Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 202 (The Third Woe)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
B - Qürurlu möminlərin “vay halına”! (Matta 23:1-39) -- İsanın sözlərinin beşinci məcmuəsi

5. Üçüncü “vay halınıza!” (Matta 23:15)


MATTA 23:15
15 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz dənizi və qurunu dolaşırsınız ki, bir nəfəri dinə gətirəsiniz. Dinə gətirdikdə isə onu özünüzdən ikiqat artıq cəhənnəmlik edirsiniz.

İsanın dövründə bir çox yəhudilər, monoteistik dinlərini bütün dünyada yaymağa çalışırdılar. O vaxt çoxları artıq həmişə bir-biri ilə dalaşan tanrılarla dolu yunan miflərindən bezmişdilər. Bir Allahın olması barədə eşitmək, Allahın açıq-aydın On Əmrini və nizamlı Qanununu öyrənməkdən ləzzət alırdılar.

Bir Allaha iman gətirən bütpərəstlər suya salınma mərasimi yerinə yetirir və sünnət edilirdilər. Lakin bu “dinə dönən”lərin imanında məqbul və qeyri-məqbul şeylərlə bağlı Qanun barəsindəki mübahisələr diqqət mərkəzinə gəlmişdi. Onların imanı artıq yalnız zahiri görünüşdə qalmışdı, onlar ikiüzlü fariseylərdən də çox inadkar olmuşdular.

Dinçi, qanunpərəst ruh xilas vermir, əksinə, adamın ürəyini daşa döndərir. Buna görə də İsa bu ikiüzlülər və ilahiyyatçıların gözləri önündə ağzını açmış cəhənnəmi təsvir etməyə məcbur oldu.

Müxtəlif dinlər var ki, təkallahlılığın əsaslarını, qanun-qaydalarını qəbul edib; möminlik, Allah qorxusu üzərində sivilizasiya qurub; Qanunun pozulmaması üçün qorxunc cəzalar tətbiq edib. Ancaq onlar həlim Allah Quzusunu tanımayıblar, Allahla barışığı rədd ediblər, Müqəddəs Ruhun vəhyinin mənasını dəyişdiriblər. Onlar çarmıxa əsaslanan yenilənmədən xəbərsizdirlər, düşmənlərini sevmək üçün ürəklərini açmırlar, qəlblərində mənəvi sülh yoxdur. Onlar Müqəddəs Üçlükdə vahid Olana qarşı çıxırlar. Yaqubun nəsli başqalarını Ata, Oğul və Müqəddəs Ruha qarşı qaldırmağa nail olmuşdur. Onların din adamları Məsihə qarşı mübarizələrində əcdadlarından da dəhşətli, qəddar olmuşlar, odur ki İsa onları “cəhənnəmlik” adlandırır. Məsih onları Allahla barışdırmaq üçün onların uğrunda öldü, lakin bu adamlar onlar üçün hazırlanmış xilası rədd etmiş və etməyi davam etdirirlər.

Neçə-neçə adamın kor rəhbərlərin ardınca getdiyini görəndə adamın lap ürəyi ağrıyıq. Belə rəhbərlər adamı doğru yola aparmağı vəd edirlər, halbuki özləri yolu görmürlər – “gözətçiləri kordur...” (Yeş. 56:10). Bəzən xalqın özü də bunu istəyir və görənlərə “Görməyin!” deyir. Xalqın rəhbərləri “onları azdırır” (Yeş. 9:16). Belə olduqda xalqın vəziyyəti nə qədər acınacaqlı olsa da, rəhbərlərin özlərinin vəziyyəti daha betərdir. Məsih kor rəhbərlərin vay halına – deyir, çünki onlar çoxlarının qanı üçün hesabat verəcəklər.

DUA: Ey müqəddəs Ata, Ruhda Özünə çoxlu övlad törətdiyinə görə Sənə şükür edirik. Sənə minnətdarıq ki, Sən Məsihin qurban ölümü, izzətli dirilməsi və yaxın gəlişi sayəsində bizə paklıq, məhəbbət, sevinc bəxş etdin. Bizə kömək et ki, dünyanın bütün qitələrində cəhənnəm yolunda olan bütün insanlara barışığın barədəki Müjdəni danışaq və onlar mənəvi sülhün sirrini öyrənsin və lütf ilə Allahın övladlarına dəyişilsin!

SUAL:

  1. Niyə yəhudilərin dinə gətirdikləri adamlar cəhənnəmlik olurdu?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:07 AM | powered by PmWiki (pmwiki-2.2.109)