Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 056 (Forbidding Oaths)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
1. Münasibətlər barəsində (Matta 5:21-48)

c) Andların qadağan edilməsi həqiqəti danışmaq üçündür (Matta 5:33-37)


MATTA 5:33-37
33 Yenə qədim zamanlarda adamlara “Yalandan and içmə, amma andlarını Rəbbin önündə yerinə yetir” deyildiyini eşitmisiniz. 34 Mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o, Allahın taxtıdır; 35 nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir. 36 Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və ya qara edə bilməzsən. 37 Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır.
(Lev. 19:12; Say. 30:3; Mat. 23:16-22; Yaq. 5:12)

Dünyada yalanlar, adam aldatma, mübaliğəli sözlər aşıb-daşır. İnsanlar bir-birinə yaltaqlanırlar. Tələbələr imtahanlarda hiylə işlədirlər. Ticarətdə, siyasətdə və ictimai həyatın başqa-başqa sahələrində hiylə və yalan virusu yayılmışdır. Ən murdar işlərdən biri adamı inandırmaq üçün Allahın adı ilə and içməkdir. Adamın and içməsi həqiqətdə çox vaxt onun yalan danışmasını bildirir.

İnsanlar çox vaxt haqlı olduqlarını düşünürlər, hər şey və hər kəs haqqında düzgün düşünürmüş kimi özlərini aparırlar, lakin Allah ürəklərdə olanı biləndir. Bizim niyyətlərimizi və hər əməlimizin arxasında duran səbəbləri O bilir. Bizim biliyimiz kamil deyil, məhduddur; göylər yer üzündən nə qədər ucadırsa, başımızdakı tükü yaratmaq bizim üçün nə qədər qeyri-mümkündürsə, mühakimələrimiz də son dərəcə nöqsanlıdır!

Buna görə insan nə qədər and içir-içsin, niyyətlərinin səmimi, sözlərinin doğru olduğunu sübut etmək çətin olacaq. Bəzən həqiqətdən xəbərsiz olduğumuzu etiraf etməliyik, o zaman arada başqalarının fikirlərinə qulaq asacağıq, dostlarımızdan və hətta savadsız adamlardan öyrənməyə hazır olacağıq, çünki biz dəyərsiz qullarıq (Luka 17:10). Lovğa və ya təəssübkeş adam özünə əmindir, odur ki and içir; lakin imanlı özünə güvənməz, yalnız öz Xilaskarı Rəbbə etibar edər.

Müqəddəs Ruh bizə həmişə həlimliklə və mübaliğəsiz həqiqəti danışmağı öyrədir, bizi Allaha izzət və şərəf verməyə yönəldir. Yalançılarla bizim aramızda olan fərq budur. Onlar hiyləgər ataları şeytan kimi qürurlanıb şöhrət əldə etməyə can atırlar. Şeytan yanılaraq özünü böyük sayır. Biz imanlılar isə qürurumuzu sındırmışıq, günahlarımızı etiraf etmişik, Allahın lütf və xilasından bərk yapışmışıq, bizə haqq yolunu göstərməsi üçün Allaha ümid bağlamışıq.

Biz, insanların gözləri önündə xidmət etmək arzusundan azad olmuşuq, hər kəsə həqiqətdə xidmət edirik. Məhəbbətsiz həqiqət qatilliyə bərabər olduğu kimi, həqiqətsiz məhəbbət də yalandır. Gəlin həqiqət əsasında qurulan məhəbbəti öyrənək və həqiqəti məhəbbətin müdrikliyi ilə təqdim edək.

Yalnız Məsih bizi yalan və mübaliğədən xilas edə bilər. Məsihin ilahi həqiqət məktəbinə daxil olan hər kəs hər cür yalanı rədd etməyi öyrənir, hətta “faydalı” yalanı belə rədd edir və Rəbbin adını boş yerə dilə gətirmir. Biz Rəbbin məktəbində Onu alovlu şəhadətlə şərəfləndirməyi öyrənirik, belə ki dilimiz sədaqətli, vicdanımız pak olur, axı biz yalanın atasının övladları deyilik, həqiqi Məsihin övladlarıyıq.

DUA: Ey Səmavi Ata, dilimiz çox vaxt yalan danışır. Hər cür mübaliğəni və əyriliyi dilimizdən uzaq et! Bizə həlimliyi öyrət, qoy biz Sənin Müqəddəs Ruhunda dürüst olaq! Bizi nurlandır ki, həqiqəti dərk edək! Bizi Öz yolunda adınla apar, çünki həqiqət Sənsən! Qoy bütün niyyətlərimiz, fikirlərimiz düzgün olsun, qoy biz həqiqət və ədalət ilə davranaq!

SUAL:

  1. Biz necə həyat sürməliyik ki, sözümüz, əməlimiz, davranışımız düzgün olsun?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:35 AM | powered by PmWiki (pmwiki-2.2.109)