Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 003 (Introduction to the Book)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

1. Həvarilərin İşləri Kitabına giriş və Məsihin son vədi (Həvarilərin İşləri 1:1-8)


HƏVARİLƏRİN İŞLƏRİ 1:3-5
3 Ölüm əzabını çəkəndən sonra həvarilərə çoxlu inandırıcı dəlillərlə Özünü diri olaraq göstərdi. O, qırx gün ərzində onlara görünərək Allahın Padşahlığı barədə danışırdı. 4 İsa onlarla duz-çörək kəsəndə bu əmri verdi: «Yerusəlimdən kənara çıxmayın, Atanın verdiyi, Məndən eşitdiyiniz vədin həyata keçməsini gözləyin. 5 Belə ki Yəhya su ilə vəftiz edirdi, amma siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız».

Məsihin ölümdən dirilməsi ilə Allahın Padşahlığı zühur etmişdir! Təsəvvürünə gətir, ölü bir adam qəbirdən qalxıb, qırx gün boyunca dostlarına görünür, onlarla sakitcə oturur, yemək yeyir, qapını döymədən səssizcə divardan keçərək otağa daxil olur və eynən belə otaqdan çıxır! Ölümdən dirilmiş yaşayan Məsihin zühurləri şagirdlərin ağıllarını heyrətə gətirmədi, çünki onlar İsaya verilən haqsız hökm ilə rüsvayçılıqla çarmıxa çəkilməsinin şahidi idilər. Onun yazıq halda öldüyünü, başçıların və camaatın ona lağ etdiyini və Onun cümə günü dəfn edildiyini görmüşdülər. İsanın ölümü və dəfni ilə onların ümidləri üzülmüşdü.

Məsihin dirildiyi gün yeni dövrü işıqlandıran məşəl kimi başladı - əzəliyyət zamana daxil oldu. Məsih Öz hüzuru ilə sübut etdi ki, Onun Padşahlığı bu dünyadan deyildir, fani olmayan ruhani hökmranlıqdır, sevinc, salehlik, məhəbbət, həqiqət, həlimlik və iffət ilə doludur. Nifrət, murdarlıq, qürur, yalan, müharibə və haqsızlıq dolu dünyamızda zahir olan bu səmavi həqiqət həvarilərin Məktublarında vəsf olunur. Məsih qırx gün boyunca şagirdlərinə Tövrat, Zəbur və Peyğəmbərlərin Yazılarından bu heyrətedici hərəkatın sirrini öyrətdi. Allahın Padşahlığını arzulayan və zühurunu gözləyən saleh peyğəmbərlər bu həqiqəti elan etmişdilər. İndi artıq Səmavi Hökmranlıq gəlib, Əzəli Padşah zühur edib, ardıcılları arasında fiziki şəkildə dayanıb!

Allahın bu Padşahlığı peyğəmbərləri öldürən və Allahın Oğlunu çarmıxa çəkdirən Yerusəlimdən başladı. Rəbb sülh şəhərindən sülhünü götürdü və qalileyalı balıqçılara artıq keçmiş peşələrinə - Tiberiya gölündə balıq tutmağa qayıtmamağı buyurdu. Onlar bu ədavətli şəhərdə qalıb dua etməli, Allahın verdiyi vədin həyata keçməsini gözləməli idilər.

Məsih şagirdlərinə bu ilahi vədin mənasını əvvəlcədən elan etmişdir: onlar Allahı olduğu kimi tanıyacaqlar və artıq uzaq qəddar Hakim kimi Ondan qorxmayacaqlar, çünki Allah onlara Özünü Ata kimi tanıtmışdır və onlar Allahın övladları olmuşlar. Bu, Məsihin xüsusi vəhyidir ki, müqəddəs Allah rəhmli Atadır. Bu vəhy mədəniyyətlərimizi dəyişdirir və biz anlayırıq ki, gələn Padşahlıq Ata Padşahlığını və Allahın övladları xidmətçilər və hakimlər olacaqlar. Onlar dua edərək İsadan nümunə götürürlər, İsa hamımızı Allahın ədalətli qəzəbindən qurtarmaq üçün uğrumuzda öldü.

Luka Məsihin yer üzündə ən son söylədiyi sözlərdən “Atanın verdiyi, Məndən eşitdiyiniz vəd” barəsindəki sözləri qələmə almışdır. Bu sözlər Allahın Oğlunun təlimini yekunlaşdırır: müqəddəs olan Haqq-Taala bizi övladlığa götürür, Öz varlığı ilə doldurur, Öz övladlarına döndərir! İsanın çarmıxda ölməsinin əsil məqsədi budur. O bizim günahlarımızı bağışladı və bizi təqdis etdi ki, biz Allahın hüzurunda olaq, Atanı sevək, öz davranışımızla Onun adını müqəddəs tutaq.

Vəftizçi Yəhya yeri və göyü sarsıdacaq bu inqilab barəsində qabaqcadan xəbər vermişdi. Məsihin səhrada yaşamış sələfi bilirdi ki, Allahın Padşahlığı pis və pozğun insanlara dərhal gələ bilməyəcək, çünki onlar hazır deyillər, onların daş ürəkləri yumşaldılmalı, kor zehinləri dəyişilməlidir. Yəhya tövbə edən günahkarları ölümə layiq olmalarının rəmzi olaraq İordan çayında vəftiz etmişdi. Onların sudan çıxması yeni yaradılış olaraq dəyişilmələrinin rəmzi idi. Lakin Yəhya bilmiş və açıqca öyrətmişdi ki, onun vəftizi insanı həqiqətən dəyişdirməz. Suya girmək onu göstərir ki, heç kəs özünü islah edə və ya başqalarını tərbiyələndirə bilməz. İnsan özünə cəfa verərək təmizlənə bilməz, çünki hamımız pisik və təbiətimiz pozğunlaşmışdır.

Yəhya Peyğəmbər o səhrada tövbə edənlərə, onları Müqəddəs Ruhla vəftiz edəcək Allah Quzusu barəsində şəhadət etdi, çünki O, Allahın Ruhundan doğulub və günahsız olaraq qalır. Bu Ruhla O Özünü Allaha qüsursuz qurban olaraq təqdim etdi və bütün imanlıları Atası ilə barışdırdı ki, biz də bu lütfkar mübarək Ruha şərik olaq. Bəs sən Atanın verdiyi vədi dərk etmisənmi? Müqəddəs Ruh səndə məskən salmağa əzmlidir. Məsihin Özü sənin ürəyinin mərkəzində yer tutacaq və bədənin yaşayan Allahın Məbədi olacaq! Sən bu gün Allahla üz-üzə gəlməyə hazırsanmı?

Məsih həmişə həlim olduğu kimi, sən də Allahın verdiyi bu vədi qəbul etməyə hazırlaşarkən həlim ol! Yəhya belə desə də, Məsihin Özü “Mən sizi Müqəddəs Ruhla vəftiz edəcəyəm” demədi, lakin bu izzəti Atasına saxladı. İsa öyrətdi ki, Müqəddəs Ruhun Özü bizim yanımıza gəlməyə əzmlidir. Ata, Oğul və Müqəddəs Ruh kamil vəhdətdə bizə Özünü bəxş edir, çünki Atadan və Oğuldan gələn bu Ruh ilahi məhəbbətin Özüdür. Sən Allahın iradəsini dərk etmisənmi? Sən dua edərək Onu qəbul etməyə hazırlaşırsanmı, necə ki Məsih həvarilərinə dua edərək gözləməyi buyurmuşdu?

DUA: Ya Rəbb İsa Məsih, Sən müqəddəssən! Sən Ata və Müqəddəs Ruh ilə birgə tövbə edənləri vəftiz edirsən ki, biz artıq Böyük Allahdan və mühakiməsindən qorxmayaq, lakin Onu əsil Atamız kimi sevək, sevinclə Ona itaət edək, Onun adını dilə gətirək və bütün varlığımızla ayıq olaq! Sənə şükür edirik ki, Sən bizə misli olmayan bu duanı etməyə icazə vermisən: “Ey göylərdə olan Atamız, adın müqəddəs tutulsun!” Amin.

SUAL:

  1. Atanın verdiyi vəd nədən ibarətdir?

www.Waters-of-Life.net

Page last modified on June 25, 2013, at 12:41 PM | powered by PmWiki (pmwiki-2.3.3)