Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 069 (Summary of the Commandments Concerning Men)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek? -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish? -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 3 - Allahın salehliyi Məsihin ardıcıllarının həyatında zahir olur (Romalılar 12:1 - 15:13)

6. İnsanlara dair bütün əmrlərin yekunu (Romalılar 13:7-10)


ROMALILAR 13:7-10
7 Beləliklə, hər kəsə öz haqqını verin: vergi haqqı olana vergi, gömrük haqqı olana gömrük, qorxu haqqı olana qorxu, hörmət haqqı olana hörmət. 8 Bir-birinizi sevməkdən başqa heç nədə heç kimə borclu qalmayın; çünki başqasını sevən Qanunu yerinə yetirmiş olur. 9 Belə ki «zina etmə, qətl etmə, oğurluq etmə, tamah salma» və bunlardan başqa nə əmr varsa, bu kəlamla yekunlaşdırmaq olar: «Qonşunu özün kimi sev». 10 Sevən insan qonşusuna qarşı pis iş görməz, buna görə də məhəbbət Qanunun tamamlanmasıdır.

Roma dövlətinin nizamı, maliyyələşdirilməsi Həvari Paulun dövründə yaşayan imanlıları o qədər maraqlandırmırdı, çünki məsihi imanlılar azlıqda idi və dövlətin qanunvericiliyinə təsir etmirdi. Bu səbəbdən həvari məsihilərə bütün vergi və rüsumları tam düzgün şəkildə ödəməyi, qanun-qaydalara riayət etməyi, hökumət dairələrinə ehtiram etməyi əmr etdi. Paul bilirdi ki, günahkarlara və hakimiyyət sahiblərinə görə dua etmək onların borcudur və yalnız bu duaların nəticəsində hakimlər müdriklik və ədalət ilə hərəkət edə bilirlər. Lakin Roma dövlətində hər şey qarışmışdı – hakimiyyət Məsihə qarşı çıxmış, məsihiləri qeysərə səcdə etmədiklərinə görə öldürməyi əmr etmişdi. Camaatı əyləndirmək üçün məsihiləri arenalarda vəhşi heyvanlara atırdılar.

Paul özü Roma vətəndaşı olaraq anadan olmuşdu və qüdrətli dövlətindən məsuliyyət daşıdığını düşünürdü. O, Məsihin “qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin” əmrinə əməl etmək istəyirdi, amma bilirdi ki, imanlılar cəmiyyətinə nisbətən Məsihin Qanunu bütün dünyəvi konstitusiyalardan üstündür, zira İsa dedi: “Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz” (Yəh. 13:34-35).

Məsih şagirdlərini sevdiyi kimi sevən və xidmət edən hər məsihi imanlı İsanın əmrini yerinə yetirmiş olur. İlahi məhəbbət imanlılar cəmiyyətində əsas qanun və əmrdir və Müqəddəs Ruh bunun üçün lazım olan qüvvət və varlıqdır. Bununla belə, Məsih Musanın “qonşunu özün kimi sev” (Lev. 19:18) əmrini ləğv etməyib.

Paul bu əmri On Əmrin ikinci hissəsi ilə şərh etdi: “Heç kimə nifrət etmə, heç kimi öldürmə. Zina etmə, natəmiz həyat sürmə, oğurluq etmə, amma zəhmət çək. Varlılara qibtə etmə, amma Allahın sənə verdiyi ilə kifayətlən”. Bu əmrləri yerinə yetirmək qonşunu sevmək əmrinə əməl etmək deməkdir!

Həvarinin nitqi emosional və bəlağətli deyil idi, o ancaq inandırırdı ki, zinadan imtina etmək həqiqi məhəbbət yolunda ilk addımdır; Paul ilahi “aqape” məhəbbətinin cinsi “eros” məhəbbətini özünə tabe etməsini tələb edirdi.

Həqiqi məhəbbət eqoizm üzərində qurulmaz, amma möhtaclara qayğı və xidmət üzərində qurular. Biz başqalarının dərd, kədər və əziyyətlərinə şərik olduğumuz kimi, eyni zamanda heç kəsin dərd və kədərinin səbəbkarı olmamalıyıq. Əksinə, dərd çəkənlərə kömək etməli, kədərlilərə təsəlli verməli və möhtaclara dayaq olmalıyıq.

“Qonşum kimdir?” sualına gəlincə, Məsih bunun cavabını daha öncə vermişdi: qonşu dedikdə təkcə qohum-əqrəba və ya qapı qonşusu deyil, qarşılaşdığın, gördüyün, səndən xoş söz gözləyən hər kəs nəzərdə tutulur. Məsihin Müjdəsi də bu kimi xoş sözdür: “çünki səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq” (Həv. 4:12).

DUA: Ya Rəbb İsa Məsih, Sənə səcdə qılırıq, çünki Sən imanlılar cəmiyyətinə yeni əmr verdin və bu əmri yerinə yetirməsi üçün ona Müqəddəs Ruhun qüvvəsini bəxş etdin! Qəddar və səbirsiz hərəkət etdiksə, bizi bağışla və dostlarımızı anlamaqda bizə kömək ol! Sənə yalvarırıq, onlara güzəran etmələri üçün iş ver və bizə olduğumuz hər yerdə hamıya xidmət etməyi öyrət!

SUAL:

  1. Paul “qonşunu özün kimi sev” əmrini necə əməli şəkildə şərh etdi?

www.Waters-of-Life.net

Page last modified on June 26, 2013, at 09:44 AM | powered by PmWiki (pmwiki-2.3.3)