Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 080 (A Warning against the Deceivers)
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Hebrew -- Hindi -- Indonesian -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Spanish? -- Telugu -- Turkish -- Urdu? -- Yiddish

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
Əlavə - Paulun şəxsiyyəti haqqındakı xüsusi məlumat (Romalılar 15:14 – 16:27)

6. Yalançı müəllimlər barəsində xəbərdarlıq (Romalılar 16:17-20)


ROMALILAR 16:17-20
17 Qardaşlar, sizə yalvarıram ki, öyrəndiyiniz təlimin əleyhinə çıxaraq ayrılıq salan və büdrəməyə səbəb olan adamlara nəzarət edin və onlardan uzaq durun. 18 Çünki belə adamlar Rəbbimiz Məsihə deyil, öz qarınlarına qulluq edirlər; onlar yağlı və yaltaq nitqləri ilə sadəlövh adamların ürəklərini tovlayırlar. 19 Sizin itaətiniz hamıya bəllidir. Buna görə də sizin üçün sevinirəm. Amma istəyirəm ki, yaxşı işlərdə müdrik, pis işlərdə məsum olasınız. 20 Sülh qaynağı olan Allah Şeytanı tezliklə ayaqlarınızın altında əzəcək. Rəbbimiz İsanın lütfü sizə yar olsun!

Paul bu Məktubu başa çatdırarkən bəlkə də Musanın Qanununa bağlı fanatiklərin Romada evlərdə toplanan cəmiyyətləri Musanın Qanununa və eləcə də yemək, oruc, şənbə günü kimi yəhudi ənənələrinə əməl etməyə çağırmağa başladığını öyrənmişdi.

Həvari dərhal anladı ki, şeytan evlərdə toplanan cəmiyyətləri sınağa çəkir. Onlar doğru yoldan sapıb, Allahın lütfünə güvənməyən, xeyirli işlər və Qanuna riayət əsasında qurulan təriqətə çevrilmək təhlükəsində idilər. Bu təriqətə görə, Məsihin çarmıxı xilas üçün yetərsiz imiş, xilas olmaq üçün çox səy göstərmək, Musanın Qanununa dəqiq əməl etmək lazım imiş.

Paul görürdü ki, şeytan günahkarların bütün təqsirlərini əfv edən Məsihin salehliyinə hücum edir. Məsih demişdi ki, “İman edib vəftiz olan kəs xilas olacaq, iman etməyən isə məhkum olacaq”. Həvari Məsihin bol lütfünü təhrif edənlər haqqında “təlimin əleyhinə çıxaraq ayrılıq salan və büdrəməyə səbəb olan” deyə danışıb; Davud Peyğəmbər də bu kimi insanlar barəsində “Hamı birgə pozulub, namus əldən getmişdir, bir nəfər də olsun yaxşı iş görən yoxdur” (Zəb. 14:3) deyə yazıb.

Paul Romalılara Məktubunda bəşərin qabiliyyətsizliyi barədəki bu sözləri sitat gətirdi və yalnız Məsihin yolunun xilasa apardığını vurğuladı (Rom. 3:9-24). Bundan sonra Romadakı cəmiyyətə girən bəzi yəhudi yalançı müəllimlər Paulun Məktubu çatmadan öncə oradakı imanlıları onun yanlış təlim öyrətdiyinə inandırmağa çalışdılar. Buna görə də o, Romadakı cəmiyyətə bu yalançı müəllimlər barəsində xəbərdarlıq verdi.

Paul daha öncə Birinci Qüds Həvari Məclisində bu həqiqət üçün mübarizə aparmalı olmuşdu. Qanun fanatiki olan imanlılarla qızğın mübahisədən sonra o, açıq şəkildə elan etdi: “Elə isə nə bizim, nə də ata-babalarımızın gəzdirə bilmədiyi boyunduruğu niyə bu şagirdlərin boynuna yükləyərək Allahı sınağa çəkirsiniz? Əksinə, inanırıq ki, biz də Rəbb İsanın lütfü ilə xilas oluruq, onlar da” (Həv. 15:10-11).

Həvarilərin qabaqcılı olan Peter bir gün Məsihi əzab-əziyyət, çarmıx yolundan yayındırmaq istəyəndə, İsa ona: “Çəkil qarşımdan, Şeytan! Sən Mənə mane olursan. Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən” (Mat. 16:23) dedi.

İnsanların Məsihin çarmıxını ləğv etmək və öz səyləri ilə xilas olmaq cəhdlərinin hamısı şeytanın yalanı olduğu üçün əbəs olub. Humanizm fəlsəfəsini dirçəltmək cəhdləri də gözəl görünə bilir, amma əslində Allahın lütfünə ziddir. İsanın çarmıxa çəkilməsi, qanını axıtması və qələbəsi tarixi faktını inkar edən və Qanuna əməl edərək cənnətə layiq olacağını uman hər kəs aldanıb şeytanın toruna düşür.

Bu Məktubda Paul Romadakı çaşıb-qalmış imanlılara belə nəsihət verdi: “Bu yalançılardan özünüzü gözləyin, uzaq durun, onların ev toplantılarınızda təlim öyrətməyinə icazə verməyin, çünki onlar İsanın “Qədim zamanlarda... deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm...” sözlərinin mənasını hələ dərk etməyiblər. Bu yalançılar hələ də əvvəlki əhddə yaşayırlar, lütf əhdi olan yeni əhdə daxil olmayıblar. Siz isə çarmıxa çəkilmiş və ölümdən dirilmiş Şəxsdən möhkəm tutun və əbədi yaşayacaqsınız!”

Bu nəsihətlə birlikdə Paul Romadakı imanlılara görə şükür etdi və onları təriflədi: “Sizin səmimi imanınıza və ruhani məhəbbətinizə görə sevinirəm, çünki siz Müqəddəs Ruhun yönəltməsinə itaəti öyrənmisiniz və əməldə tətbiq etmisiniz. Bu ruhani həqiqət Yunanıstanın bütün cəmiyyətlərində məlum olub. İndi siz xeyir ilə şər arasında ayırd etmək üçün, yaşayan İsadan müdriklik diləyin. Yaxşılıq edin və şər olanın axmaqlığından əl çəkin. Yaşayan Rəbdən hər zaman sizi Müjdə əsasında qurulan doğru yolu göstərməsini, sizi həqiqi imana yönəltməsini istəyin və Allahla sülh içində yaşayacaqsınız”.

Bu təşviq sözlərinin ardından Paul müqəddəs qəzəblə imanlılara misilsiz vəd verdi: “Sülh qaynağı olan Allah Şeytanı tezliklə ayaqlarınızın altında əzəcək!” (Rom. 16:20). Bu qəti sözün mənası elədir ki, sülh qaynağı olan Allah kamil sülhündən bizim ürəklərimizə tökür və bizi heç təlaşa düşməyə qoymur – Məsih göydən yerə gələcəyi zaman O, şeytanı məğlub edəcəkdir. Paul Romadakı cəmiyyəti öyrədirdi ki, onlar Məsihin ruhani Bədəni olaraq Rəbb İsanın düşmənini Öz ayaqları altına atıb əzməsinin şahidi olacaqlar. Onlar Məsihin ruhani Bədəni olduqları üçün Allah şeytanı onların da ayaqları altında əzəcək! Çünki onlar Məsihdə və Məsih onlardadır! “Siz özünüz şər olana qalib gələ bilməyəcəksiniz, amma Allah onu sevimli Oğlunun ayaqlarının altına salacaq və siz Allahın Oğlunun zahir olacaq izzətində iştirak edəcəksiniz!” (Zəb. 110:1).

Paul realist idi və Rəbb İsadan Romadakı imanlıları şeytanın sınaqlarından hifz etməsini və lütfdə möhkəmləndirməsini diləyirdi. Çünki lütf Ata, Oğul və Müqəddəs Ruhun xoşnudluğunun açarıdır!

DUA: Ya Rəbb İsa, Sən bizi belə dua etməyi öyrətmisən: “Bizi sınağa çəkmə, lakin bizi şərdən qoru!” Ürəklərimizin gözlərini aç, qoy biz Sənin şər olana qalib gəldiyini görək! Öz-özümüzü xilas etmək cəhdlərindən bizi qoru, çünki Sən Xilaskarımızsan və Sənin kimisi yoxdur!

SUAL:

  1. Şeytanın sınaqlarının əsası nədir?

www.Waters-of-Life.net

Page last modified on June 26, 2013, at 10:01 AM | powered by PmWiki (pmwiki-2.2.109)