Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 048 (The Truth of Christ Guarantees our Fellowship with God)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
E - Xilasımız əbədidir (Romalılar 8:28-39)

2. Məsihin həqiqəti çoxlu əziyyətlər içində Allahla şərikliyimizi vəd edir (Romalılar 8:31-39)


ROMALILAR 8:38-39
38 Çünki əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr, 39 nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz Məsih İsada olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq.

Paul əmin idi ki, nə dünyada olan bir şey, nə də bir ruh bizi İsa Məsihdə zahir olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq! Bu əzəmətli sözlərlə o, Romalılara Məktubunun əqidəyə dair hissəsini başa çatdırır. Həvarinin bu əminliyi sadəcə olaraq düşüncəsi, yaxud təhlilinə əsaslanmayıb, lakin onun təcrübəsini, çox əziyyətinə, mübarizəsinə, Müqəddəs Ruhun ürəyindəki şəhadətini əks etdirib. Paul “İnşallah, Allah mənimlə olar” deməyib, amma tam əminliklə iqrar edib ki, o, Məsihdə olan Allah məhəbbətini tanıyandan bəri, bu məhəbbətin əsla tükənməyəcəyini bilir. Allahın sədaqətindən şübhə ola bilməz!

Paul nə insani məhəbbətdən, nə də sevən rəhmli Allahdan bəhs edib. O Oğulun vasitəsilə Atanı görüb və Məsihdən başqa Allaha aparan yol tanımayıb. Allahın Oğlu bəşər olandan bəri Allah-Taalanın bizim Atamız olduğunu bilirik. Onun Ata məhəbbəti bəşəri hisslərə bənzəməz, çünki müqəddəs Olan Oğlunu murdar günahkarlar uğrunda qurban verib! Biz Onun mərhəmətindən şübhələnməməli, amma Oğlunun axıdılmış qanı xatirinə bizi əhdinə və övladlığına dəvət etdiyinə iman etməliyik. Paul çarmıxa görə əmin idi ki, Allahın məhəbbəti əsla tükənməz!

Ancaq şeytan da həqiqətən vardır, şeytanın varlığını inkar edən adamın dünyadan xəbəri yoxdur! Paul dünyanı və axirəti məhv etməyə çalışan ruhani qüvvələri ayırd edə bilirdi. O nəinki dəfələrlə ölümlə üzbəüz durub, həm də qaranlıq mələkləri ilə vuruşub, dualarında cəhənnəmin cinlərinə qarşı mübarizə aparıb və deyib ki, “göylər və cəhənnəm birgə üstümə hücum etsəydi belə, Məsihdə olan Allah məhəbbəti məni əsla tərk etməyəcəkdi. Allaha düşmən olan bütün qüvvələr əsla mənə qalib gələ bilməyəcək, çünki əzəli Məsihin qanı məni təqdis edib!”

Paul peyğəmbərlik ənamı ilə görüb ki, sınağaçəkən, yalançı və qatil olan iblis imanlılar cəmiyyətinə hücum edir, ancaq Məsihdə olduğu üçün imanlılar cəmiyyətinə qalib gələ bilmir! Heç kəs imanlılar cəmiyyətini Məsihin əlindən qapmağa qadir deyildir!

Hətta Qanun belə həvarilərin imanını sarsıda bilməyib, çünki onlar Məsihlə birlikdə çarmıxda ölüblər, Məsih onlarda yaşayır və onları qoruyur. İmanlılar son məhkəmədə hifz olunacaqlar, çünki Məsih əbədi olaraq sadiq Qalib kimi qalacaq!

Ey əziz qardaş, sənə müraciət edirik: ruhunu, canını, bədənini tamamilə Allahın məhəbbətinə ver. Müqəddəs Üçlükdə vahid Olana sadiq qal, qoy sənin adın həyat kitabında yazılsın və sən əbədi olaraq Allahın övladı kimi qalasan!

Diqqət yetirin ki, Paul dəyişməz Allah məhəbbəti barədəki həmd ilahisində “mən” əvəzinə “biz” deyir, yəni dediyini Romadakı imanlılara və Aralıq dənizi hövzəsindəki imanlılar cəmiyyətlərinə də aid edir. Əgər biz onun əvvəlki fəsildəki təlimini qəbul ediriksə, bu dünyada qüvvətli və böyük görünən şeylərə baxmırıqsa, lakin Məsih İsada zahir olan Allah məhəbbətinə bağlanırıqsa, onda Paulun bu iman şəhadəti bizə də şamil olunur!

Nəhayət Pualun bu ilahinin son sətrində işlətdiyi “Rəbbimiz Məsih İsa” ifadəsi bizi Qolqotada qalib Gələnin rəblərin Rəbbi olduğuna bir daha inandırır! Onun səlahiyyəti hifz edilməyimizə zəmanət verir. O bizə əllərini uzadır və heç vaxt bizi tərk etmir, çünki O bizi sevir!

DUA: Ey İsa, Sənə şükür etməyə söz tapa bilmirəm! Sən məni xilas etdin və mən Sənə məxsus oldum! Məni məhəbbətinlə doldur, qoy həyatım Sənin qüvvətini ucaltsın və mən Sənə tam imanla həmd edim və heç nəyin məni Səndən ayırmağa qadir olmayacağına inanım, çünki Sən sadiqsən! Sən Atanın sağında oturduğun və O Səndə olduğu kimi, məni də Onun salehliyində möhkəmləndir, belə ki heç bir şey məni Ata, Oğul və Müqəddəs Ruhdan ayırmasın! Amin.

SUAL:

  1. Niyə Paul son cümləni “mən” ilə başladı, amma “biz” ilə başa çatdırdı?

Çünki əminəm ki, nə ölüm, nə həyat,
nə mələklər, nə başçılar,
nə indiki, nə də gələcək şeylər, nə qüvvələr,
nə ucalıq, nə dərinlik,
nə də başqa bir məxluq
bizi Rəbbimiz Məsih İsada olan
Allah məhəbbətindən
ayırmağa qadir olmayacaq!

(Romalılar 8:38-39)

Romalılara Məktub üzrə ikinci sual vərəqəsi

Möhtərəm oxucu! Əgər Allahın Kəlamını dərindən öyrənmək və bizdən mükafat olaraq bir kitab almaq istəyirsənsə, aşağıdakı suallardan ən azı 10-una düzgün cavab verməlisən:

  1. İman vasitəsilə saleh sayılmağımız hansı fikirlərə əsaslanır?
  2. “Allahın salehliyinin zahir olması” nə deməkdir?
  3. Niyə biz yaxşı işlərlə deyil, yalnız imanla saleh sayılırıq?
  4. İbrahim və Davud necə saleh sayıldılar?
  5. Niyə insan sünnətlə deyil, yalnız imanla saleh sayılır?
  6. Niyə Qanuna riayət edənlər yox, Allahın vədlərinə iman edənlər xeyir-dua alırlar?
  7. İbrahimin iman mübarizəsindən nə öyrənirik?
  8. Allahın sülhü həyatımızda necə gerçəkləşir?
  9. Allahın məhəbbəti necə zühur etdi?
  10. Paul Adəm ilə İsa arasında müqayisə apararaq, bizə nə öyrətmək istəyirdi?
  11. Vəftizin mənası nədir?
  12. Biz necə Məsihlə birlikdə çarmıxa çəkildik və həyatı ilə dirildik?
  13. Biz özümüzü və bədənlərimizin üzvlərini salehlik aləti olmaq üçün necə Allaha təslim edirik?
  14. Günahın və ölümün əsarəti ilə Məsihin məhəbbəti arasındakı fərq nədən ibarətdir?
  15. Niyə bütün imanlılar qədim əhdin tələblərindən azaddırlar?
  16. Bizim üçün yaxşı olan Qanun şərə və ölümə necə səbəb olur?
  17. Paul özü haqqında nə etiraf etdi və bu etiraf bizə nə məna verir?
  18. 8-ci fəslin ilk cümləsinin mənası nədir?
  19. Paulun bəhs etdiyi iki bir-birinə zidd qanun hansıdır və nə məna verir?
  20. Ruha görə həyat sürən adam nə barədə düşünür və cismani adamın axırı nə olacaq?
  21. Müqəddəs Ruh Məsihə iman edənlərə nə verir?
  22. Müqəddəs Ruh bizə Allahın hansı yeni adını öyrədir və o ad nə mənaya gəlir?
  23. Məsihin gəlişinin intizarında kimlər və nə üçün inləyirlər?
  24. Niyə hər şey birlikdə Allahı sevənlərin xeyrinə işləyir?
  25. Məsihilər əziyyətlər üzərində necə qələbə çalırlar?
  26. Niyə Paul son cümləni “mən” ilə başladı, amma “biz” ilə başa çatdırdı?

Poçt ünvanınızı əskiksiz qeyd edin. Bütün cavablarınızı aydın xətlə yazıb bu ünvana göndərin:

Waters of Life
P.O.Box 600 513
70305 Stuttgart
Germany

Internet: www.waters-of-life.net
Internet: www.waters-of-life.org
e-mail: info@waters-of-life.net

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:49 AM | powered by PmWiki (pmwiki-2.3.3)