Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 116 (Paul Before Agrippa II)
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
E - PAULUN YERUSƏLİMDƏ VƏ QEYSƏRİYYƏDƏ HƏBS EDİLMƏSİ (Həvarilərin İşləri 21:15 - 26:32)

12. Paul padşah II Aqrippa və məiyyəti qarşısında (Həvarilərin İşləri 25:13 - 26:32)


HƏVARİLƏRİN İŞLƏRİ 25:13-22
13 Bir neçə gündən sonra padşah Aqrippa ilə Berniki Festi təbrik etmək üçün Qeysəriyyəyə gəldi. 14 Bir müddət orada qaldılar. Fest bu ərəfədə Paulun işini padşaha danışdı. O dedi: «Bir kişi var, Feliks onu məhbus saxlayaraq gedib. 15 Yerusəlimdə olduğum ərəfədə Yəhudilərin başçı kahinləri ilə ağsaqqalları onunla bağlı şikayətlərini açıqladı və onu cəzalandırmağımı istədi. 16 Mən dedim ki, ittiham edilən şəxsi ittihamçılarla üzləşdirmədən, ona edilən ittihamlara müdafiə imkanı vermədən, onlara təslim etmək Romalıların adətinə xas deyil. 17 Onlar mənimlə buraya toplananda heç bir vaxt itirmədən ertəsi gün hökm kürsüsünə çıxıb bu kişinin gətirilməsini əmr etdim. 18 Amma ittihamçılar qalxıb danışanda mənim gözlədiyim cinayətlərin heç biri ilə onu təqsirləndirmədilər. 19 Lakin onunla öz dinləri barədə bir neçə məsələ qaldırdılar. Bunlar ölmüş və Paulun iddiasına görə sağ olan İsa adlı bir şəxslə bağlı məsələlərdir. 20 Bunları necə tədqiq edəcəyimdən şübhələndiyim üçün ondan soruşdum ki, Yerusəlimə gedib bu iş üçün orada mühakimə olmağa razıdır ya yox. 21 Amma Paul imperatorun məhkəməsinə müraciət etmək və bu olana qədər həbsdə qalmaq istədi. Mən də onu qeysərin yanına göndərəcəyim zamanacan həbsdə qalması barədə əmr verdim». 22 Aqrippa Festə dedi: «Bu adama mən də qulaq asmaq istəyirəm». Fest dedi: «Sabah qulaq asarsan».

Padşahlar bir-birini ziyarətə gedirlər, şahzadələr bir-birinə qiymətli hədiyyələr verirlər. Hər kəs öz tayına hörmət edir, özünə oxşayan adamlarla ünsiyyətdə olur. Sadə adam güclülər arasında dəyirman daşları arasına düşən bir buğda toxumu kimidir.

Padşah I Hirod Aqrippanın (12-ci fəsil) oğlu II Aqrippa Fələstini tərk etmiş keçmiş vali Feliksin arvadı Drusillanın qardaşı idi. II Aqrippa zinakar bacısı Berniki ilə bərabər yeni vali Festi ziyarətə gəldi. Bu padşahın nə çox hüququ var idi, nə böyük səlahiyyəti, ancaq o, başçı kahinləri vəzifəyə təyin etmək və vəfizədən çıxarmaq səlahiyyətinə malik idi. Bu səlahiyyəti Paulun işində çox önəmli idi.

Fəal vali Fest padşah Aqrippaya Paulun qeyri-adi əhvalatını danışdı. Hər Roma vətəndaşı üçün bunu anlamaq çətin idi. Yəhudilərin Ali Şurası validən vətəndaşları ilə həmrəy olub Paulu ölümə məhkum etməsini tələb edirdi. Lakin Roma valisinin ədalət hissi bu təkidli tələblərə qarşı idi. Vali ittihamçıların, müttəhimin və vəkillərinin iştirakı ilə rəsmi məhkəmənin keçirilməsini tələb etdi. Yəhudilər mədəni qanuna əsasən Paulu ittiham etməyə müvəffəq olmadılar, bunun nəticəsində Paulun həqiqətən təqsirsiz olduğu təsdiq edildi.

Lakin keçmiş vali kimi yeni vali də tez anladı ki, bu iki tərəfin arasındakı mübahisənin səbəbi soyğunçuluq, qiyam və ya qətl deyil idi; mübahisə doktrin üstündə idi. İttihamlara və müttəhimin müdafiəsinə qulaq asan vali bütün məsələlərin Nazaretli İsanın Şəxsi ilə əlaqəli olduğunu anladı. Edam olunmuş bu İsa, Paulun dediyinə görə, hələ də yaşayırdı. İnanılmaz! Dünyəvi adam Fest Müjdənin məğzini dərk etdi. Əqidəmiz və imanımızın mahiyyəti bundan ibarətdir: Çarmıxa çəkilmiş İsa ölümdən dirildi və əbədi yaşayır. Bu tarixi gerçəklik sənin də şəxsi imanın olmuşdurmu? Sən çarmıxa çəkilmiş İsanın ölümü və dirilməsində xilas, ümid və qüvvət tapırsanmı? Yoxsa Müjdənin məğzini başa düşdüyü halda İsanın həqiqi Şəxsini dərk etməyən savadlı vali kimi hələ də korsan?

SUAL:

  1. Niyə vali Fest Məsihin ölümü və dirilməsinin mənasını dərk etmədi?

www.Waters-of-Life.net

Page last modified on March 10, 2014, at 08:58 AM | powered by PmWiki (pmwiki-2.3.3)