Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 043 (The Beatitudes)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi

a) Nə bəxtiyardır (Matta 5:1-12)


MATTA 5:4
4 Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq.
(Zəb. 126:5; Vəhy 7:17)

İlahi məhəbbət zənginin ikinci çalınması yaslı olanlara aiddir. Əslində, bu söz hər kəsə aiddir, çünki hamımız yaslıyıq. Məsih sənə deyir ki, “Artıq yeni dövr başlayır. Çünki Mən qurban olaraq öləndə adama yas, qəm-qüssə gətirən hər şeyə qələbə çalmışam. Allahın Ruhu Təsəlliverici kimi sizə gələcək və ümidinizə zamin olacaq!” Ürəyinizdə nə qədər böyük qəm-qüssə olsa da, səmavi sevinc ona qalib gələcək. Məsih, yas dolu dünyamıza böyük ümid verir. Böyük xilasa görə sevinək, şadlanaq, şükür edək, çünki həmd və şükür nəğmələri ən dərin qəm-qüssəyə belə qalib gəlir. Rəbbin tezliklə gələcəyinin intizarında olaq və bizim böyük ümidimiz gerçəkləşəcək! Allah bütün göz yaşlarımızı siləcək! (Vəhy 7:17; 21:4; Yeş. 25:8).

Səmavi səadət kamil və əbədi təsəlli ilə meydana gəlir, çünki Allah bütün göz yaşlarımızı siləcək. Rəbbin sevinci, “doyunca sevinc və əbədi səadət” budur (Zəb. 16:11). Bu səadətə “müqəddəs göz yaşları” ilə gələnlər ikiqat bəxtiyar olacaqlar. Ağlaya-ağlaya göyə gələnlər üçün ora sözün əsil mənasında cənnət olacaqdır; “göz yaşı ilə əkənlər” (Zəb. 125:5-6) üçün ora bol sevinc biçəcəkləri bir yer olacaq. Lakin oraya çatmaq üçün biz göz yaşı vadisindən keçməliyik (Zəb. 84:6).

MATTA 5:5
5 Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq.
(Mat. 11:29; Zəb. 37:29)

Həlimlər Allaha, Kəlamına, tərbiyəsinə təslim olduqlarına görə xoşbəxtdirlər. Onlar Allahın göstərdiyi yolu tuturlar, Allahın məqsədlərini həyata keçirirlər, bütün insanların qarşısında həlim davranırlar. Onlar insanların təhqirinə, qəzəbinə qarşı ya susarlar, ya da sakit və yumşaq cavab verərlər. Fürsət düşəndə narazılıqlarını bildirə bilərlər, amma əsla ədəbsiz və ya şərəfsiz tərzdə hərəkət etməzlər. Hamı əsəbi və hirsli olduğu zaman, həlimlər sakit vəziyyətdə qalmağı bacarırlar. Onlar səbirli və özlərinə hakimdirlər, demək olar ki əsəbiləşməzlər, tez sakitləşərlər. Bir pisliyin qisasını almaqdansa, qırx pisliyi bağışlamağa üstünlük verərlər.

Belə həlim insanlar hələ bu dünyada xoşbəxtdirlər. Mübarək İsaya bənzədiklərinə görə bəxtiyar və xeyir-dualı sayılarlar, axı İsa: “Məndən öyrənin, çünki Mən həlim və qəlbən itaətkaram” demişdir (Mat. 11:29). Onlar həmçinin Öz qəzəbinə hakim olan mübarək Allaha bənzəyirlər. Onlar Allahla, dostları və özləri ilə tam sülh və səadət içində yaşadıqlarına görə bəxtiyar və xoşbəxtdirlər. Onlar hər kəslə münasibət qura bilən, hər vəziyyətdə yaşaya bilən, həyata və ölümə hazır olan insanlardır.

Lakin güclü adamlar, şanlı rəhbərlər, varlılar Allahın Konstitusiyasını dərk etmədiklərinə, əksinə, onu pozduqlarına görə Məsihin ikinci gəlişində yas tutacaq və dəhşətli əzaba düçar olacaqlar. Həlim Məsih isə yer üzünü irs alacaq, Onu qəbul edənlərin, zülmkarlıqdan həlimliyə dönənlərin hamısı həmçinin Onunla birgə yer üzünü irs olaraq alacaq.

SUAL:

  1. Niyə güclülər deyil, həlimlər yer üzünü irs olaraq alacaqlar?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:33 AM | powered by PmWiki (pmwiki-2.2.109)