Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 013 (The Wrath of God against the Nations)
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Hebrew -- Hindi -- Indonesian -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Spanish -- Telugu -- Turkish -- Urdu? -- Yiddish

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
A - Bütün dünya şər olanın hakimiyyəti altındadır və Allah hər kəsi ədalətlə mühakimə edəcək (Romalılar 1:18 - 3:20)

1. Bütün millətlərə qarşı Allahın qəzəbi göydən aşkar olur (Romalılar 1:18-32)


ROMALILAR 1:26-28
26 Bu səbəbdən Allah onları öz rəzil həvəslərinə təslim etdi. Onların qadınları təbii əlaqəni qeyri-təbii əlaqə ilə əvəz etdilər, 27 eyni tərzdə kişilər də qadınla olan təbii əlaqədən əl çəkib bir-birlərinə şəhvətlə qızdılar; kişilər kişilərlə rüsvayçılıq edib öz daxillərində rəzilliklərinə layiq cəzanı aldılar. 28 Allahı şüurlarında saxlamağı yanlış saydıqları üçün Allah da onları yanlış düşüncələrə təslim etdi ki, ədəbsiz işlər görsünlər.

Birinci fəsildə Paul “Allah onları təslim etdi” – deyə qorxunc sözləri üç dəfə təkrarladı. Bu sözlərdə qətiyyət, qəzəb və mühakimə səslənir. Allahın şər qüvvələrinə təslim etdiyi adamların vay halına, çünki onlar hər şeyə qadir Olanın qayğısı və himayəsindən məhrum olublar!

Allahdan uzaqlaşmanın əlamətləri bunlardır: murdar şəhvətlər, allahsız fikirlər ürəyə dolur, insan şəhvətlərinin ardınca gedir və yalnız cismani ehtiraslarını düşünür. Əgər insanın ürəyində Müqəddəs Ruh yaşamırsa, daima onun bədəninə, şüuruna hökmran olmursa, belə insan ədəbli və savadlı görünsə də, həqiqətdə pozğun olar.

Bizim yaşadığımız kişi-qadın bərabərliyi dövründə bəzi qadınlar kişilərsiz cinsi həzz almaq hüququnu tələb edirlər. Habelə bəzi təşkilatlar, dünya əhalisi artmasın deyə, homoseksuallığın azad olmasını tələb edirlər. Lakin həvari Paul təbii ehtiyaclarını qeyri-təbii yolla ödəyənləri yanlış düşüncələrə təslim edilmiş və Allahın qəzəbinə düçar olmuş adamlar adlandırdı.

Onların hamısı özünə çox böyük zərər verir, zehinlərini korlayır, artıq normal insan kimi yaşamır və istəmədikləri işləri təsəvvürlərinə gətirir və edirlər. Həqiqətən, günah edən hər kəs günahın quludur və Allahın qoyduğu nizamda qalmaq istəməyən insan şeytanın tələsinə düşür və get-gedə Rəbdən uzaqlaşır, axırda isə tamamən ayrılır!

Sivilizasiyanın tənəzzülünün çox dərin səbəbləri var. Cinsi həvəsin özü şər deyildir. Şər ondadır ki, pozğun adamlar Allahı şüurlarında saxlamağı yanlış saydılar, Allahdan çox özlərini və bu dünyanı sevdilər, nəticədə onlar dəhşətli günahlara, əxlaqsızlığa qərq oldular. Məsihin xilas etdiyi insanların şəhadətliklərini oxuyanda görürük ki, onlar xilas olmadan öncə Allahdan uzaq idilər. Çoxları imansızlıqları ucbatından hər cür cinsi günah və əxlaqsız işlər etmişdilər. Ancaq Məsih onları tapanda günahlarını bağışladı və onlara paklıq, təzəlik, təsəlli, qüvvə, ümid və sevinc verdi!

Ancaq Allahdan uzaq yaşamağında davam edən, Müqəddəs Ruhun cəlb etməsinə məhəl qoymadan tövbə etməyən adam yanlış düşüncəyə təslim edilər. Yanlış düşüncəyə təslim edilmək qədər böyük cəza yoxdur! Çünki adamın Allaha tərəf dönməsində düşüncə önəmli rol oynadığından, Allah tərəfindən rədd olunan, yanlış düşüncəyə təslim edilən adam artıq heç vaxt Allaha tərəf dönə bilməz. Yunan dilində “tövbə” sözünün mənası “fikrini, düşüncəsini dəyişmək”dir. Allah insanın əqlən dəyişilməsini istəyir və əqlən dəyişən adam Allahı qəbul edib yenilənir.

Əziz oxucu, bəs sənin ürəyin nə haldadır? Zehnin Allahın Ruhuna, xilasına, paklığına açıqdırmı, yoxsa insanların əksəriyyəti kimi sən də laqeyd həyat sürərək, pis düşüncələrinlə Allahdan uzaqlaşırsan? Nə qədər ki vaxt var, Rəbbə tərəf dön və dilə ki, O sənin şüurunu təmizləsin və ürəyini dəyişsin! Keçmişinin murdar halda qalmasına yol vermə! Rəbbin sənə şəfa verəcək, səni bağışlayıb təmizləyəcək. Səni şəhvət dolu keçmişinin əsarətindən qurtarmağa təkcə O qadirdir. Amma sən bunu bütün ürəyinlə istəməlisən. Sən öz-özünü əsla xilas edə bilməyəcəksən. Ancaq iradə gücünlə, əzmlə Rəbdən xilas diləsən, Onun xilasını əldə edəcəksən. O daima səni qurtarmağa hazırdır!

DUA: Ey müqəddəs Allah, Sən məni tanıyırsan, bütün fikirlərimə, düşüncələrimə bələdsən! Sən mənim keçmişimi, nə vaxt kimə qarşı günah etdiyimi bilirsən. Şəhvətimi məni bağışla, şüurumu təmizlə. Mən Səni sevim deyə, Sən məni Kəlamına cəlb elə! Artıq günah etmək istəmirəm. Məndə möhkəm iradə yarat, qoy Sənin əlindən azadlığı qəbul edim! Yanlış düşüncədən və günahlı cismimdən məni xilas et! Sən Həkimim və Xilaskarımsan! Mən Sənə güvənirəm!

SUAL:

  1. Paul Allahın qəzəbinin aşkar olmasını necə təsvir etdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:44 AM | powered by PmWiki (pmwiki-2.2.109)