Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 064 (The Sanctification of your Life)
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Hebrew -- Hindi -- Indonesian -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Spanish? -- Telugu -- Turkish -- Urdu? -- Yiddish

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 3 - Allahın salehliyi Məsihin ardıcıllarının həyatında zahir olur (Romalılar 12:1 - 15:13)

1. Özümüzü bütünlüklə Allaha həsr edərək müqəddəs həyat sürək (Romalılar 12:1-2)


ROMALILAR 12:2
2 Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz.

Romadakı imanlılar cəmiyyətinin üzvlərinin hələ özlərini Müqəddəs Üçlükdə vahid Olana ruhən və həqiqətən təslim etmədiyini anlayan Paul onları hər cür sınaq və günahlara qarşı ruhani cihada çağırdı.

Bu ruhani cihadın özü xilas yolu deyildir, çünki Məsihdən başqa xilas yolu yoxdur. Lakin Rəbb sənin həyatını təqdis edərək Öz salehliyini göstərmək istəyir.

Paul həyatın təqdisi üçün faydalı məsləhətlər verir:

a) Sən artıq başqa insanlar kimi şan-şərəf, pul, cinsi əlaqə və əyləncə axtararaq laqeyd həyat sürməyəcəksən, amma bütün düşüncən və əməllərində İsanın yolunu tutacaqsan və həvarilərindən nümunə götürəcəksən.
b) Bu prinsiplərə əməl etməyin üçün Rəbb sənin düşüncəni təzələyir. Zövq və rahatlıq içində yaşamaq artıq sənin məqsədin olmayacaq, sən Allah kimi düşünəcəksən və Lütfkar Ruhu sənin ürəyini və iradəni təqdis edəcək!
c) Sən Allahın məqsədini yerinə yetirmək, Onun rədd etdiyini rədd etmək üçün iradəsini ayırd etməli və səndən nə istədiyini anlamalısan. Bilikdə bu cür ruhani yetkinliyə nail olmaq üçün təkrar-təkrar Müqəddəs Kitabı oxumalı, Səmavi Atandan səni doğru yola yönəltməsini diləməlisən, onda sən həqiqətən Allahı razı salacaqsan.
d) Paul sadəcə olaraq “Yaxşılıq et” deyir. Yaxşı şeylər danışmaqla kifayətlənmə, vaxtını və pulunu yaxşılıq üçün sərf et, nəyin yaxşı, nəyin pis olduğunu Allahdan öyrən və həyatında xeyir ilə şər arasında ayırd et. Müqəddəs Kitabdan hikmət öyrən və Müqəddəs Ruh Allahı razı salan hər şeyi sənə öyrədəcək.
e) Öz həyatında ruhani kamilliyə can at. Bu demək deyil ki, sən öz-özünü kamilləşdirə bilərsən, əksinə, nöqsanlarını düzəltməsini İsadan istəməlisən, belə ki Onun yolunda etdiyin hər şey vaxtında tamamlansın, kamil və doğru olsun. Bunu duada istəsən, bu sənə Müqəddəs Ruhdan bir ənam olaraq veriləcək.
f) Belə yaşamağa başlasan, Allahla yaşayacaqsan və Allahın Ruhu sənin gücsüzlüyündə fəal olacaq. Onda sən xoşbəxt insan olacaqsan və Qolqotada sənin uğruna canını qurban verən İsaya şükür edəcəksən.

DUA: Ey Səmavi Ata, biz eqoist olub özümüzü Səndən daha çox sevmişiksə, bizi bağışla! İsanın bütün günahlarımızı bağışladığını və Müqəddəs Ruhun həyatımızın qüvvəsi olduğunu anlayaraq əsil ruhani ibadətdə yaşamağımız üçün bizim məqsədlərimizi dəyişdir! Ya Rəbb, bizə kömək et ki, Səni sevək və özümüzü əbədi olaraq Sənə həsr edək!

SUAL:

  1. İsanın yolunda müqəddəs həyatın hansı dərəcələri var?

www.Waters-of-Life.net

Page last modified on June 26, 2013, at 09:38 AM | powered by PmWiki (pmwiki-2.2.109)