Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 040 (The Complaint against the Stubborn People)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)
21. Stefanın özünümüdafiə nitqi (Həvarilərin İşləri 7:1-53)

d) Dikbaş xalqa qarşı şikayət (Həvarilərin İşləri 7:51-53)


HƏVARİLƏRİN İŞLƏRİ 7:51-53
51 Ey dikbaş, həm ürəkləri, həm də qulaqları “sünnət” edilməmiş insanlar, ata-babanız kimi siz də həmişə Müqəddəs Ruhun əleyhinə çıxırsınız. 52 Ata-babalarınızın təqib etmədiyi peyğəmbər varmı? Onlar Saleh Olanın zühuru barədə əvvəlcədən xəbər verənləri belə, öldürdülər. Sizsə bu Saleh Olana xəyanət edərək Onu qətlə yetirdiniz. 53 Mələklər vasitəsilə verilən Qanunu aldınız, lakin ona riayət etmədiniz».

Stefan doğru imanını hikmətli sözlərlə ifadə etdi, Qanun alimlərinin məktəblərində oxumamış bir “ellinləşmiş” yəhudi kimi özünün yəhudi ənənəsinə sadiq qaldığını təsdiq etdi. Stefan üçün böyük Allah möhtərəm ata-babalarının Allahı, onlarla əhd bağlamış Allah idi; İbrahim, Musa və Davud müqəddəs adamlar idi; Stefan Qanunu və Hüzur çadırını müqəddəs sayırdı. Lakin doğru imanı iqrar etməsinə rəğmən, Stefan vəz edərkən ona qulaq asanların ona qarşı nifrətini hiss edirdi, çünki o, Tövrata əsasən verdiyi şəhadətdə xalqının itaətsizliyinin səbəbini göstərmək istəyirdi. O onların həqiqi ruhani vəziyyətini, tövbə etməyə hazır olmadıqlarını elan etdi. Axırda Müqəddəs Ruh onu hücum etməyə təşviq etdi. Qanun və ilahiyyatı oxumamış bu gənc adam mömin ağsaqqalların və alimlərin üzündən ikiüzlülük maskasını çıxartmağa cəhd etdi.

Beləliklə, Stefan onu mühakimə edən hakimlərə vicdanlarının həqiqi vəziyyətini göstərdi. Onlar cismən sünnət olduqları halda, əqlən və qləbən sünnət olmamışdılar. Bu söz ilə Stefan yəhudilərin son dərəcə önəmli saydıqları əhd rəmzlərindən birinə toxundu, çünki onlar sünnəti Allahla münasibətin rəmzini sayırdı və sünnətə qarşı bir söz deyəni Allaha qarşı bir söz demiş adam sayırdılar.

Stefan soydaşlarına Müqəddəs Ruhun səsinə qarşı çıxmaqda və Allaha qulaq asmaq istəməməkdə ittiham etdi. Buna dözə bilməyən yəhudilər artıq bundan sonra Stefanın sözünə qulaq asmağa davam etmədi, çünki ürəkləri şər dolu idi, amma onlar hələ də özlərini yaxşı, saleh, ağıllı, təhsilli, Allahı razı salan insan sayırdılar. Tövbə çağırışlarına xor baxdılar, özünü inkar etmək fikrinə güldülər. Musanın, Yeşayanın, Yeremyanın, Vəftizçi Yəhyanın və İsanın əvvəlcədən elan etdikləri qisası, Allahın onların inadkar ürəklərini sarsıdacağını və dağılışmış qoyunlarını yola qaytaracağını eşitmək onların xətrinə dəydi (Çıx. 32:9; 33:3; Yeş. 63:10; Yer. 9:25; 6:10). Onlar dərk etmədilər, daşa dönmüş ürəklərini yumşaltmadılar, amma daha çox qəzəbləndilər.

Sən bu qisas barədəki sözü anlayırsanmı? Həqiqətən, insanın ürəyi kiçikliyindən bəri pozğundur. Az adam haqq yola gəlir və Allahın səsinə itaət edir, çünki insan təbiətcə itaətsiz və kinlidir, kiçik “allah” olmaq, şöhrətlənmək istəyir, Yaradanını sevmək və sözünə qulaq asmaq isə istəmir.

Yəhudilər bu murdar ruha uyaraq, saleh peyğəmbərləri təqib etdilər və onlara “Müqəddəs olun, çünki Mən müqəddəsəm” – deyə Allahın iradəsini elan edənlərə əziyyət verdilər. Həqiqi peyğəmbərlər Müqəddəs Ruhun səsinə qulaq asdılar və peyğəmbərliklərə əməl etdilər. Peyğəmbərlər dünyanın Xilaskarının, Saleh Olanın, pozğun ürəkləri dəyişdirəcək və yer üzündə Padşahlığını bərqərar edəcək olan İlahi Padşahın gəlişini müjdələmişdilər.

Lakin Məsih gələndə, ikiüzlü “möminlər” Ona tabe olmadılar, oxumuş ilahiyyatçılar Onu anlamadılar. Stefan yəhudiləri Məsihə xəyanət etməkdə günahlandırdı, çünki onlar Allahın onların xalqı ilə bağlı planını anlamamış, Haqq-Taalanın Oğlunu ölümə təslim etmişdilər. Bu şəhadətdə Müqəddəs Ruh bir daha açıqca danışaraq, başçı kahinləri və xalqın rəhbərlərini ürəkdən tövbə etməyə çağırdı. Yəhudilərin Ali Şurası nəinki Nazaretli bir adamı, hətta Allahın seçilmişlərinin ən böyük arzusu olan vəd olunmuş Məsihi haqsızlıqla öldürmüşdü! Onların bu cinayəti itaətsizliyin son dərəcəsi idi, şeytanın bu dünyanın üzərindəki hakimiyyətin zirvəsi idi.

Stefan, həvarilərin dəfələrlə etdiyi kimi, Ali Şuranın üzvlərini qətl cinayətində ittiham etməklə kifayətlənmədi, lakin fariseylərin şərəfinə toxunaraq belə dedi: “Siz Qanunu birbaşa Allahın Özündən qəbul etməmisiniz, lakin mələklər vasitəsilə Qanunun ikinci dərəcəli tələblərini almısınız. Əsil əmrlər ilə önəmsiz tələblər arasında ayırd edə bilmirsiniz. Siz yalnız şübhəli yəhudi qanununuza bağlanmısınız, əmrlərə isə riayət etməyə qadir deyilsiniz; siz saleh deyilsiniz, amma lənətə gəlmiş təqsirkarsınız, çünki bir əmri pozan bütün Qanunu pozmuş olur” (Yaq. 2:10).

Bu qəti sözləri ilə Stefan Əhdi-Ətiqdə olan salehliyin əsaslarını sarsıtdı, axı yəhudilər məbədi, sünnəti, Qanunu və şənbə gününü Allahın xalqı ilə bağladığı əhdin təməli və sirləri sayırdı və budur, Stefan onlara açıqca şəhadət edir ki, məbəd boşdur, ürəkləri sünnətsizdir və qanunları əsil deyildir, çünki onlar həqiqətən Qanuna riayət edə bilmirlər. Bu ittihamlar, elə bil, adamın oturduğu stulun qəfilcədən çəkilməsi və adamın yerə yıxılıb əzilməsi kimi idi! Stefana qulaq asanların əksəriyyəti qorxuya və qəzəbə gəldilər, başqaları isə nifrətlə dişlərini qıcıtdılar, sanki onların ağlında cəhənnəm alışdı.

DUA: Ey Müqəddəs Allah, ürəyimi ifşa et, məni hər cür xəyanətdən qoru, Müqəddəs Ruha itaət etməyi mənə öyrət, təqsirimi bağışla, Allaha və insanlara qarşı olan pis fikirləri məndən götür, qəlbimi sünnət elə, məni əqlən dəyişdir, eşidən qulağı mənə ver və məni özümdən xilas et, qoy mən Sənə nifrət etməyim, əksinə, Səni sevim və əbədi olaraq ruhumu Sənin əllərinə təslim edim!

SUAL:

  1. Stefan Ali Şuraya qarşı ittihamında hansı önəmli həqiqətləri elan etdi?

www.Waters-of-Life.net

Page last modified on August 12, 2013, at 09:48 AM | powered by PmWiki (pmwiki-2.2.109)