Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 203 (The Fourth Woe)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
B - Qürurlu möminlərin “vay halına”! (Matta 23:1-39) -- İsanın sözlərinin beşinci məcmuəsi

6. Dördüncü “vay halınıza!” (Matta 23:16-22)


MATTA 23:16-22
16 Vay halınıza, ey kor rəhbərlər! Deyirsiniz ki, “kim məbədə and içirsə, əhəmiyyətli bir şey deyil, lakin kim məbədin qızılına and içirsə, öz andına borcludur”. 17 Ey ağılsızlar və korlar! Hansı daha böyükdür? Qızılmı, yoxsa qızılı təqdis edən məbədmi? 18 Yenə də deyirsiniz ki, “kim qurbangaha and içirsə, əhəmiyyətli bir şey deyil; lakin qurbangah üzərindəki qurbana and içən öz andını yerinə yetirməlidir”. 19 Ey korlar! Hansı daha böyükdür? Qurbanmı, yoxsa qurbanı təqdis edən qurbangahmı? 20 Beləliklə, qurbangaha and içən kəs ona və onun üstündə olan bütün şeylərə and içir. 21 Məbədə and içən kəs ona və içində Yaşayana and içir. 22 Göyə and içən kəs də Allahın taxtına və taxtda Oturana and içir.
(Mat. 5:34-37; 15:14)

Öz sözlərinə qüvvət vermək üçün and içənlər yalançı olur, andları ilə sözlərini daha inandırıcı etməyə çalışırlar. Fariseylər çətin vəziyyətə düşürdü: çoxlu yalanlarını qüvvətli andları ilə ört-basdır etmək istəyirdi, amma Allahın adını boş yerə dilə gətirmək onlara qadağan idi. Hətta lazımsız yerə Allahın adını çəkmək belə küfr sayılırdı. Onda onlar belə düşündülər: hərçənd ki Allahın məbədinə and içmək olmaz, məbədin qızılına and içmək olar. Onların fikrincə, Allahın qurbangahına and içmək də olmaz imiş. Buna görə onlar pulla satın alınan və qurbangah üzərində təqdim olunan qurbana and içməyə haqq qazandırdılar. Beləliklə, onlar xalqı öz şəxsi fikirlərinin toruna salmış, daha da Allahdan uzaqlaşdırmışdılar.

Məsih bu barədə artıq danışmış, ümumiyyətlə and içməyi qadağan etmişdi. Sən də kimisə həqiqəti danışdığına inandırmaq üçün and içməməlisən. İsa öyrədir ki, söylədiyimiz hər bir kəlmə həqiqət olmalıdır. Məsih burada fariseylərin andlarından bəhs edərkən “And içmə!” əmrini ləğv etmir, ancaq bir daha xatırladır ki, biz bütün sözlərimiz üçün taxt üzərində oturan Allaha cavab vercəyik. O, ağzımızdan çıxan hər sözümüzə diqqət verir. Görəsən, biz təmiz, yoxsa yalançı çıxacağıq?

DUA: Ey Rəbb İsa, Sən müqəddəs Hakimsən və mühakimən bizdən başlayır. Biz Sənin ardınca gedirik. Sənə yalvarırıq, bizi hər cür ikiüzlülükdən azad et, qoy biz yalandan, hiylədən, qürurdan uzaq olaq! Sənin həqiqət və sədaqətini qəbul edək! Hər pisliyimiz, səfehliyimiz, cahilliyimiz, yarımçıq tövbəmiz üçün Səndən əfv diləyirik. Sən bizi təqdis et ki, biz həlak olmayaq, amma hər zaman dürüst olaq və həqiqəti danışaq!

SUAL:

  1. Məsih and içməklə bağlı problemləri necə həll edir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:07 AM | powered by PmWiki (pmwiki-2.2.109)