Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 067 (Love your Enemies and Opponents)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek? -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish? -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 3 - Allahın salehliyi Məsihin ardıcıllarının həyatında zahir olur (Romalılar 12:1 - 15:13)

4. Düşmənlərimizi və rəqiblərimizi sevək (Romalılar 12:17-21)


ROMALILAR 12:17-21
17 Heç kimə pislik əvəzinə pislik etməyin. Hamının gözündə yaxşı olan işlər görməyə diqqət yetirin. 18 İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın. 19 Ey sevimlilər, heç kəsdən qisas almayın, Allahın qəzəbinə yer verin. Çünki yazılıb ki, Rəbb belə deyir: «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm». 20 Əksinə, «düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki onun başına köz tökərsən». 21 Pislik sənə üstün gəlməsin, pisliyə yaxşılıqla qalib gəl.

İsa “göz əvəzinə göz, diş əvəzinə diş” (Çıx. 21:24; Lev. 24:19-20; Mat. 5:38-42) qanunundan üstün bir əmr vermişdir: biz bütün düşmənlərimizi sevməli, onlara kömək etməli, xeyir-dua verməliyik. Çünki İsa bizi Əhdi-Ətiq qanununun səviyyəsindən daha çox yüksəldib, bu pozğun dünyada səmavi nizamına yönəltdi.

Müqəddəs Ruh tərəfindən yönəldilən Həvari Paul İsanın qanunlarını yerinə yetirməyə, bunların əsasında yaşamağa və imanlılar cəmiyyətlərinə təlim öyrətməyə çalışırdı. Əgər bir adam səni aldadıb, yaxud səndən pis danışıbsa, zorakılıq və nifrətlə öz hüquqlarını təmin etməyə, şərəfini qorumağa çalışma, ancaq problemlərini Rəbbə ver, çünki bütün insanlar Ona məxsusdur və O ədaləti bərpa etməyə və zülm çəkənləri müdafiə etməyə qadirdir. Həqiqət barədə şəhadət et və pis şeylər danışma! Sülh üçün çalış, vaxtını və hüquqlarını qurban ver və dua et ki, sülh hömkranlıq edərək sənin əleyhdarlarına təsir etsin. Məhəbbət dolu Rəbbimiz qəddar və daşürəkli insanları belə, yumşalda bilər, belə ki onlar sənə hörmət edərlər!

Məsihi inancında qisas almaq qadağandır, çünki yalnız Allah ədalətli, müqəddəs, bütün vəziyyətlərdən tam xəbərdardır, hikmət və ədalətlə hökmranlıq edir (Qanun. 32:35).

Biz başqalarını yaxşı tanımadığımız üçün, İsa bizə onları mühakimə etməyi qadağan etmişdir. O açıqca demişdir: “Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək. Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən: “Qoy gözündəki çöpü çıxarım!” Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar” (Mat. 7:1-5).

Xilaskarın bu sözləri bizi öz yalançı yüksəkliyimizdən, qürurumuzdan aşağı endirir və göstərir ki, heç kimin kamil hüququ yoxdur! Hamımız nöqsanlıyıq, səhv edirik, başqalarını günahlandırmağa tələsirik, öz günahlarımızı isə görmürük və tövbə etmirik. Paul burada İsanın düşməni sevmək barəsindəki sözləri şərh edir: düşməninin çörək almağa pulu yoxdursa, sən ona kömək et, onu ac qoyma. Onun içməli suyu yoxsa, səndə isə varsa, bir neçə qab doldurub apar, ona ver; düşmənlərinin ehtiyaclarını təmin et, necə ki hikmətli Süleyman demişdir: “Düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki onun başına köz tökərsən, bunun əvəzini Rəbdən alarsan” (Sül. 25:21-22). Bu hikmət yeni fəlsəfə deyildir, o hələ üç min il bundan əvvəl var idi. Məsələ hikmət əskikliyində deyil, əyilmək və bağışlamaq istəməyən, Rəbdən onu bağışlamasını diləməyən inadkar və qürurlu ürəkdədir!

Paul dediklərini bu gözəl sözlərlə yekunlaşdırır: “Pislik sənə üstün gəlməsin, pisliyə yaxşılıqla qalib gəl” (Romим.Рим.Rom. 12:21). Paulun nəzərdə tutduğu budur: “Pisliyin sənin varlığında kök salmasına yol vermə və özün pis olma, ancaq sənə qarşı yönəldilən pisliyə Məsihin hədsiz xeyirxahlığı və məhəbbəti ilə qalib gəl!” Məsihi inancının sirri budur. Məsih dünyanın günahlarını Öz üzərinə götürdü, müqəddəs məhəbbəti və bizim üçün canını qurban verməsi ilə qalib gəldi. Qalib olan Məsih səni də pisliyin və daş ürəyin üzərində qələbə çalaraq, başqalarının pisliyinə dözmək üçün ruhani qüvvəyə malik olan dua, məhəbbət və səbirlə qalib qələn adama döndərmək istəyir!

DUA: Ya Rəbb İsa, Sənə səcdə edirik, çünki Sən Allah məhəbbətinin mücəssəməsisən! Sən Öz məhəbbətini heç kimə zorla qəbul etdirmədin, kin və qisas almaq arzusu ilə hüquqlarını tələb etmədin, lakin düşmənlərini bağışladın və onlara görə belə dua etdin: “Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər”. Qoy biz də Sənin Ruhunla dolub, Sənin kimi düşmənlərimizi bağışlayaq, onlara kömək edək, xeyir-dua verək və dözək!

SUAL:

  1. Biz necə düşmənlərimizi bağışlayıp, nifrətdən və qisas almaq arzusundan azad ola bilərik?

www.Waters-of-Life.net

Page last modified on June 26, 2013, at 09:42 AM | powered by PmWiki (pmwiki-2.3.3)