Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 049 (Paul’s Anxiety for his Lost People)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 2 - Yaqubun seçilmiş övladlarının büdrəyib-yıxılmasına rəğmən dəyişməz qalan Allahın salehliyi (Romalılar 9:1 - 11:36)

1. Paulun yolunu azmış xalqına görə dərin iztirabı (Romalılar 9:1-3)


ROMALILAR 9:1-3
1 Məsihdə həqiqəti söyləyirəm, yalan danışmıram, vicdanım dediklərimi Müqəddəs Ruhda təsdiq edir ki, 2 ürəyimdə böyük bir kədər, daimi bir iztirab var. 3 Çünki qardaşlarımın, yəni cismani soydaşlarımın xatirinə mən özüm Məsihdən uzaqlaşıb lənət qazanmağımı istərdim.

Paul inadkar xalqının halını təsvir etməyə başlayarkən: “Məsihdə həqiqəti söyləyirəm…” deyir. Həvari müəyyən fəlsəfəni, yaxud öz fikirlərini söyləmək əvəzinə, çox əziyyətlə öyrəndiyi acı həqiqəti yazır. O özü bu əziyyətin səbəbkarı olmasa da, Məsihə iman etdiyinə görə əziyyət çəkmişdi. Əslində, Paul burada bizimlə öz etiqadını da bölüşmür – onun vasitəsilə İsa danışır, çünki Rəbb şagirdlərindən ibarət olan ruhani Bədəninin Başıdır, şagirdləri də bu Bədənin fəal üzvləridir.

Paul oxucularını, iqrarının doğru olduğuna inandırır: “Mənim dediyimi vicdanım da Müqəddəs Ruhda təsdiq edir. Məsihim, Həqiqət Ruhu daxilində fəal olan Xilaskardır. Həqiqət Ruhu yalana, əyriliyə, hiyləyə, boş xəyallara yol verməz, ancaq Məsihin ardıcıllarını həqiqətə şəhadət etməyə həvəsləndirir və onlara etibarlı və kamil sözlər verir”.

Həvarinin vicdanı onun ruhani kompası olmuşdu. Onun hissləri bu kompasın əqrəbini hərəkət etdirməzdi, çünki ürəyi yenilənib Müqəddəs Ruhun yönəltməsinə bağlanmışdı. Bu İlahi Ruh Paulun vicdanına rahatlıq vermiş, sözlərinə açıqlıq, şəhadətinə düzgünlük qazandırmışdı!

Bu uzun girişdən sonra Paul nəyə şəhadət etdi?

  1. Onun asi xalqına görə ürəyi kədər dolu idi. Həvari çox sevdiyi soydaşlarına görə qəmlənir, məyusluq hissindən xilas ola bilmirdi.
  2. Paul xalqının getdikcə ruhən kütləşdiyinə görə ürəyində çox kədərlənirdi. Gözləri qabağında baş vermiş ruhani olayları anlamayan, ruhən kor olan xalqına görə əziyyət çəkən həvari onları xilas etməyə can atırdı, lakin onlar istəmir, Paulun bəhs etdiyi xilasa ehtiyacları olmadığını zənn edirdilər.
  3. Paul xalqın o qədər çox dərdini çəkirdi ki, onların əvəzinə əziyyət çəkməyə, hətta Məsihdən uzaqlaşdırılmağa belə razı idi, təki onlar xilas olsunlar!
  4. Paul onları o qədər çox sevirdi ki, onların xilası üçün lazım olsaydı, özü Xilaskar İsa tərəfindən rədd edilməyə razı olardı.

Yolunu azmış xalqına baxan Paul öz doğmalarını, soydaşlarını görürdü. Cismən qardaş saydığı bu xalqı Allahın qəzəbindən xilas etmək üçün o, hər şey etməyə, canını qurban verməyə belə hazır idi.

DUA: Ey Rəbb İsa Məsih, Sən Yerusəlimə görə ağladın (Luka 19:41), xalqının asiliyini, inadkarlığını görüb əziyyət çəkdin. Çarmıxda “Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər” (Luka 23:34) deyə dua edib, onların günahlarını bağışladın! Bizə kömək et, ya Rəbb, qoy biz də xalqımızı sevək və getdikcə artan allahsızlıq üzündən əziyyət çəkək! Qoy həm onlara, həm də Yaqubun nəslinə görə dua edək ki, sidq ürəkdən tövbə etsinlər, səni tanıyıb qəbul etsinlər! Amin.

SUALLAR:

  1. Paulun dərin qəm-qüssəsinin səbəbi nə idi?
  2. Paul xalqının xilası üçün nələri qurban etməyə hazır idi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:49 AM | powered by PmWiki (pmwiki-2.3.3)