Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 023 (The Revelation of the Righteousness of God)
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Hebrew -- Hindi -- Indonesian -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Spanish -- Telugu -- Turkish -- Urdu? -- Yiddish

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
B - İman vasitəsilə yeni salehlik bütün insanlara verilir (Romalılar 3:21 - 4:22)

1. Məsihin qurban ölümündə Allahın salehliyi zahir olur (Romalılar 3:21-26)


ROMALILAR 3:21-24
21 Amma indi Qanuna bağlı olmayaraq Allahdan gələn salehlik zahir olub. Buna Qanun da, Peyğəmbərlərin yazıları da şəhadət edir. 22 Allahdan gələn bu salehlik İsa Məsihə iman vasitəsilə Ona iman gətirənlərin hamısına verilir. Heç kəsə fərq qoyulmur. 23 Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub 24 və Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır.

Sən günahkarsanmı? Bu sözlər yalnız o insana yazılıb ki, pisliyin qanına hopmuş, təbiətinin pozğunlaşmış olduğunu anlayır, keçmiş əməllərinə görə mənəvi əzab çəkir, özünü günahkar sayır.

Gəl, Allahın mühakimə etdiyi bu dünyada sənə səslənən etibarlı Müjdəyə qulaq as!

Paul bütün insanlara: mömin və dinsiz, seçilmiş və yolunu azmış, savadlı və savadsız, böyük və kiçik – hamıya təbii və ilahi qanun əsasında günahkar olduqlarını sübut edir.

Sən bütün insanlarla birgə Allahın izzətindən məhrum olduğunu dərk etmisənsə, nə bəxtiyarsan! İnsan yarandığı vaxt ona ənam edilən Allahın surətini itirmişdir. Bəs sən bəşəriyyətin pozğunlaşdığına görə göz yaşı tökürsənmi?

Allahın müqəddəs Qanununun ittihamına cavabı nə olacaq? Asi və pis adamlara qarşı nə cür ilahi hökm veriləcək? Onun mənim və sənin üçün ədalətli mühakiməsi nə olacaq?

“Hamı saleh sayılır!” deyə göydə və yerdə elan edilmiş qüdrətli söz ölülərin və dirilərin aləmlərindəki ehtişamlı sükutu pozmuşdur. Ağlımız buna “Ola bilməz!” deyə etiraz edir. Şeytan da “Yox!” bağırır. Ancaq Allahın Ruhu sənə dünyanın günahını götürən Allah Quzusunu göstərib, təsəlli verir! Müqəddəs Allah bütün günahkarların cəzasını Oğluna çəkdirmişdir! Pozğunlaşmış adamları müqəddəslərə döndərmək üçün Öz müqəddəs Oğlunu həlak etmişdir! Sən layiq olmadığın Allahın Padşahlığına daxil olasan deyə, İsa Məsih cismən əzab çəkərək, sənin ruhani borclarını ödəmişdir! Sən azadsan, satım alınmısan, sərbəst buraxılmısan! Nə günahın, nə şeytanın, nə ölümün sənin üzərində səlahiyyəti yoxdur, zira sən saleh sayılmısan, Allah səni əbədi qəbul etmişdir!

Buna inanır və xilas barəsindəki Müjdəni imanla qəbul edirsənmi? Güzgüyə baxsan görəcəksən ki, imana gəlmədən öncə necə görünmüşdünsə, indi də belə görünürsən. Lakin indi gözlərində şükür və sevinc parıltısı da var, çünki Allah səni sevir və vahid Oğlunun ölümü vasitəsilə səni bütün təqsirlərindən azad edərək saleh sayır. Sən bu əzəli həqiqəti ya qəbul, ya rədd edəcəksən. Bütün dünyanın salehliyi tamamlanmışdır və Məsih bir daha çarmıxa çəkilməli deyildir. İman edən adam xilas olacaq və bu xilasdan möhkəm tutan adam məhkum edilməyəcək! İmanın səni xilas etmişdir!

Hamı pis idi, ölümə və həlaka layiq idi, lakin Allah hamını saleh sayıb, əbədi həyatda Ona xidmət etmək fürsətini verdi. Bu qədər böyük lütf dünya dinlərinin heç birində yoxdur, yalnız İncildə var! Allahın məhəbbəti qanunpərəst və dinsiz, kübar və kafir, mütəfəkkir və biliksiz, yaşlı və uşaq daxil edilməklə bütün insanları xilas edir. Allah hamını saleh sayır. Bəs sən bu lütf barədə bildiyin halda, nə vaxta kimi susacaqsan? Dostlarını bu lütfə dəvət etməyə tələs! Zindan qapılarının taybatay açılmış və İncilə görə onlara rəsmən azadlıq hüququ verilmiş olduğunu elan et! Onlara Allahın bu yeni azadlığından xəbər verməyə tələs!

Əziz qardaş, sən şəxsən Məsihi və xilasını qəbul etmisənmi? Onu sənə rəhmi gələn Xilaskar kimi tanımısanmı? Səni təbrik edirik və əzab-əziyyətinə, ölümünə görə İsaya şükür etməyini məsləhət görürük, çünki yalnız O səni xilas edir, təmizləyir, salehlik bəxş edir! İmanınla Onu şərəfləndir və şükür etməyə xəsis olma! Ömrünün qalan hissəsini Onun izzətli lütfünə şükür olaraq yaşa!

DUA: Sənə səcdə qılırıq, ey sevimli Rəbb İsa Məsih! Bizim uğrumuza çarmıxda öldüyün üçün Səni sevirik. Ey rəhmli Ata, Oğlunun qurban ölümü sayəsində bütün günahlarımızı bağışladığın üçün Sənə səcdə edirik! Ey Müqəddəs Ruh, bizə əvəzsiz olaraq bilik lütfünü verdiyin, saleh sayılmış və bağışlanmış olduğumuza dair inamımızı təsdiqlədiyin üçün Sənə şükür edirik! Ey Müqəddəs Üçlük, həyatımıza məna verdiyin üçün Səni ucaldırıq! Əbədi olaraq Sənə şükür etməyi bizə öyrət və həyatımızı təqdis et, belə ki, bütün həyatımızla Sənin uca lütfünə həmd edək!

SUAL:

  1. İman vasitəsilə saleh sayılmağımız hansı fikirlərə əsaslanır?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:45 AM | powered by PmWiki (pmwiki-2.2.109)