdi ki, gözlənilən Məsih Allahın ədalətini və həqiqətini izhar etmək, sözləri və əməlləri ilə vədlərini yerinə yetirmək üçün yəhudilərin xidmətçisi oldu. Beləliklə, Məsih iman atalarına verilmiş çoxlu vədləri yerinə yetirmişdi ki, xalq həqiqətin əsla təhrif edilə bilməyəcəyini dərk etsin.

Həvari murdar bütpərəst millətlərdən olan imanlılara Allahı izzətləndirməyə layiq olduqlarını başa saldı, çünki Allah onlara rəhm edib, onları Özü ilə barışdırıb, övladlığa götürüb, təzələyib. Yəhudi olmayanların Ataya və Oğula həmd etməsi onların Məsihdə seçilmiş olduqlarını və Əhdi-Ətiqdə Məsihin millətlərə Nur olacağına dair yazılmış vədlərin yerinə yetirildiyini göstərir. Bütpərəst mənşəli imanlıların da Allahın sevincinə şərik olmaq hüququ var, çünki Məsih onların da kamil sevincinə malik olmalarını istədiyini açıqca söylədi (Yəh. 15:11; 17:13). Lakin bütpərəst mənşəli imanlılar yəhudi mənşəliləri heç vaxt unutmamalı, ancaq onlarla birgə sidq ürəkdən yekdilliklə Atanı və Oğulu izzətləndirməlidirlər (Qanun. 32:43).

Bu Əhdi-Ətiq vədləri dünyanın müxtəlif yerlərində yaşayan az saylı yəhudilərlə məhdud deyildir, bütün millətlərə məxsusdur, onların Rəbb İsanın vasitəsilə Atanı izzətləndirəcəyini bildirir (Zəb. 117:1). Bu qiymətli vədlərdə biz bütün insanlar üçün ruhani səlahiyyəti və böyük xilası tapırıq! Məsihə iman edən Onun mərhəmətinin zənginliyinə şərik olur!

Yeşaya belə peyğəmbərlik etdi: “Yesseyin kötüyündən yeni bir fidan çıxacaq… O gün Yesseyin kökü xalqlara bayraq olacaq, millətlər ona tərəf yönələcək” və Ona ümid bağlayacaqlar! Bu peyğəmbərlik İsada yerinə yetdi, çünki O Atanın sağında oturdu və göydə, yerdə bütün səlahiyyət Ona verildi. O, həvarilərinə əmr etdi ki, bütün dünyaya getsinlər və haqq yola gəlməsi, Allahın Ruhu ilə dolması, Allahın Padşahlığının onların içində qurulması üçün bütün millətləri Onun şagirdi etsinlər.

Millətlərin həvarisi imanlıların ümidlə dolub-daşmaları üçün dua edirdi, çünki imanlıların birliyi ümiddən qaynaqlanır. Həvari həm yəhudilərin, həm də başqa millətlərin səmavi sevinc və Sülh Hökmdarının sülhü ilə dolmasını, Müqəddəs Ülçükdə vahid Olana iman etməsini, Müqəddəs Ruhun ümidi və qüvvəsi ilə zənginləşməsini qarşısına məqsəd qoymuşdu.

DUA: Ey Səmavi Ata, Oğlun İsa vasitəsilə Səndən diləyirik: yəhudi mənşəli imanlılara bütpərəst mənşəli məsihilərə xor baxmamağı öyrət və qoy bütün imanlılar İsa Məsihin kəffarə qurbanı sayəsində ayrılmaz vəhdət təşkil etdiklərini anlasınlar! Hamıya Məsihdə möhkəm olmağı, imanda bir-birinə yaxınlaşmağı, Müqəddəs Ruhun qüvvəsi ilə bir olmağı nəsib et!

SUAL:

  1. Paul Romadakı imanlılar cəmiyyətindəki əsas ixtilafların necə həll ediləcəyinə ümid edirdi?

www.Waters-of-Life.net

Page last modified on June 26, 2013, at 09:52 AM | powered by PmWiki (pmwiki-2.2.109)