Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 011 (The Wrath of God against the Nations)
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Hebrew -- Hindi -- Indonesian -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Spanish -- Telugu -- Turkish -- Urdu? -- Yiddish

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
A - Bütün dünya şər olanın hakimiyyəti altındadır və Allah hər kəsi ədalətlə mühakimə edəcək (Romalılar 1:18 - 3:20)

1. Bütün millətlərə qarşı Allahın qəzəbi göydən aşkar olur (Romalılar 1:18-32)


ROMALILAR 1:22-23
22 Müdrik olduqlarını iddia etdikləri halda ağılsız olub, 23 fani olmayan Allahın izzətini fani olan insana, quşlara, dördayaqlılara və sürünənlərə bənzəyən bütlərlə əvəz etdilər.

Fani insan Allahsız yaşaya bilməz. Ürəyində Rəbbi inkar edənlər istər-istəməz batil olan başqa allahlara qulluq edirlər. Çünki insan iman edən varlıq olaraq yaranmışdır. Hətta ateistlər – savadlı və savadsız olmalarından asılı olmayaraq – özləri üçün sevəcəkləri, ucaldacaqları, qayğı göstərəcəkləri, uğrunda canlarını qurban verəcəkləri kiçik bütlər düzəldirlər. Xalq rəhbərlərini ilahiləşdirir, onlara ümid bağlayırlar; insanların əksəriyyəti gələcək güzəran və istirahətini təmin etmək üçün pul yığır, varlanmaq istəyir. Savadlı insanlar çoxlu kitablar oxuyur, boş fəlsəfələrə qərq olur, özlərini bilikli, mədəniyyətli sayırlar, halbuki onlar adi günahkardırlar; siyasətçilər qanuni-qanunsuz bütün yollarla, hər vasitəsən istifadə edərək qalib gəlməyə çalışırlar, tələbələr elmdə inkişaf etməyə can atırlar, fəal gənclər isə inqilabçı ruhuna təslim olurlar. Ürəyində Allahın sülhü olmayan hər kəs qorxu içində yaşayır.

Maşınında göz muncuğu asan taksi sürücüsü Allahın onu qorumaq qüdrətinə inanmadığını göstərir, Allaha istehza edir. Bəzi turistlər boyunlarına guya onları təhlükədən qoruyacaq tilsimlər asırlar. Çoxları falçılara müraciət edir, ölülərin ruhları ilə əlaqə yaradıb gələcəyin sirlərini öyrənmək üçün uzun saatlarla növbədə dururlar. Əziz oxucu, insanların Allahın birinci əmrini – “Allahın Rəbb Mənəm. Məndən başqa allahların olmasın!” qadağasını gündə neçə dəfə pozduğunu təsəvvür et!

Dünya kor olub, Allahın izzətini görmür. Bütün bəşəriyyət yoldan çıxıb, yalançı ilğımın dalınca qaçır. Ürəklərindəki boşluğu doldurmaq üçün ümid və sülh axtarırlar! Çox insan məyusluğun və bədbinliyin qurbanı olur, ümidsizliyə qapılan və intihar edən adamların sayı artır!

İnsanlar kosmonavtlara, müğənnilərə, kino ulduzlarına heyran olur, alqışlayır, onların haqqında ətraflı məlumat almaq üçün çox vaxt sərf edirlər, eyni zamanda Allahın əmrləri heç kimi maraqlandırmır, heç kim onları öyrənmək və onlara əməl etmək istəmirlər! Buna görə insanlar günaha ciddi yanaşmır, yalan içində yaşayır, qiymətli ömrünün illərini öz xudbin ehtiraslarına sərf edirlər; onlar bir-birini vurub öldürürlər, axırda da bu cür axmaq şəkildə dünyasını dəyişirlər!

Özünə sual ver, qardaşım: sən özünü, yaxud başqa bir varlığı Yaradanından daha çox sevirsənmi? Öz maşınının mühərrikinə arxayın olursanmı? Zahiri gözəlliyinə heyran olursanmı? İnsanlardan öz məqsədlərin üçün istifadə etmək istəyirsənmi? Həqiqətən, sənin dünyəvi arzularının hamısı Allaha ehtiramını azaldır! Amma sən Allahı bütün ürəyinlə, bütün varlığınla, bütün qüvvətinlə sevməlisən. Qoy başqa allahların, bütlərin olmasın, xudbinliyin ölsün və Rəbbin izzəti səni nurlandırsın! Rəbb sənə yar olsun!

DUA: Ey Ata, bizi Öz surətində yaratdığın və Oğulda Özünü tanıtdığın üçün Sənə şükür edirik! Səndən rica edirik, məhəbbətini bütün insanlara aç, qoy hər yerdə imansızlıq bitsin və Ata adın müqəddəs tutulsun! Həyatımızda başqa allahlar varsa, Sən bizi bağışla və o bütləri düşüncəmizdən sil. Qoy yalnız Sənin Oğlun əbədi olaraq bizdə hökm sürsün!

SUAL:

  1. Niyə Allahsız həyat sürən insan özü üçün mütləq dünyəvi allahlar düzəldir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:43 AM | powered by PmWiki (pmwiki-2.2.109)