Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 070 (Practical Result of the Knowledge that Christ is coming again)
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Hebrew -- Hindi -- Indonesian -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Spanish? -- Telugu -- Turkish -- Urdu? -- Yiddish

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 3 - Allahın salehliyi Məsihin ardıcıllarının həyatında zahir olur (Romalılar 12:1 - 15:13)

7. Məsihin təkrar gələcəyini bilməkdən çıxarılacaq əməli nəticə (Romalılar 13:11-14)


ROMALILAR13:11-14
11 Zəmanəni, yuxudan ayılmaq vaxtınızın gəldiyini anlayaraq belə rəftar edin. Çünki indi xilasımız iman etdiyimiz vaxtda olduğundan daha yaxındır. 12 Gecə keçdi, gündüz isə yaxınlaşdı; buna görə də qaranlığın əməllərini üzərimizdən ataq və nurun silahlarına bürünək. 13 Gün işığında olduğu kimi ləyaqətlə həyat sürək; eyş-işrətə və sərxoşluğa, əxlaqsızlığa və pozğunluğa, münaqişəyə və qısqanclığa qapılmayaq. 14 Əksinə, Rəbb İsa Məsihə bürünün və cismani təbiətinizin ehtiraslarına uymaq fikrində olmayın.

Həvari təsdiq edir ki, Romadakı imanlılar cəmiyyəti Məsihin tezliklə gələcəyini gözləyirdi. Axır günlərin əlamətlərindən xəbərdar olan imanlılar Roma qeysərlərində Məsihin əleyhinə işləyən ruhu görür və Allahın Oğlunun izzətli gəlişini və səmavi vətənlərinə götürülmələrini gözləyirdilər.

Həvari Məsihin ardıcıllarından xahiş edir ki, ruhən qəflət etməsinlər, ruhani “cihad”larını dərk etsinlər və qurtuluşları üçün girov qoyulan Müqəddəs Ruhun onlarda məskən salması ilə başlanan xilası tamamlasınlar. Paul Məsihin gəlişinin yaxın olduğunu və Rəbbin bizə qüvvət, izzət və lütf vermək istədiyini xatırladır. Bu dünyanın gecəsinin ötüb-keçməsinə az qalıb, şəfəq yeni günün başlandığını və günəşin tezliklə nur saçacağını xəbər verir! Axırda Paul dərk edir ki, həyatımız sadəcə olaraq Müqəddəs Ruhun qüvvəsində Ata və Oğul ilə əbədi şərikliyə hazırlıqdır.

Ondan sonra həvari bu biliyin nəticəsindən danışır: “Qaranlığın əməllərini üzərinizdən atın və nurun silahlarına bürünün! İsanın sifətləri ilə, Ruhunun qüvvəsi ilə özünüzü zinətləndirin!” Belə oyanış həyatımızdakı və bəzən cəmiyyətimizdəki qaranlığa qarşı zərbə endirir! Müjdə Müqəddəs Ruhun bəhrələri ilə həyatımızda və əziyyətlərimizdə təzahür etməlidir.

Paul Allahı tanımayan, heyvanlar kimi instinkt və şəhvətləri ilə yaşayan, yeyib-içən, törəyib çoxalan və eyni zamanda kin-küdurətə, qısqanclığa və tamahkarlığa qapılan adamları tanıyırdı. Allahsız həyat pis, pozğun, murdar və rəhmsizdir, hər kəs yalnız özü üçün çalışır və utanmadan başqalarının gücsüzlüyündən istifadə edir.

Paul qaranlığın övladlarının işlərini sınamışdı, lakin eyni zamanda o, Məsihdə olan yeni həyatı dadmış və Romadakı imanlılardan tələb edirdi ki, İsaya iman etməklə kifayətlənməsinlər, Ona ruhən bürünsünlər! İsaya bürünmək, sifətlərini əks etdirmək deməkdir, Ona bənzər davranmaq, əmrlərinə əməl etmək, Ruhunun yönəltməsinə, haqq yola aparmasına, Ruhun səmərəsini yetişdirməsinə imkan vermək deməkdir. Ey əziz qardaş, sən Məsihdəsənmi, yoxsa Rəbb üçün yox, özün üçün yaşayan eqoistsən? İsa səni qürurdan, özünə arxayın olmaqdan, pulpərəstlikdən, şəhvətpərəstlikdən azad edir. Müqəddəs Ruh ilə günahlı bədənimiz və fikirlərimiz arasında gedən mübarizə Məsihin gəlişinə hazırlığımızın əsasıdır.

Buna görə həvari məsihiləri ruhani silahlara bürünməyə çağırır – düşmənlərlə döyüşək deyə yox, cismani təbiətimizin sınaqlarına, ehtiraslarına qalib gələk və Məsihin məhəbbəti və müqəddəsliyi ilə dolaq deyə.

DUA: Ey Səmavi Ata, səni ucaldırıq, çünki Oğlun İsa bizə Sənin bol həyatının nümunəsini göstərib! Müqəddəs Ruhun qüvvəsiylə bizə kömək et ki, biz sevimli Xilaskarımıza, rəblərin Rəbbi Məsihə həqiqətən bürünək və gəlişinə hazır olan sadiq imanlılar olaq!

SUAL:

  1. Məsihin yaxın gəlişi barəsindəki bilik bizi hansı üstün dəyərlərə yönəldir?

www.Waters-of-Life.net

Page last modified on June 26, 2013, at 09:45 AM | powered by PmWiki (pmwiki-2.2.109)