Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 053 (The Parable of the Potter and his Vessel)
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Hebrew -- Hindi -- Indonesian -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Spanish? -- Telugu -- Turkish -- Urdu? -- Yiddish

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 2 - Yaqubun seçilmiş övladlarının büdrəyib-yıxılmasına rəğmən dəyişməz qalan Allahın salehliyi (Romalılar 9:1 - 11:36)
3. Allah, İsrailin əksəriyyətinin Ona qarşı durmasına rəğmən, ədalətli qalır (Romalılar 9:6-29)

c) Dulusçu ilə qabları məsəli yəhudilər və məsihilər haqqındadır (Romalılar 9:19-29)


ROMALILAR 9:19-29
19 İndi sən mənə deyə bilərsən: «Bəs Allah daha nə üçün bizi təqsirkar çıxarır? Məgər kimsə Onun iradəsinin əleyhinə gedə bilər?» 20 Amma, ey insan, sən kimsən ki, Allahla mübahisəyə girişirsən? Məgər düzəldilən bir şey onu düzəldənə «Məni niyə bu cür yaratdın?» deyə bilər? 21 Məgər dulusçunun işlətdiyi gilə ixtiyarı çatmır ki, həmin gildən bir qabı şərəfli iş üçün, o biri qabı isə şərəfsiz iş üçün düzəltsin? 22 Əgər Allah qəzəbini göstərmək və qüdrətini bildirmək istəyərək qəzəbinə gəlib məhv olmağa hazırlanmış qablara böyük səbirlə dözdüsə, biz nə deyə bilərik? 23 Məgər O bunu etdi ki, qabaqcadan izzət üçün hazırladığı mərhəmət tapan qablara izzətinin necə zəngin olduğunu bildirsin? 24 O qablar bizik ki, Allah yalnız Yəhudilər arasından deyil, həm də başqa millətlər arasından çağırdı 25 Necə ki Huşənin kitabında deyilir: «“Xalqım deyil” dediyimə “Xalqımsan” deyəcəyəm, “Sevdiyim deyil” dediyimə “Sevdiyimsən” deyəcəyəm». 26 «Onlara “siz Mənim xalqım deyilsiniz” deyilən yerdə “siz var olan Allahın övladlarısınız” deyiləcək». 27 Yeşaya da İsrail barədə belə nida edir: «İsrail övladlarının sayı dəniz qumu qədər çox olsa belə, ancaq sağ qalanları xilas olacaq. 28 Çünki Rəbb yer üzündə hökmünü tam və tez yerinə yetirəcək». 29 Yeşayanın qabaqcadan söylədiyi kimi: «Əgər Ordular Rəbbi bizim xalqdan bir neçə sağ qalan adam qoymasaydı, biz Sodom kimi olardıq, Homorraya bənzəyərdik».

İnsanın iradəsi, qüruru və haqlı olmaq hissi Allahın seçiminin, iradəsinin, əməllərinin əleyhinə çıxır. Asi insan, bir filə üz tutub “Niyə məni tapdalayırsan” deyən qarışqaya bənzəyər (Yeş. 45:9).

İnsanın Allahın əleyhinə çıxmağa və ya Allahdan gileylənməyə haqqı yoxdur, çünki insanın üfqü və irs aldığı bəşəri qabiliyyətləri Allahın hədsiz hikməti, müqəddəsliyi və məhəbbətinə nisbətən son dərəcə dar və bəsitdir.

İnadkar insanlar və xalqlar içində ola-ola, Allaha sidq ürəkdən inanan adam heç tərəddüd etmədən aləmlərin Rəbbinə itaət və şükür etməyə, səcdə qılmağa adət edir, belə adam üçün ibadət nəfəs almaq və su içmək kimi təbii olur.

Digər tərəfdən, Hitler altı milyon yəhudini qaz kameralarında həlak edib və heç kəs ona mane ola bilməyib və onu sorğu-suala çəkməyib. Stalin də həmçinin planlarını həyata keçirmək üçün iyirmi milyon kəndlini məhv edib və heç kəs ona mane ola bilməyib.

Paul Allahın hökmlərini dulusçunun işinə bənzətmişdir: dulusçu bəzi qabları şərəfli istifadə üçün gözəl və faydalı düzəltdiyi kimi, bəzisini şərəfsiz iş üçün düzəldər (Yer. 18:4-6).

Lakin Paul bu qədim məsələ daha dərin məna qazandırmışdır: Allah, uzun müddət tab gətirdiyi qəzəb qablarını axırda həlaka atmışdır. Paul həmçinin deyib ki, Allah mərhəmət qablarını qədimdən düşünmüş və gələcək izzətə hazırlamışdı. Mərhəmət qabları Yaradanın izzətli hökmranlığından gəlir və oraya dönəcəklər!

Paul öz həyatından öyrəndiyi bu həqiqətin üzərində mərhəmətə yer verməyən bir fəlsəfə qurbayıb, ancaq izah edib ki, rədd olunan və Allahın qəzəbinə məruz qalanları Allahın mərhəməti ilə təzələnənlərdən ayıran xətt təkcə başqa millətlərdən deyil, Allahın seçilmiş xalqından da keçməkdədir. Həvari, Huşə Peyğəmbərin sözlərini yada salaraq (Huşə 2:23), Allahın, xalqı olmayanları da Öz xalqı edəcəyini izah edir. Həvari Peter də 1-ci Məktubunda bunu təsdiq edərək, başqa millətlərdən imana gələnlərə belə yazmışdır: “Amma siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz. Bir zamanlar xalq deyildiniz, amma indi Allahın xalqısınız. Bir zamanlar mərhəmət tapmamışdınız, indi isə mərhəmət almısınız” (1Pet. 2:9-10).

Paula görə, ilahi fikrin məqsədlərindən biri, əvvəlcə seçilməmiş və çağırılmamış olanların seçilməsi, çağırılması və Allahın övladları olmasıdır (Rom. 9:26; 1Yəh. 3:1-3). Eyni zamanda həvari, Yeşaya Peyğəmbərin də anladığı həqiqəti söyləyir: Allah seçilmiş xalqına dənizdəki qum qədər çox olacağını elan etmiş olsa da, itaətsizlərin başına böyük əziyyət gətirəcək və əgər onlar inadkarlığında davam etsələr, həlak olmalarına yol verəcək!

Əlbəttə, yaşayan Rəbb inadkar xalqının qayğısına qalır və hamı həlak olmayacaq, onların içində az sayda “sağ qalan” müqəddəslər də olacaq – məhz o adamlarda Allahın ruhani vədləri yerinə yetiriləcəkdir (Yeş. 11:5). Lakin Allahın çağırdığı insanların əksəriyyəti yerlə yeksan edilmiş Sodom və Homorra kimi olacaq! (Yeş. 1:9).

Romadakı yəhudiləri çox sevən Paul onlara bu həqiqəti öyrətmək istəyirdi: nə qədər ki mömin yəhudilər inadkarlığında və həlak yolunda davam edirlər, Allahın əvvəlcə seçmədiyi xalqları xilas və təqdis etməyə tam haqqı vardır. Həvari bu həqiqəti öz məntiqi ilə qavramamışdı, lakin özünü saleh sayan seçilmiş yəhudilərin vəziyyətini görərkən, ürəyi ilə dərk etmişdi. O çox çalışıb ki, onlar tövbəyə gəlsinlər, İsanın vəd olunmuş Xilaskar Məsih olduğunu iqrar etsinlər. Lakin yəhudilərin əksəriyyəti bu günədək İsanı rədd edirlər.

DUA: Ey Səmavi Ata, bizə nə qədər çox səbir etdiyini, bizi nə qədər sevdiyini, illərlə bizi cəzalandırıb məhv etmədiyini anlamamışıqsa, bu qeyri-ciddi münasibətimizi bağışla! Bizi büsbütün təqdis et, qoy biz Sənin məhəbbətinə şükürlə cavab verək və sevinclə Sənin Müqəddəs Ruhunun yönəltməsinə əməl edək!

SUALLAR:

  1. Allahın qəzəb qabları kimlərdir və itaətsizliklərinin səbəbi nədir?
  2. Allahın mərhəmət qablarının məqsədi nədir və onlar haradan əmələ gəlir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:49 AM | powered by PmWiki (pmwiki-2.2.109)