Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 079 (The Continuation of Paul’s List of the Saints)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek? -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish? -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
Əlavə - Paulun şəxsiyyəti haqqındakı xüsusi məlumat (Romalılar 15:14 – 16:27)

5. Paul Romadakı imanlılar cəmiyyətindən tanıdığı müqəddəslərin adlarını çəkməyi başa çatdırır (Romalılar 16:10-16)


ROMALILAR 16:10-16
10 Məsihdə sədaqəti sübut edilmiş Apellisə salam söyləyin. Aristobulun ailəsindən olanlara salam çatdırın. 11 Soydaşım Hirodiona salam söyləyin. Narkisin ailəsindən Rəbdə olanlara salam çatdırın. 12 Rəbbin xidmətində zəhmət çəkmiş Trifena ilə Trifosaya salam söyləyin. Rəbbin xidmətində xeyli zəhmət çəkmiş sevimli Persisə salam çatdırın. 13 Rəbdə seçmə insan olan Rufusa və mənə də analıq edən anasına salam söyləyin. 14 Asinkritə, Fleqona, Hermesə, Patrobaya, Hermaya və onlarla birlikdə olan bacı-qardaşlara salam çatdırın. 15 Filoloqa, Yuliyaya, Nereyə və onun bacısına, Olimpaya və onlarla birlikdə olan bütün müqəddəslərə salam söyləyin. 16 Bir-birinizi müqəddəs öpüşlə salamlayın. Məsihin bütün cəmiyyətləri sizə salam göndərir.

Paul Romadakı cəmiyyətdə yaxşı tanıdığı üzvlərinin adlarını sadalayırdı. O adamlar Paulun təlimindən və həyatından xəbərdar idilər. Bu yolla Paul Romadakı cəmiyyətin rəhbərlərini Romaya yad olmadığını, lakin bəzi həmkarlarının onların cəmiyyətində zəhmət çəkdiyini, tanındığını, qəbul olunduğunu bildirirdi.

Məşhur yunan rəssamının adını daşıyan Apellis çoxdan idi ki, Romadakı cəmiyyətdə idi, böyük əzab-əziyyətinə, mübarizəsinə rəğmən sadiq qalmışdı. Aristobulun ailəsindən olan qardaşlar, güman ki, Paulun şəxsən tanımadığı azad olunmuş qullar idi. Onlar Allahın Oğlu Məsihə iman edərək Allahın övladı olduqlarına görə, Paul onları qardaş adlandırdı.

Hirodion Musanın Qanununa riayət edə-edə, Məsihin ardınca getməyə cəhd edən yəhudi mənşəli imanlı idi. O, nəsil etibari ilə Paula yaxın idi.

Narkisin ailəsindən olanlara gəlincə, Paul onların adlarını bilmirdi, onlar sadəcə olaraq Rəbb İsaya məxsus olan səmimi məsihilər idi, Məsihdə yaşayır və ruhani təcrübələrindən açıqca danışırdılar. Trifena ilə Trifosa bacı idilər, səylə Rəbbə xidmət etdikləri məlum idi. Persis də Rəbbə xidmət edən qadın idi və Paul onu ruhani mənada “sevimli” adlandırdı, çünki o iman etməklə kifayətlənmirdi, iman etdiyi kimi hərəkət edir və İsanın yolunda çox zəhmət çəkirdi.

Rufus Pauldan qeyri-adi xarakteristikanı aldı: “Rəbdə seçmə insan”. Yəqin ki, burada haqqında danışılan Rufus İsanın çarmıxını daşımış kirenalı Şimonun oğlu idi (Mark 15:21). Ola bilir ki, Şimonun arvadı (Rufusun anası) Orta Şərqdə Paula xidmət edirdi, çünki Paul bu qadının ona analıq etdiyindən bəhs etdi.

Paul daha iki qrup imanlılara salam göndərdi və adlarını çəkdi, çünki o istəyirdi ki, onun onları tanıdığını bütün cəmiyyət bilsin. Paulun Rəbb İsada bacı-qardaşlar adlandırdığı birinci qrup Asinkrit, Fleqon, Hermes, Patroba, Herma və digər qardaşlardan ibarət idi. İkinci qrup isə Filoloq, Yuliya, Nere və onun bacısı, Olimpa və onlarla birlikdə olan bütün müqəddəslərdən ibarət idi. Onlar evdə toplanan cəmiyyətin üzvləri idi, Müqəddəs Ruhun rəhbərliyi altında yaşayıb, Ruhun səmərəsini gətirirdilər, buna görə də Paul onları müqəddəslər adlandırmışdı. Onlar ölümdən dirilmiş Olanı Rəbb və Xilaskar olaraq qəbul edib, Müqəddəs Ruhun ənamını və əbədi qüvvəsini əldə etmişdilər.

Romadakı müqəddəsləri sadalayıb qurtarandan sonra Paul onları Məsihdə müqəddəs, ruhani qardaşlıq əlaməti olaraq bir-birini müqəddəs öpüşlə salamlamağa çağırdı. Bundan əlavə, Paul Orta Şərqdəki bütün cəmiyyətlərin nümayəndəsi kimi onların adından Romadakı bütün imanlıları və cəmiyyətləri salamladı.

İyirmi beş addan ibarət olan bu siyahını nəzərdən keçirsək, anlayacağıq ki, o dövrdə “kilsə” (ekklesiya) sözü daşdan inşa edilmiş məbəd deyil, kiçik otaqlarda, evlərdə yığılan imanlılar cəmiyyəti mənasına gəlirdi. Paul Romadakı cəmiyyətlərin hamısını Müqəddəs Ruhun Romadakı vahid Məbədi sayırdı. Onlar başqa-başqa yerlərdən gəlib Romada məskən salıb, müxtəlif dilləri və ənənələri ilə milli “kilsə”ni, yəni imanlılar cəmiyyətini yaratmışdılar. Onların hamısı birlikdə İsanın adına, qanına, onlara bəxş edilən salehliyinə şəhadət verirdi. Çox güman ki, burada adı çəkilən adamlardan bəzisi məsihiləri asdıran, yandıran, çox işgəncə verən zalım Neronun təqiblərində şəhid edilib.

DUA: Ey Səmavi Ata, Sənə səcdə edirik, çünki Sən Müqəddəs Ruhun rəhbərliyi ilə Romada müxtəlif dillərdə danışan adamlardan İsa Məsihin cəmiyyətini qurdun! O cəmiyyət yeni yaradılışın rəmzi oldu, çünki onda əbədi həyat var idi. Bizə güc ver ki, biz tənbəl olmayaq, amma Ata, Oğul və Müqəddəs Ruh olan vahid Allahı sevən hər kəsi axtaraq və qəbul edək!

SUAL:

  1. Həvari Paulun bəhs etdiyi müqəddəslərin adlarından nə öyrənirik?

www.Waters-of-Life.net

Page last modified on June 26, 2013, at 10:00 AM | powered by PmWiki (pmwiki-2.3.3)