Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
B - Qürurlu möminlərin “vay halına”! (Matta 23:1-39) -- İsanın sözlərinin beşinci məcmuəsi
6. Dördüncü “vay halınıza!” (Matta 23:16-22)MATTA 23:16-22 Öz sözlərinə qüvvət vermək üçün and içənlər yalançı olur, andları ilə sözlərini daha inandırıcı etməyə çalışırlar. Fariseylər çətin vəziyyətə düşürdü: çoxlu yalanlarını qüvvətli andları ilə ört-basdır etmək istəyirdi, amma Allahın adını boş yerə dilə gətirmək onlara qadağan idi. Hətta lazımsız yerə Allahın adını çəkmək belə küfr sayılırdı. Onda onlar belə düşündülər: hərçənd ki Allahın məbədinə and içmək olmaz, məbədin qızılına and içmək olar. Onların fikrincə, Allahın qurbangahına and içmək də olmaz imiş. Buna görə onlar pulla satın alınan və qurbangah üzərində təqdim olunan qurbana and içməyə haqq qazandırdılar. Beləliklə, onlar xalqı öz şəxsi fikirlərinin toruna salmış, daha da Allahdan uzaqlaşdırmışdılar. Məsih bu barədə artıq danışmış, ümumiyyətlə and içməyi qadağan etmişdi. Sən də kimisə həqiqəti danışdığına inandırmaq üçün and içməməlisən. İsa öyrədir ki, söylədiyimiz hər bir kəlmə həqiqət olmalıdır. Məsih burada fariseylərin andlarından bəhs edərkən “And içmə!” əmrini ləğv etmir, ancaq bir daha xatırladır ki, biz bütün sözlərimiz üçün taxt üzərində oturan Allaha cavab vercəyik. O, ağzımızdan çıxan hər sözümüzə diqqət verir. Görəsən, biz təmiz, yoxsa yalançı çıxacağıq? DUA: Ey Rəbb İsa, Sən müqəddəs Hakimsən və mühakimən bizdən başlayır. Biz Sənin ardınca gedirik. Sənə yalvarırıq, bizi hər cür ikiüzlülükdən azad et, qoy biz yalandan, hiylədən, qürurdan uzaq olaq! Sənin həqiqət və sədaqətini qəbul edək! Hər pisliyimiz, səfehliyimiz, cahilliyimiz, yarımçıq tövbəmiz üçün Səndən əfv diləyirik. Sən bizi təqdis et ki, biz həlak olmayaq, amma hər zaman dürüst olaq və həqiqəti danışaq! SUAL:
|