Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 073 (How those who are Strong in Faith ought to Behave)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek? -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish? -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 3 - Allahın salehliyi Məsihin ardıcıllarının həyatında zahir olur (Romalılar 12:1 - 15:13)

10. İmanı güclü olanlar problemlərdə necə davranmalıdırlar (Romalılar 15:1-5)


ROMALILAR 15:1-5
1 Biz imanı güclü olanlar imanı gücsüz olanların zəifliklərinə dözməliyik və yalnız özümüzü razı salmamalıyıq. 2 Hər birimiz yaxşılıq naminə inkişaf etdirmək məqsədi ilə qonşumuzu razı salaq. 3 Çünki Məsih də Özünü razı salmadı. Necə ki yazılıb: «Səni təhqir edənlərin təhqirləri altında qaldım». 4 Bundan əvvəl yazılanların hamısı bizi öyrətmək üçün yazıldı ki, dözümlə və Müqəddəs Yazıların ürək-dirəyi ilə ümidimiz olsun. 5 Dözüm verən və ürəkləndirən Allah Məsih İsanın istəyinə uyğun olaraq sizə həmfikirlilik bəxş etsin...

Yemək və içkilərə dair bütün ənənələri bilən Paul imanda güclü və Qanundan azad olan imanlılara müraciət edib yazırdı ki, özünün də onlar kimi olmasına baxmayaraq, azadlığını məhdudlaşdırmışdı. Çünki yetkin imanlılar yeni imanlıların zəifliklərinə dözməlidirlər. Onlardan hər biri kefi istəyən kimi yaşamamalı, amma elə davranmalıdır ki, tez-tez tənqid edən və imanda möhkəmlənməmiş yeni imanlıları inkişaf etdirsin. Başqalarını imanda inkişaf etdirmək öz istədiyini etməkdən daha önəmlidir.

Bu prinsip hər cəhətdən imanlılar cəmiyyətindəki eqoizmə zərbə vurur. Biz həyatımızı, işlərimizi, imkanlarımızı öz arzularımızın əsasında təşkil etmirik, amma İsaya və imanda zəif olan qardaş-bacılarımıza xidmət edirik, çünki varlığımızın mehvəri artıq öz mənliyimiz deyil, İsa və Onun cəmiyyətidir! İsa Özü üçün yaşamayıb, izzətini qoyub bəşər olub. İsa dünyanı xilas etmək üçün ittihamlardan, iftiralardan, işgəncələrdən əzab-əziyyət çəkib! Axırda O, cinayətkarları imana gətirib xilas etmək üçün Özü bir cinayətkar kimi təhqir edilərək hamının uğrunda ölüb!

İsa Müqəddəs Kitaba görə həlim, təvazökar, son dərəcədə səbirli həyat sürüb, Əhdi-Ətiq yazılarından xidməti üçün istiqamət və qüvvət alıb. İmanlılar cəmiyyətində və ya Məsihi rədd edənlərin arasında xidmət etmək istəyən hər kəs Allahın Kəlamında möhkəmlənməlidir, əks təqdirdə o, xidmətində davamlı qüvvət və sevinci itirəcək.

Paul bu mövzularla bağlı bəhsini yekunlaşdıraraq, Allahı “dözüm verən və ürəkləndirən” (Rom. 15:5) adlandırır. Yaradanımız Özü xudbin və inadkar insanlara dözür və yalnız Oğlu İsa ilə təsəlli taparaq ürəklənir. Paul Romada ibadət edən qardaş-bacılarını dözüm verən və ürəkləndirən Ruha yönəldərək cəmiyyətlərinə birlik bəxş etməsini diləyir. Bu birlik imanlıların özlərindən qaynaqlanmır, yalnız Məsihdən qaynaqlanır, çünki Məsihdə imanlılar cəmiyyəti həmfikirliliyə nail olur. İmanlılar cəmiyyətinin müvəffəqiyyəti və birliyi yalnız birbaşa Məsihin Özündən irəli gəlir. O zaman hamı birlikdə həmdlərə qoşulur və Külli-İxtiyar Hakim olan Yaradanın Rəbbimiz İsa Məsihin Atası olduğuna inanır!

Yalnız İsa əziyyətləri və ölümü ilə bizi müqəddəs Olanla barışdırdı və ölümdən dirilməsi və göyə qalxması ilə bizim üçün övladlığa götürülmək və yenidən ruhən doğulmaq haqqını satın aldı. Buna görə biz İsa Məsihin Atasını Öz Atamız kimi izzətləndirib ucalda bilirik! Ata və Oğul kamil ruhani birliyi təşkil etdiyi kimi Onun cəmiyyətinin üzvləri də İsaya bağlanıb, ayrılmaz birliyi təşkil etməlidirlər.

DUA: Ey Səmavi Ata, Səni ucaldırıq, çünki Rəbbimiz İsa bizə Səni Ata kimi tanıtdı, Öz əziyyətləri və ölümü ilə bizi Səninlə barışdırdı və Müqəddəs Ruhun ilə bizi məhəbbətində birləşdirdi! Qoy bu məhəbbət imanlılar cəmiyyətlərimizdə imanlılar arasındakı fikir ayrılıqlarına baxmayaraq, kamil ruhani bilriyi gerçəkləşdirsin!

SUAL:

  1. Romalılara Məktubun 15-ci fəslinin 5-6-cı ayələri nə məna verir?

www.Waters-of-Life.net

Page last modified on June 26, 2013, at 09:50 AM | powered by PmWiki (pmwiki-2.3.3)