Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 046 (God’s Plan of Salvation)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
E - Xilasımız əbədidir (Romalılar 8:28-39)

1. Allahın xilas planı gələcək izzətləndirilməmizi nəzərdə tutur (Romalılar 8:28-30)


ROMALILAR 8:28-29
28 Biz bilirik ki, hər şey birlikdə Allahı sevənlərin, Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir. 29 Çünki Allah qabaqcadan tanıdığı adamları Öz Oğlunun surətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin etdi ki, O, çoxlu qardaş arasında ilk doğulan olsun.

Allahı tanıyan hər kəs Onun hər şeyə qadir olduğunu anlayır. Onun xəbəri və iradəsi olmadan bu dünyada heç nə baş vermir. O, Külli-İxtiyardır. Lakin biz, bəzi dinlərdən fərqli olaraq, qəzavü qədərə inanmırıq, çünki bilirik ki, Allah-Taala bizə hədsiz qayğı göstərən, heç zərər verməyən, əsla xor baxmayan, bizi tərk etməyən rəhmli Atamızdır! Biz Ondan diləyirik ki, Onun məhəbbətinə inamımız artsın və heç bir əziyyətdə, təqibdə imanımız sarsılmasın. Allahın bizə olan məhəbbətinə şübhə etmədən, narahat olmadan güvənək deyə, Paul bizi xilas olduğumuza inandırır.

Sən anadan olmazdan əvvəl Allah səni seçmişdi, sən Onun ürəyində, fikrində olmuşdun! O səni dünya yaranmazdan əvvəl tanımışdı! Beləliklə, Allah səni – xasiyyətini, niyyətlərini, bütün varlığını mükəmməl tanıyır. Allahla əlaqən düşündüyündən daha dərindir. Sən Onun üçün yad deyilsən, çox yaxşı tanıdığı yaxın adamsan. O səni, itmiş oğlunu gözləyən ata kimi gözləyir və sənin Onu arzuladığından daha çox səni arzulayır!

Əzəli Allah zaman başlamazdan əvvəl səni tanımış və sənə izzətli məqsədi vermişdi, çünki O səni Öz ilahi iradəsi ilə günahlı bədəninə qalib gələn İsa Məsihin vasitəsilə övladlığa götürülməyə təyin etmişdi. Sənin seçimin yalnız Məsihdə məna kəsb edir. Oğulun barışığından möhkəm tutan hər kəs əsla sarsılmaz, çünki müqəddəs Olan sadiqdir! Bil ki, Allah sənə müəyyən məqsədlə həyat verib, Müqəddəs Atasının sağında oturan İzzətli Rəbb Məsihin surətinə bənzər izzətli bir şəxs olmağını nəzərdə tutub! Allah müxtəlif surətlərə malik olan övladlar istəmir, O hamını kamil həlimliyə və itaətkarlığa aparır. Sən özünü inkar edib, Məsih yer üzündə yaşadığı kimi yaşamalısan.

ROMALILAR 8:28-29
30 əvvəlcədən təyin etdiyi adamları da çağırdı; çağırdığı adamları da saleh saydı; saleh saydığı adamları da izzətləndirdi.

Allah məhəbbət dolu niyyətlərini həyata keçirib və şəxsən sənə danışıb. Sən ürəyində Onun səsini eşitmisənmi? Onun dəvəti sənin qürur divarlarından keçibmi? Unutma ki, sən hələ günahkar ola-ola, Allah səni seçmiş və övladı olaraq təyin etmişdi! Onun məqsədi səni günahından, şəhvətindən azad etmək və təzələməkdir, belə ki sən paklıq, iffət, sədaqət və düzgünlük ilə nur saçasan. Sənin müqəddəs həyat sürməyə gücün yoxdur, yalnız İncil Kitabını müntəzəm oxumağınla səndə fəal olan Allahın Kəlamı sənə bu gücü verir. Bu hərflər vasitəsilə Allah birbaşa səninlə danışır!

Allah sevgi dolu məsləhəti ilə sənin xilasın üçün haqq təməlini qoyub və şeytanın ittihamları bu təməli əsla sarsıda bilməz! Ədalətli Allah Oğlunun kəffarə qurbanı vasitəsilə səni saleh sayıb və təqsirlərini bir dəfəlik məhv edib! Məsih səni saleh saydığı üçün, sən həqiqətən salehsən; O səni satın aldığı üçün, sən təmiz sayılırsan! Rəbbin sənə bəxş etdiyi məhəbbətə görə nə vaxt şükür edəcəksən? Nə vaxt Onun səni haqq yola apardığına inanacaqsan nə sadiq lütfünə görə Onu ucaldacaqsan?

Allahın Öz qüdrəti ilə sənin üçün müəyyən etdikləri daha çoxdur! O sənə, izzətli həyatın üçün girov qoyulan Müqəddəs Ruhu verib. Allahın Öz varlığının izzəti bu gün sənin daxilində saxlanılır! Məsih yalnız imanlıların gözləri önündə zahir olur, buna görə də Sən Xilaskarına iman edir, Onda qalırsansa, Məsihin məhəbbəti, həqiqəti, paklığı, səbri səndə fəal olur və Allahın Ruhunun Özü səndə ilahi meyvəsini yetişdirir!

Paul Allahın səni gələcəkdə izzətləndirəcəyini deməyib, lakin keçmişdə səni izzətləndirmiş olduğunu imanla iqrar edib. Çünki Paul İsanın imanımızın Banisi və Kamilləşdiricisi olduğuna əmin idi. Səndə xilas işinə Başlayan sadiqdir; O səni tərbiyələndirir, qüvvətləndirir, kamilləşdirir. Bütün bu gözəl dəyişikliklərin səbəbkarı Odur.

Sənin həyatında problemlər varmı? Sən ac qalırsan? Xəstələnirsən? İş axtarırsan? Məktəbdə imtahanı yaxşı verməmisən? Bütün bunlar boş şeylərdir, çünki Allah səninlədir və səni sevir! Allah sənə qayğı göstərir, səni göz bəbəyi kimi qoruyur! O səni əsla unutmayacaq, məhəbbət planını sonadək yerinə yetirəcəkdir! Müqəddəs Olan Özü səni övladlığa götürməyə qərar verib! Buna görə sən özünü inkar et və çarmıxını daşı, Allahın Oğlunun ardınca gedərək, çarmıxdan qəbrə və qəbirdən izzətə keç, çünki hər şey birlikdə Allahı sevənlərin, Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir! Bəs sən Allahı sevirsənmi? Öncə səni sevmiş Olanı sevirsənmi?

DUA: Ey Üçlükdə vahid olan Müqəddəs Allah, bizi qabaqcadan seçib tanıdığın və izzətli məhəbbətinə bürünək deyə bizi Məsihdə təyin etdiyin üçün Sənə səcdə qılırıq! Biz kimik ki, Sən bizi seçdin?! Təqsirlərimizi bağışla və qulaqlarımızı aç, qoy biz İncil Kitabındakı dəvətini eşidək və Oğlunun qanında saleh sayılaq! Qoy Sənin məhəbbətinə və sədaqətinə görə cuşa gəlib şükür edək, bizə haqq yolu göstərdiyinə inanaq! Bu şər günlərdə sarsılmayaq və gələcək izzət üçün qoyulan girov olaraq daxilimizdə yaşayan Müqəddəs Ruhla qüvvətlənək deyə Səndən inamımızı möhkəmlətməyi diləyirik!

SUAL:

  1. Niyə hər şey birlikdə Allahı sevənlərin xeyrinə işləyir?

Hər şey birlikdə Allahı sevənlərin,
Onun məqsədinə görə çağırılanların
xeyrinə işləyir

(Romalılar 8:28)

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:48 AM | powered by PmWiki (pmwiki-2.3.3)