Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 091 (Spiritual Revival in Ephesus)
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
D - ÜÇÜNCÜ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 18:23 - 21:14)

2. Efesdə və Anadoluda ruhani oyanış (Həvarilərin İşləri 19:1-20)


HƏVARİLƏRİN İŞLƏRİ 19:1-7
1 Apollo Korinfdə olarkən Paul daxili bölgələrdən keçərək Efesə gəldi və orada bir neçə şagirdlə rastlaşdı. 2 Onlara dedi: «İman etdiyiniz zaman Müqəddəs Ruhu aldınızmı?» Onlar dedi: «Müqəddəs Ruhun mövcudluğundan belə, xəbərimiz yoxdur». 3 Paul onlardan soruşdu: «Elə isə nəyə əsasən vəftiz oldunuz?» Onlar cavab verdi: «Yəhyanın vəftizinə əsasən». 4 Paul dedi: «Yəhyanın etdiyi vəftiz tövbə ilə bağlı bir vəftiz idi. Xalqı özündən sonra Gələnə, yəni İsaya iman etməyə çağırdı». 5 Onlar bunu eşidən kimi Rəbb İsanın adı ilə vəftiz oldu. 6 Paul əllərini onların üzərinə qoyanda Müqəddəs Ruh onların üzərinə endi, başqa dillərdə danışmağa və peyğəmbərlik etməyə başladılar. 7 Onlar təxminən on iki kişi idi.

Paul müjdəçi səyahətləri zamanı adətən paytaxtlara, rabitə və ticarət mərkəzi olan şəhərlərə girərdi, çünki Müjdənin belə yerlərdən öz-özündən yayıldığını anlayırdı. Beləcə o, Antakyada, Konyada, Filipidə, Salonikdə və Korinfdə cəmiyyətlər qurmuşdur. Yerusəlimdən Romaya qədər uzanan ərazidəki şəhərlər zəncirində önəmli bir halqa rolu oynayan Efes Müjdənin geniş yayılmasına hələ açıq deyil idi və orada güclü bir cəmiyyət yox idi.

Paul Anadolu yaylasından aşağı endi və dəniz sahilində yerləşən bu gözəl şəhərə girdi. Burada tutumu 25 000 nəfər olan bir amfiteatr var idi. Roma hakimiyyəti Efesə özünüidarə hüququ vermişdi. Şəhərin əhalisi bacarıqlı tacirlərdən ibarət idi, mərkəzində ilahə Artemidanın məbədi yerləşirdi. Müxtəlif ölkələrdən bütpərəstlər bu məbədi ziyarətə gəlirdilər.

Paul bu sivilizasiya mərkəzinə gələndə, Vəftizçi Yəhyanın təliminə bağlı olan on iki nəfər kişi tapdı. Bu göstərir ki, Efes çoxlu dini hərəkatların gəlib çatdığı, beylənxalq və mədəni əhəmiyyətə malik olan, müxtəlif irqlərin qarışıb-qaynadığı bir şəhər idi. Hətta Vəftizçi Yəhyanın hərəkatı bu şəhərə gəlib çatmışdı! Yəhyanın davamçıları qürurlarını sındırıb tövbə edərək, Məsihin gəlişinə hazırlaşırdılar. Onların ürəkləri Müjdəyə açıq idi. Bəlkə də onlar Apollodan eşitmişdilər ki, Nazaretli İsa Allahın Məsihidir, ölüb dirilmiş, dəfn olunmuş, axırda isə göyə qalxmışdır. İndi isə onlar gecə-gündüz İsanın ikinci gəlişini gözləyirdilər.

Paul tezliklə anladı ki, iman etmək, ürəkdən tövbə etmək, Müqəddəs Kitabı müntəzəm olaraq dərindən oxumaq və İsaya ağlı ilə güvənmək kifayət deyildir. Bu şagirdlərə Müqəddəs Ruh lazım idi. Onlar öz salehliyi ilə Məsihin gəlişinə hazırlaşmaq istəyirdi. İmanımızın mahiyyətindən – lütfün sirrindən bixəbər idilər. Biz etiraf etməliyik ki, bir çox məsihi imanlılar İncili araşdırırlar, Müqəddəs Kitabı oxuyurlar, cəmiyyətlərə qoşulurlar, itaətkarlıqla tövbə edirlər, iman haqqında çox şeylər öyrənirlər, amma hələ Qanunun əsarətindən azad olmayıblar, xilasa nail olmayıblar. Onların həyatında Məsihin qüvvəsi əskikdir.

Sən xilasla bağlı həqiqətləri öyrənməklə və vəftiz olmaqla xilas ola bilməzsən. Yalnız Atadan və Oğuldan çıxan Müqəddəs Ruh səni xilas edər. İmanın məqsədi yalnız dini bilik deyil, ürəyin təzələnməsi və yenidən doğulmaqdır. Məsihin ölümünün məqsədi, Müqəddəs Ruhun ürəklərimizə tökülməsi ilə bu gün əbədi həyata nail olmağımız üçün bizi günahlardan təmizləməkdir. Əziz qardaş, bil və agah ol ki, yeni əhdin məqsədi düşüncə, bilik, tövbə, möminlik, dindarlıq, yaxud İsanın həyatını öyrənmək deyildir. Xilasın məqsədi, Müqəddəs Ruhla – həlim və itaətkar Məsihin lütf dolu Ruhu ilə dolmağımızdır.

Paul bu on iki həvariyə açıq sual verdi: “Siz Məsihə iman etdiyiniz zaman Müqəddəs Ruhu aldınızmı?” Biz də şəxsən sənə bu sualı veririk: “Sən həqiqətən Müqəddəs Ruhu aldınmı, yoxsa hələ günahlarının içində ölü vəziyyətdəsən?” Bu sualdan qaçmağa çalışma! Dayan və öz halını başa düş, ehtiyacını etiraf et! Diz çöküb, özünü tamamilə İsaya həsr et, vədinə inanaraq Onunla birləş! Müqəddəs Ruh sənin üzərinə enəndə sən qüvvə alacaqsan və Onun şahidi olacaqsan. Sən özün barədə şəhadət etməyəcəksən, ancaq Öz qiymətli qanı ilə səni satın alan Rəbbə şəhadət edəcəksən.

Efesdəki on iki şagird özünü tamamən İsaya həsr etdi, İsanın adı ilə vəftiz oldu, Paul onların başına əlini qoydu. Onlar tövbə etdilər, onlardan Allahın qüvvəsi axdı, onlar Rəbbin Ruhu ilə doldular. Qulaq as, əgər sən vəftiz olmusansa, təzədən vəftiz olmalı deyilsən. Vəftizinə bağlı qalmalısan və yaşayan Rəbbin Müqəddəs Ruhu ilə sənə vəd etdiyinə inanmalısan. O sənə duada təkidlə istədiyin şeyləri verir. Çünki Məsih səni, əbədi yaşayasan deyə, Öz fəzilətləri ilə doldurmaq istəyir. İsa açıqca söyləyib: “Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq”. Sən də Rəbdən Müqəddəs Ruhu sənin üzərinə tökməsini istə. Onda Allah sənin ürəyində məskən salacaq, bədənin Müqəddəs Ruhun məbədi olacaq, ürəyin pak məhəbbətlə dolacaq, dilin azad olacaq, yer üzünün bütün qitələrində Rəbbə alqış oxuyanlara qoşulub həmd edəcəksən. Ruhun toxunduğu ürəklərdən gələn həmdlər xilas olanların açıq əlamətidir. Sənin dostların, qohumların xilas üçün həmd etdiyini eşidirlərmi? Sən Rəbbi sevirsənmi? Ona daima şükür edirsənmi? Ruh səndə məskən salsa, bütün sözlərin dəyişəcək. Sən öyünməyəcəksən, öz gücündən danışmayacaqsan, ancaq Xilaskarın Məsihi ucaldacaqsan. Heç bir pis və yalançı söz artıq ağzından çıxmayacaq, çünki Rəbbin Ruhu səndə yeni ürək yaradacaq, sənə yeni dil verəcək, səni yeni məxluqa döndərəcək.

Müqəddəs Ruhun sənin ürəyinə tökülməsinin həmd və şükürlə yanaşı başqa bir bəhrəsi Allahın sirlərini dərk etməyin olacaq. Birdən sən Allahın Atan olduğunu başa düşəcəksən. Heç kəs deyə bilməz ki, hər şeyə Qadir Əzəli Yaradan onun Atasıdır. Allahın cismani mənada övladlarının olması qeyri-mümkündür. Lakin Ruhdan doğulanlar yalnız cismani varlıqlar olmadıqlarını bilirlər, amma Məsihin ölümü sayəsində ilahi övladlığa götürülmə haqqına malik oldular və Allahın varlığı lütf ilə onlara daxil oldu. Müqəddəs Ruh onların həyatına gəldiyi zaman onlar öz ürəklərinin və bütün insanların şər olduğunu bildilər. Məsihin təntənəsi bütün zülmətdə nur saçdı və onlara saleh sayıldıqlarına dair əminlik verdi. Biz əminik ki, Allahın Hökmranlığı mütləq gələcək və qələbə çalacaqdır! Zira bizə bəxş edilmiş qüvvə, getdikcə böyüyən, qeyri-fani gələcək əbədi izzət üçün qoyulan girovdur.

Səndən təkrar soruşuruq: “Sən Müqəddəs Ruhu aldınmı? Atan olan Allahı ucaldırsanmı, Xilaskarın olan Məsihi bütün ürəyin və darvanışınla izzətləndirirsənmi? Allahın Ata olduğuna inanırsanmı? Məsihin ikinci gəlişini gözləyirsənmi?” O zaman biz səni inandıra bilirik ki, sən Müqəddəs Ruhdan doğuldun və sınmış qəlbdə, məhəbbətdə, sevincdə bizimlə birləşdin!

DUA: Ey Səmavi Ata, biz sevinə-sevinə Sənə səcdə edirik, çünki Sən bizi sevimli Oğlun ilə hər cür pislikdən azad etdin, günahlarımızdan keçdin, vicdanımızı Məsihin qanı ilə təmizlədin və bizi Öz pak və lütfkar Ruhunla doldurdun! Bütün ürəyi ilə Səni axtaran hər kişini, hər qadını qüdrətinlə məsh elə və doldur! Heç kim Sənin Ruhunu onlardan çıxarda bilməz! Biz Sənin lütfünə, fəal işlədiyinə, xilas verdiyinə inanırıq. Amin. Gəl, ya Rəbb İsa!

SUAL:

  1. Efesdəki on iki şagird Müqəddəs Ruhu necə aldı? Bəs sən bu mübarək Ruhu necə ala bilərsən?

www.Waters-of-Life.net

Page last modified on October 16, 2013, at 09:54 AM | powered by PmWiki (pmwiki-2.3.3)