Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 081 (Greetings from Paul’s fellow Workers)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek? -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish? -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
Əlavə - Paulun şəxsiyyəti haqqındakı xüsusi məlumat (Romalılar 15:14 – 16:27)

7. Paulun həmkarlarının salamları (Romalılar 16:21-24)


ROMALILAR 16:21-24
21 Həmkarım Timotey, soydaşlarım Luki, Yason və Sosipater sizə salam göndərir. 22 Bu məktubu yazıya alan mən Terti də Rəbbin ismi ilə sizə salam söyləyirəm. 23 Məni və bütün cəmiyyəti qonaq saxlayan Qayın sizə salamı var. Şəhərin xəzinədarı olan Erast və Kvart qardaş da sizə salam göndərir. 24 Rəbbimiz İsa Məsihin lütfü sizin hamınızla olsun. Amin.

Paulu nadir hallarda təklikdə görmək olar. O həmişə yoldaşlarla səyahət edib, onu Barnaba və Sila kimi təcrübəli həmkarlar müşayiət ediblər. Onlar Paulu təkmilləşdirib, ona məsləhət veriblər. Digər həvarilər də Paula qoşulurdu, bəzən müxtəlif şəhərlərdən olan imanlılar Məsihin zəfər yürüşündə iştirak edirdilər. Paul özünü Məsihin əzəmətli arabasına bağlanmış qulu sayırdı, sanki o Məsihi tanımaqdan yaranan xoş ətri yaymalı idi və bu ətri iyləyib qəbul edən hər kəs xilas olurdu, onu rədd edənlər isə həlak olurdu (2Kor. 2:14-16).

Paul Romalılara Məktubunu eramızın 59-cu ilində Korinfdə ikən yazmışdır. Paulun yanında olan məsihilər də Məktubun sonunda salamlarını söyləyiblər. Bu onu göstərir ki, Paul bir filosof kimi təkbaşına yazmırdı, ətrafında çox adam var idi və Romadakı imanlıların özləri və vəziyyətləri haqqında Paula ətraflı məlumat verirdilər. Buna görə onun Məktublarında müqəddəslərin şərikliyi açıq şəkildə görünür.

Timotey İsaya iman etmiş yəhudi qadın olan anası ilə birlikdə yaşayırdı. Timoteyin nənəsi də güclü imanı, mömin həyat tərzi ilə tanınmışdı. Atası isə yunan idi, amma onun haqqında çox az məlumatımız var. Paul Məsihi sevən bu oğlanın onun xidmətində çox qiymətli həmkarı ola biləcəyini görüb, çünki Timotey özündə həm yəhudi, həm də yunan irsi daşıyırdı. Anasının yəhudi olduğunu nəzərə alaraq, Timoteyin yəhudilər üçün əsil yəhudi və yunanlar üçün əsil yunan olmasını istəyən həvari onu sünnət etdirib. Paul ilə Timotey xidmətdə həmfikir idilər və Timotey Paula oğlu kimi idi.

Timotey öz xeyrini güdmürdü, ancaq Rəbb İsanın izzəti üçün yaşayıb Allahın Padşahlığını və salehliyini axtarırdı. Paul səyahətləri əsnasında Timoteyi çox vaxt müxtəlif şəhərlərə göndərirdi ki, Paul ilə yoldaşları üçün qalmağa yer və xidmət üçün lazım olan hər şey hazırlasın. Bəzən şəhərdən qovulan Paul Timoteyi tək qoyub, yeni imanlılara təlim öyrətməyi ona tapşırırdı (Həv. 16:1-3; 19:22; Fil. 2:19-22).

Timoteyin salamlarından sonra Paulun soydaşları Luki, Yason və Sosipaterin adları çəkilir. Yason Salonikdə yəhudilərin qəzəbinə uğramış Paulu qəbul etmişdi. O vaxt Paul Salonikdəki sinaqoqda şənbə günləri üç dəfə yəhudilərlə mübahisə etdikdən sonra bəziləri iman gətririb sinaqoqdan ayrılıb, Paul və Silaya qoşularaq Məsihin yeni cəmiyyətini qurdular. Qalan yəhudilər hiddətlənərək şəhərdə qarışıqlıq saldılar. Paulla Silanı axtaran camaat Yasonun evinə gəlib Paulu tapmayanda Yasonu tutdu, başçılarının yanına apardı, İsanı padşahların Padşahı elan edən və insanlara qeysərə sadiq qalaraq qulluq etməyi qadağan edən yeni bir dini yaymaqda ittiham etdilər. Lakin başçılar yəhudilərin xahişini yerinə yetirmədi, Yasondan Paul və Sila üçün təminat alaraq onu da buraxdılar (Həv. 17:6).

Sosipater beriyalı məsihi idi. Beriyada yəhudilər Paulun sözlərini həvəslə qəbul edərək, çarmıxa çəkilib, dirilmiş İsanın həqiqətən Məsih olub-olmadığını öyrənmək məqdəsilə hər gün Əhdi-Ətiqi araşdırdılar. Salonikli yəhudilər Paulun Beriyada Müjdəni vəz etdiyini eşidəndə orada da qarışıqlıq saldılar, beriyalı imanlılar isə Paulu tam hörmətlə Afinaya qədər müşayiət etdilər. Eyni zamanda Sila və Timotey yeni imanlıları həqiqətdə mökəmləndirmək üçün Beriyada qaldılar. O vaxt Sosipater adlı bir adamın ehtiyac içində olan imanlılar üçün toplanmış bol ianəni çatdırmaq məqsədilə Paulla birlikdə Qüdsə getdiyini oxuyuruq.

Güman ki, Paulun üçüncü soydaşı kirenalı Luki (Həv. 13:1) Antakyadakı cəmiyyətin ağsaqqallarından biri idi və duaları ilə Paula xidmət edirdi.

Terti yunan dilini əla bilən romalı idi və Məktubun sonunda Məktubu yazıya alan şəxs kimi adı çəkilir. Paul Tertiyə Məktubun məzmununu söyləyib yazdırırdı və bu təcrübəli mirzə qələmini işə salıb papirus üzərində yazırdı. Bu xidmət qarşılıqlı razılıqla yerinə yetirilirdi. Terti Paulun dediyinin mənasını anlayıb Romadakı cəmiyyət üçün düzgün ifadə etməli idi. Paul Tertini seçilmiş, Rəbb İsada möhkəmlənmiş adamlardan biri sayırdı. Romadakı cəmiyyət onu yaxşı tanıyır və ona güvənirdi.

Qay salonikli bir imanlı idi. O, cəmiyyətin də toplandığı geniş evində Paulu qəbul edirdi. Onun evində Paul təqiblərdə sığınacaq tapırdı. Qay həmçinin ona yardım üçün müraciət edən adamlara köməklik göstərirdi. Paulun Korinfdə vəftiz etdiyi adamlardan biri də Qay idi, halbuki Paul çox az adamı vəftiz edib, necə ki özü yazıb: “Məsih məni vəftiz etməyə deyil, Müjdəni yaymağa göndərdi” (1Kor. 1:14-17).

Şəhərin xəzinəsindən cavabdeh olan Erast vəzifəsini sədaqətlə yerinə yetirən, hörmətə layiq adam idi. Korinfdəki cəmiyyətdə yalnız kasıblar deyil, şəhərdə nüfuza malik olan adlı-sanlı adamlar da var idi.

Kvart sadəcə olaraq Məsihdə bir qardaş idi. Yunan deyil, romalı idi və o dövrün imanlılar cəmiyyəti onu yaxşı tanıyırdı.

DUA: Sənə şükürlər olsun, ya Rəbb İsa, zira Sənin cəmiyyətində sidq ürəkdən müxtəlif ruhani və əməli sahələrdə xidmət edən xidmətçilər var! Cəmiyyətlərimizin ağsaqqallarına Sənin müqəddəs adının izzəti üçün etdikləri hər işdə sadiq olmaqda kömək ol!

SUAL:

  1. Paulun Romalılara Məktubunu yazıya alan adam kimdir?

www.Waters-of-Life.net

Page last modified on June 26, 2013, at 10:02 AM | powered by PmWiki (pmwiki-2.3.3)