Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 113 (The First Hearing of the Trial)
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
E - PAULUN YERUSƏLİMDƏ VƏ QEYSƏRİYYƏDƏ HƏBS EDİLMƏSİ (Həvarilərin İşləri 21:15 - 26:32)

9. Qeysəriyyədəki məhkəmənin birinci iclası (Həvarilərin İşləri 24:1-23)


HƏVARİLƏRİN İŞLƏRİ 24:1-9
1 Bundan beş gün sonra baş kahin Xananya, bəzi ağsaqqallar və Tertul adlı bir vəkil Qeysəriyyəyə gəlib Pauldan edilən şikayətləri valiyə çatdırdı. 2 Paul çağırılanda Tertul onu ittiham etməyə başladı: «Möhtərəm Feliks, sənin sayəndə uzun müddətdir ki, əmin-amanlıq içində yaşamaqdayıq. Sənin uzaqgörənliyinlə bu millət üçün keçirdiyin islahatları 3 hər yerdə, hər zaman dərin minnətdarlıqla qəbul edirik. 4 Vaxtınızı çox almaq istəmirəm. Rica edirəm, lütfkarlığınla bizi bir qədər dinlə. 5 Bizim gəldiyimiz nəticəyə görə bu kişi dünyanın hər yerində olan Yəhudilər arasında iğtişaşlar salan bir araqarışdırandır. O, Nəsrani təriqətinin başçılarındandır. 6 Bu insan hətta məbədi murdarlamağa çalışdı, amma biz onu yaxaladıq və bizim Qanunumuza münasib şəkildə mühakimə etmək istədik. 7 Lakin minbaşı Lisiya gəlib böyük güc tətbiq edərək onu bizim əlimizdən alıb sənin yanına göndərdi. 8 Onu ittihamlandıranlara əmr etdi ki, sənin yanına gəlsinlər. Onu istintaq etsən, bütün bu ittihamlarımızın doğru olduğunu özündən öyrənə bilərsən». 9 Oradakı Yəhudilər də deyilənlərin doğru olduğunu təsdiqləyərək bu işə qoşuldu.

Yerusəlimdəki baş kahin Xananya Paulun onların əllərindən getdiyinə qəzəbləndi. O saat Paulun ardınca getməyə, onu tapıb öldürməyə və məsihiliyin kökünü kəsməyə hazır idi. Xananya Paulu öldürməmiş yeyib-içməyəcəklərinə and içmiş qırx nəfəri özü ilə aparmadı, çünki pis niyyətlərinin açılmasını istəmədi; ancaq o, gözəl natiq olan bir adamı özü ilə apardı. O ümid edirdi ki, bu adam şirin dili ilə romalıları aldadıb Paulu tezliklə öldürülməsinin lazım olduğuna inandıra bilər.

Gözəl natiq birinci çıxış etdi. Valinin xoşuna gəlmək üçün nitqini yaltaqlıq və iltifatlardan başladı. Bu valinin sayəsində Fələstində sülh və əmin-amanlığın bərqərar olduğundan, valinin müdrikliyi və uzaqgörənliyi sayəsində Yəhudeyanın inkişaf etdiyindən, çiçəkləndiyindən, nizam-intizama riayət edildiyindən bəhs etdi. Yalandan dedi ki, guya yəhudilərin Ali Şurası bu adama qarşı ittihamda valiyə hər cür dəstək verəcək.

Lakin Feliksin özünün bu sifətlərini, məziyyətlərini onsuz da yaxşı bilirdi. Buna görə gözəl natiq valinin məziyyətlərini mədh etməyə çox vaxt sərf etmədi və tez mətləb üstə keçdi. Məhbus Paulu son dərəcə təhlükəli bir adam kimi qələmə verdi, üç beynəlxalq cinayətdə ittiham etdi: Birincisi, o, nəinki Fələstində, hətta Roma İmperatorluğunun digər vilayətlərində də sülhü, asayişi pozurdu, yəhudilər arasında təfriqələrə, iğtişaşlara, münaqişələrə səbəb olurdu. İkincisi, müttəhim məsihi hərəkatının başçısı idi; bundan elə nəticə çıxır ki, o vaxt Ali Şura haqlı olaraq Peteri, Yəhyanı, yaxud Yaqubu deyil, məhz Paulu məsihiliyin hərəkətverici qüvvəsi sayırdı və Paulu yəhudi düşüncəsinin dəyişib bütün millətlər üçün məqbul olmasının səbəbkarı sayırdı. Məsihilik, Məsihin lütfü əsasında qurulmuş və bütün xalqlara elan edilən bir inancdır. Üçüncüsü, Paulu məbədə hörmət etməməkdə, hətta məbədi murdarlamaqda ittiham etdilər; və hətta romalı hökmdarlar belə, yəhudi sivilizasiyasının mərkəzi olaraq məbədə hörmət edir, hüquqlarını qoruyurdu. Yəhudi ittihamçılar Qanunla saleh sayılmaq və Məsihin gəlişi üstündəki mübahisələrdən valiyə heç məlumat vermədilər. Millətlərin həvarisi Paulu yalnız ölkədə asayişi pozan və müqəddəs məbədi tapdalayan şəxs kimi qələmə verdilər.

Ondan əlavə, yəhudilər Yerusəlimdəki minbaşı Lisiyadan da şikayət etdilər, çünki o, Paulu zorla onların əllərindən xilas etdi və bu hərəkəti ilə Roma nizamını yəhudi Qanunundan üstün qoydu. Bu ittiham yəhudi hüquqları üçün üstüörtülü tələb idi, çünki romalılar günahkarları Qanunla edam etmək hüququndan yəhudiləri məhrum etmişdilər. Bütün başçı kahinlər bu ittihamı təsdiq etdilər və Paulu bu dünyada “araqarışdıran”, bütün insanlar üçün çox təhlükəli bir “yoluxucu xəstəliyi” yayan adam adlandırdılar. Beləliklə, dünyanı bu təhlükədən, bu xəstəlikdən xilas etmək valinin əlində idi. Yəhudilərin bu ittihamında Məsihin məhəbbətini görə bilməyən, xeyir-dua mənbəyinə “öldürücü xəstəlik” deyən fanatizm üzə çıxmışdır. Həqiqəti yalanla təhrif edən və daş ürəkləri ilə özlərini saleh və düzgün sayan bütün yalançıların atası şeytandır.

DUA: Ya Rəbb İsa Məsih, Sənə şükürlər olsun! Çünki Sən Özün həqiqətsən! Bütün yalanın və yalançı şayiələrin Sənin həqiqətinin qüvvəsi ilə darmadağın olması labüddür! Bizə dürüstlük və məhəbbətlə danışmağı öyrət, hikmət və cəsarət ilə Müjdəni elan etməyə yol göstər!

SUAL:

  1. Paula qarşı hansı üç ittiham irəli sürüldü? Onları yekunlaşdır.

www.Waters-of-Life.net

Page last modified on March 10, 2014, at 08:57 AM | powered by PmWiki (pmwiki-2.3.3)