Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 035 (The Believer Considers Himself Dead to Sin)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
D - Allahın qüvvəsi bizi günahın hakimiyyətindən azad edir (Romalılar 6:1 - 8:27)

1. İmanlı özünü günaha münasibətdə ölü sayır (Romalılar 6:1-14)


ROMALILAR 6:12-14
12 Ona görə də qoymayın ki, günah sizin fani bədəninizə hökmranlıq etsin və siz də bədəninizin ehtiraslarına itaət edəsiniz. 13 Bədəninizin üzvlərini də haqsızlıq aləti olmaq üçün günaha təslim etməyin; əksinə, özünüzü ölülər arasından dirilənlər kimi Allaha, bədəninizin üzvlərini də salehlik aləti olmaq üçün yenə Allaha təslim edin. 14 Günah sizə hökmranlıq etməyəcək, ona görə ki siz Qanun altında deyil, lütf altındasınız.

Günahın hökmranlığından azad olub, Məsih ilə şərikliyini davam etdirən adam günaha nifrət edər, pislikdən uzaq olar. Şəhvət güclüdür, amma Məsihin məhəbbəti daha güclüdür. Müjdəyə bağlı qalan, həmişə dua edən adam öz nəfsinə və cisminin bütün ehtiraslarına qarşı durmaq üçün qüvvət tapar, öz-özünə qulluq etməz və yalançı məzhəblərə uymaz, lakin şüurlu şəkildə hər cür pis təsirdən uzaqlaşar. Onda sən qalib gələn İsa ilə şəriklikdə qaldığın üçün artıq sınağa düşməzsən və ölümdən dirilmiş Olanın qüvvəsi cismindəki ölüm gücünə üstün gələr. Müqəddəs Ruh sənə dünyanın bütün fəlsəfələrindən daha böyük hikmət bəxş edər!

Gəl, indi hər pis təsirdən: pis kitablar, filmlər, televiziya və pozğun dostlardan imtina et. Bunların səni Məsihlə şərikliyindən məhrum etməsinə yol vermə! Öz günahının qüdrətinə inanma, amma Məsihə iman et və Onun xilas qürdətinə ümid bağla!

Sən Allaha məxsus olmusan, Onun Ruhu ilə nəfəs alırsan, əzəli həqiqəti yaşamısan. Allahdan uzaq olan yolların barədə heç düşünmüsənmi? Özünü müqəddəs “cihad” üçün hazır olan əsgər kimi Rəbb həsr et. Bütün vaxtını, gücünü, pulunu Ona təslim et. Allah yolunda fədakarlıq məcburi deyildir, çox böyük şərəfdir. Biz buna görə şükür edir və sevinirik. Rəbdən sənin harada və necə xidmət etməyini istədiyini soruş, çünki məhsul boldur, işçilər isə azdır. Məhsulun Sahibinə yalvar ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin. Ancaq Rəbbə xidmət edərkən tələsmə və inadkar olma, qoy O sənə yol göstərsin, çünki O, təqsirlərində ölü olanları sənin vasitənlə diriltmək, onlara əbədi həyat bəxş etmək istəyir. Gəl, öz bədənini və bütün varını-yoxunu salehlik aləti olaraq Allaha təslim et!

Şükür etməyi də unutma, axı sən əvvəlcə günahların üzündən ölü idin, indi isə Məsihdə yaşayırsan! Sənə verilən ənamları Allaha gətir, qoy O bunlardan çoxlarının xilası üçün istifadə etsin. Müqəddəs Olan səni Məsih naminə layiq sayır və xidmətə göndərir, belə ki Onun salehliyinin qüdrəti sənin zəifliyində ucalsın. Bəs sən nəyi gözləyirsən? Həvari Paul özünü “Məsihin qulu” adlandırıb, bəs sən nə vaxt həqiqətən Onun yolunu tutub, həyatını Allahın xidmətinə həsr edəcəksən?

Paul kimi Allahın məhəbbətinin şərikliyində xidmət edənlərin hamısı gündən-günə Müqəddəs Ruhun qüvvəsini yaşayır və anlayırlar ki, ürəklərində ciddi dəyişikliklər baş verib. Günah artıq onların ürək taxtında razı halda oturub təbəssüm etmir, onların ürəyində Məsihin Özü hökmranlıq edir! Məsih bizdə məskən salanda, həyatımızda yeni dövr başlayır. Allahın tələblərini yerinə yetirmək artıq bizə qeyri-mümkün görünmür, əksinə, biz lütfkar Ruhun qüvvəsi ilə sevinə-sevinə itaət etməyə can atırıq! Şübhəsiz ki, hər məsihiyə lütf qüvvəsi bəxş edilib, ölüm və tənəzzül ona hökmranlıq etməz, çünki onun ürəyində və zehnində Məsih böyük lütfü ilə hökm sürməkdədir.

DUA: Ya Rəbb İsa Məsih, hər səhər və axşam Sənə həmd edir və Səni alqışlayırıq, çünki biz əbədi həyata şərik olaq deyə, Sən bizim fani bədənlərimizə bağlanmısan! Yalnız Sən ürəyimizin Sahibisən! Bizə hikmətlə davranmağı, bütün ağlımızla, gücümüzlə, sərvətimizlə Sənə və Səmavi Atana həmd etməyi öyrət! Qoy biz bütün imanlılarla birgə hər zaman Sənin məhəbbətinin qulları olaq!

SUAL:

  1. Biz özümüzü və bədənlərimizin üzvlərini salehlik aləti olmaq üçün necə Allaha təslim edirik?

Mən istər Allah,
istərsə də insanların qarşısında
hər zaman vicdanımın
təmiz olması üçün çalışıram

(Həv. 24:16)

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:47 AM | powered by PmWiki (pmwiki-2.3.3)