Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 043 (First Persecution of the Christian Church at Jerusalem)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
B - XİLAS BARƏSİNDƏKİ MÜJDƏ SAMARİYA VƏ SURİYAYA YAYILIR VƏ BÜTPƏRƏSTLƏR İMANA GƏLMƏYƏ BAŞLAYIR (Həvarilərin İşləri 8 - 12)

1. Məsihin Yerusəlimdəki Cəmiyyətinə qarşı ilk təqib və imanlıların Samariyanın hər tərəfinə yayılması (Həvarilərin İşləri 8:1-8)


HƏVARİLƏRİN İŞLƏRİ 8:4-8
4 Pərən-pərən düşən imanlılar hər yerdə Allahın kəlamını – Müjdəni yayırdı. 5 Filip də Samariya şəhərinə gəlib Məsihi vəz edirdi. 6 Filipi eşidib göstərdiyi əlamətləri görən izdiham onun sözlərinə birlikdə diqqət yetirirdi. 7 Natəmiz ruha tutulan çox adamdan bu ruhlar bərkdən çığıraraq çıxır, çox iflic və ayaqları şikəst olanlar şəfa tapırdı. 8 Ona görə bu şəhərdə bol sevinc var idi.

Şeytan həmişə Məsihin Cəmiyyətini məhv etməyə çalışır. Lakin İsanın çarmıxa çəkilməsinin nəticəsində olduğu kimi, Stefanın ölümündən sonra baş verən böyük təqibdə də şeytanın zərbəsi Cəmiyyəti məhv etməkdənsə daha da ruhani həyatı qüvvətləndi. Kişili-qadınlı imanlılar cəmiyyəti Yerusəlimin zindanlarında əzab-əziyyət çəkərkən, Şaul “mömin” bir qürur ilə şeytanın murdar ruha tutulmuş bir qulu oldu. O zaman Cəmiyyətin bir çox üzvləri pərən-pərən olub, Ali Şuranın səlahiyyətində olmayan ətraf bölgələrə qaçdılar. O qaçqınlar dərhal özlərinə yeni yurd yeri tapa bilmədilər. Bəlkə də onlar tezliklə Yerusəlimə qayıtmaq fikrində idi. Bu vəziyyətdə onlar avara qalmadı, Allahın Padşahlığını müjdələdi və əziyyətlər içində Məsihin sevincinə şəhadət etdi. Onların imanı sarsılmamışdı, ümidi şölələnirdi. Onlar Yaqubun bu sözlərinin dərin mənasını qavramışdılar: “Ey qardaşlarım, müxtəlif sınaqlarla üzləşəndə bunu böyük bir sevinc hesab edin. Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçməsi dözüm yaradır. Dözüm də öz əməlini kamil etsin ki, siz yetkin və kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın” (Yaq. 1:2-4).

Yeddi köməkçilərdən (dyakonlardan) biri, Samariya ərazisinə gedib Nablusun yaxınlığındakı Şekemdə sığınacaq tapan Filip, orada Məsih haqqında həqiqəti yayır, ona qulaq asanlara ölümə qalib gələn, günahdan azad edən, şeytanı əzən, göyə yüksələn, bizi Allahla barışdıran və bizim üçün vəsatətçilik edən İlahi İnsanı təsvir edirdi. O öyrədirdi ki, Məsih Uca Allahın sağında oturur, Allahla birlikdə hökmranlıq edir və Onu axtaran, Onun Ruhuna ürəyini açan insanlarda bütün şər qüvvələrə qalib gəlir. Beləcə Filip Məsihin əlində bir alət oldu və Müqəddəs Ruhun böyük qüvvəsi ondan çıxmağa başladı. Cinə tutulmuş çox adamdan murdar ruhlar çıxır, məyus olanlar təsəlli tapır, şikəstlər yeriməyə başlayırdı. Hamı sevinə-sevinə müjdəçinin yanına gəlirdi, çünki şəhərə Məsihin xilası gəlmişdi və şəhər sevinclə dolmuşdu!

SUAL:

  1. Məsihə iman etmək ilə Məsihin qullarının dediyinə iman etmək arasındakı fərq nədir?

www.Waters-of-Life.net

Page last modified on August 12, 2013, at 09:52 AM | powered by PmWiki (pmwiki-2.2.109)