Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 037 (Deliverance to the Service of Christ)
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Hebrew -- Hindi -- Indonesian -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Spanish? -- Telugu -- Turkish -- Urdu? -- Yiddish

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
D - Allahın qüvvəsi bizi günahın hakimiyyətindən azad edir (Romalılar 6:1 - 8:27)

3. Qanundan azad olmaq bizi Məsihə xidmət etmək üçün azad edir (Romalılar 7:1-6)


ROMALILAR 7:1-6
1 Ey qardaşlar, bunu Qanunu bilənlərə söyləyirəm, məgər bilmirsiniz ki, insan yalnız sağ ikən qanun onun üzərində hökmə malikdir? 2 Məsələn, ərli qadın qanunla ərinə o vaxtacan bağlıdır ki, əri sağdır; amma əri öldükdə qadın nikah qanunundan azad olur. 3 Buna görə də əgər qadın əri sağ ikən başqa bir kişiyə ərə gedirsə, zinakar sayılır. Amma əri ölsə, qadın qanundan azad olur və başqa bir kişiyə ərə getdikdə zinakar olmur. 4 Eləcə də, qardaşlarım, siz də Məsihin bədəni vasitəsilə Qanuna münasibətdə ölmüsünüz ki, başqasına, yəni ölülər arasından dirilmiş Məsihə məxsus olasınız; belə ki Allah üçün bəhrə verək. 5 Çünki biz cismani təbiətə görə yaşayarkən günahın Qanun vasitəsilə gələn həvəsləri üzvlərimizdə fəal idi. Buna görə də biz ölüm üçün bəhrə verirdik. 6 Amma indi əvvəlcə əsiri olduğumuz Qanuna münasibətdə ölüb, ondan azad olduq. Nəticədə yazılı Qanunun köhnə yolunda deyil, Ruhun yeni yolunda qulluq edirik.

Həvari Paul arzu etmişdir ki, yəhudi mənşəli qardaşları onun imanlıların özləri üçün ölümü və Məsihlə dirilməsinə dair təlimini qəbul etsinlər. Lakin o həmçinin Qanuna olan münasibətini də açıq şəkildə müəyyənləşdirməli olduğunu bilirdi. Çünki yəhudilər Qanunu Allahın vəhyinin zirvəsi, Musaya verilmiş olan ilahi iradənin doğlunluğu sayırdılar.

Paul onlara belə dedi: Siz Qanunu öyrədənlər onu sevirsiniz, bir qadınla nikah bağlayan kişi kimi Qanuna bağlanırsınız. Ancaq kişinin arvadı öləndə o, nikahından azad olduğu kimi, siz də Məsihdə ölərək, Qanundan azad olmusunuz. Məsihin dəfn olunmuş bədəni sizin bədəniniz olub və Qanunun artıq sizin üzərinizdə səlahiyyəti yoxdur!

İndi Məsih ölümdən dirilib, siz də azad olduğunuz üçün Həyat Rəisini seçib, Onunla yeni əhd bağlamısınız. Qədim əhd Qanun vasitəsilə bizi ölümə məhkum edən bir əhd idi. İndi isə siz Həyat Rəisi ilə şərikliyə nail olmusunuz və Onun Ruhunun səmərəsini verirsiniz, Ruhunun səmərəsi bunlardan ibarətdir: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, nəfsə hakim olmaq, yaxşılıq, sədaqət, həlimlik. Sizdə həmçinin İsanın bütün sifətləri: şükür, haqq, paklıq və qənaətlilik aşkar olur.

Allah həyatınızdan Oğlunun bəhrələrini gözləyir. Çünki Məsih ölüb dirildi və insanlar üzərinə Ruhunu tökdü ki, çoxları Ona bəhrə gətirsinlər. Necə ki, bağban bağından meyvə götürmək üçün zəhmət çəkir, Allah səndən haqlı olaraq bəhrə verməyini gözləyir.

Məsihdən əvvəl insan Qanunun qulu olmuşdu, cismində ehtiraslar hökm sürmüşdü, axı Qanunun çoxlu qadağaları insanı pislik etməkdən çəkindirməz. Qanuna qulluq edərkən biz ölüm bəhrəsini verməkdən əl çəkə bilməzdik, çünki Qanun bizi həm cinayətə sürükləyir, həm də buna görə amansızcasına məhkum edir!

Lakin Məsihdə biz Qanunun bütün tələblərinə münasibətdə ölmüşük, çünki Məsih ölümü ilə Qanunun bütün tələblərini yerinə yetirmişdir. Biz də çarmıxa çəkilmiş Olana iman edərək, özümüzə münasitəbdə ölmüşük və əlimiz-qolumuz artıq əvvəlki vəhyin hərfi ilə bağlı deyildir.

Eyni zamanda Allahın Oğlu bizi daha yaxşı vəhyə əsaslanan yeni əhdə çağırmışdır. Biz Qanunun hərfində büdrəməməli, Allaha Ruhunun qüvvəsi ilə qulluq etməliyik. Həyatımız artıq bizi təhdid edən qadağalarla dolu deyil, indi məhəbbət bizi sevinc dolu həyata dəvət edir, ilahi sülhün qüvvəsi ilə canlandırır. Yeni əhd Ruhu köhnəlməz, tükənməz, çünki O, Allahın Özüdür, dolğunluğu nəhayətsizdir, hikmətinin, xeyirxahlığının, lütfkarlığının, ümid və qüdrətinin həddi-hüdudu yoxdur! Özünü büsbütün Müjdədə olan Allahın Ruhunun əmrinə təslim et, onda ruhani sərvət və ilahi qüvvə əldə edəcəksən və Məsihin həlimliyində, itaətkarlığında böyüyəcəksən, çünki sən ölmüsən və O səndə yaşayır!

DUA: Ey müqəddəs Allah, Məsihin ölümü vasitəsilə bizi Qanunun qulluğundan çağırdığın üçün Sənə minnətdarıq! O, həyatı və çarmıxı ilə məhəbbət və həqiqəti tamamlayıb. Sənin lütfünün qüvvəsi ilə bəhrə verək deyə, bizi yeni əhdə cəlb etdiyinə və Təsəlliverici Ruhunla ürəklərimizdə məskən saldığına görə, Səni alqışlayırıq!

SUAL:

  1. Niyə bütün imanlılar qədim əhdin tələblərindən azaddırlar?

İnanırıq ki, biz də
Rəbb İsanın lütfü ilə xilas oluruq…

(Həv. 15:11)

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:47 AM | powered by PmWiki (pmwiki-2.2.109)