Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 012 (Peter’s Sermon at Pentecost)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

6. Peterin Əllinci Gün bayramında etdiyi vəz (Həvarilərin İşləri 2:14-36)


HƏVARİLƏRİN İŞLƏRİ 2:22-23
22 «Ey İsraillilər, bu sözlərimə qulaq asın! Bildiyiniz kimi Allahın aranızda Nazaretli İsa vasitəsilə yaratdığı möcüzələr, xariqələr və əlamətlər aydın göstərdi ki, O, Allahdan gələn Şəxsdir. 23 Allahın əzəldən bilib müəyyən etdiyi məqsədə uyğun olaraq siz bu Şəxsi qanunsuzlara təslim edib onların əli ilə çarmıxa mıxlatdıraraq öldürdünüz».

Müqəddəs Ruh Özünə diqqət cəlb etməz, amma Məsihi izzətləndirər. Allah eqoist deyildir, O, məhəbbətdir! Üçlükdəki hər Şəxs digərini sevir və digərinə diqqətimizi çəkir. Oğul Atanı ucaldır, Müqəddəs Ruh Oğulu izzətləndirir. Oğul xilas işini tamamlamağı Ruha buraxdığı kimi, Ata göydə və yer üzündə bütün səlahiyyəti Oğluna vermişdir. Allahı tanımaq istəyən hər kəs Ata, Oğul və Müqəddəs Ruh arasında olan məhəbbəti düşünməlidir. Çünki Allah məhəbbətdir və Onun vahidliyi də məhəbbət ilə təsdiqlənir.

Müqəddər Ruhdan ilham almış Peter bu Mübarək Ruhun tökülməsindən çox uzun danışmadı, tezliklə çarmıxa çəkilmiş və ölümdən dirilmiş İsa Məsihə şəhadət etməyə başladı. Özünü qurban verən və ölümə qalib gələn Rəbbin surətləri şagirdlərin şüurunda həkk olunmuşdu. Onlar dua edərək bu barədə düşünsülər, peyğəmbərlikləri araşdırdılar və hər şeyi çox aydın başa düşdülər. Peter ona qulaq asanların gözləri önündə Nazaretli İsanın surətini canlandırdı ki, onlar Müqəddəs Ruhun tökülməsinin səbəbini və gəlişinin qayəsini dərk etsinlər.

Peter Müqəddəs Ruhun yəhudilərin günahına qarşı olduğunu ürəyində hiss etdi, çünki yəhudilər İsanı rədd edib, ölümə təslim etmişdilər. Buna görə Peter ona qulaq asanlara xoş sözlər və xeyir-dua vədləri ilə təsəlli verə bilmədi, lakin onların günahkar qatillər olduqlarını söylədi. Ancaq bunu kinli və kobud surətdə söyləmədi, onların günahını yavaş-yavaş başa saldı və məhəbbət dili ilə onlara müraciət edərək, öz cinayətlərini anlamalarına kömək etdi. Biz görürük ki, Peter nitqinin ilk hissəsində İsanı “Məsih” və ya “Allahın Oğlu” adlandırmadı, Ona sadəcə olaraq “Allahdan gələn Şəxs” dedi. O, yəhudilərin ona diqqətlə qulaq asmasını və sözlərindən büdrəməməsini istəyirdi.

Peter dərin nəfəs alıb, vəzinin ikinci hissəsinə keçdi. Ona qulaq asan insanların bu hissədə söylədiyinə xüsusi diqqət yetirmələrini istəyirdi. O belə dedi: “Siz hamınız Nazaretli İsanı tanıyırsınız. Allah Ondan əvvəl olmuş və sonra olacaq bütün peyğəmbərlərdən daha çox xariqə və əlamətləri Ona verib; O, ölüləri dirildib, cinləri qovub, günahları bağışlayıb, ac qalmış beş min nəfəri yedirdib, hətta fırtınanı belə sakitləşdirib! Bu möcüzələrin hamısı insan işləri deyil, Allahın işləri idi. İnsan İsa Haqq-Taalanın iradəsinə görə kamil yaşayıb və hər şeyə qadir olan Rəbb Onda yaşayıb və iş görüb. Beləcə səmavi qüvvə yer üzündə yayılmağa başladı. Məsih Atası Allahdan ayrı özbaşına heç bir iş görməyib, Allahla bir idi və müqəddəs Olan Onun vasitəsilə tam iradəsini yerinə yetirirdi. İsa Özü demişdi ki, “Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır”.

Təəccüblüdür ki, yəhudi xalqı Allahın bütün səlahiyyətinə malik Olanı rədd ediblər! Peter təkcə başçı kahinlərin və yəhudi ali məclisin üzvlərinin deyil, ona qulaq asan hər kəsin İsanı rədd etməkdə təqsirli olduğunu elan etdi. Onlar başçılarından qorxduqları üçün Nazaretli İsadan üz döndərmiş, müdafiəsinə gəlməmişdilər. Bəziləri “Onu çarmıxa çək!” deyə qışqıran camaatın içində idi. Peter Müqəddəs Ruhun cəsarəti ilə düz onların ürəklərinə xitab etdi: “Siz özünüz Allahdan sizə göndərilən bu Adamı öldürdünüz, üstəlik daşa basaraq yox, romalıların əlinə təslim edərək! Siz romalıların əli ilə Onu çarmıxa çəkdiniz. Bu da ikiqat böyük rəzalətdir!” Peter onlara oğurluqdan, yalandan, yaxud murdarlıqdan danışmadı, lakin açıqca elan etdi ki, onlar məhz İsaya belə münasibət göstərdikləri üçün Allahın itaətsiz, kor və cahil düşmənləri olublar. Peterin bu vəzi Müqəddəs Ruhun mühakiməsi deməkdir, çünki bu Ruh müqəddəsdir və hər haqsızlığı mühakimə edir, Allaha qarşı itaətsiz və düşmən münasibətimizi ifşa edir.

Məsih çarmıxa çəkilsə də, Allah döyüşdə uduzmadı, lakin bununla xilası tamamladı və xalqın dəhşətli cinayətinə rəğmən, kamil məhəbbətini bəyan etdi. Heç kəs Allahın planına mane ola bilməz. Müqəddəs Olan günahkarların əlinə təslimə edilən Oğlunun qurban ölümü ilə dünyanı xilas edəcəyini qərarlaşdırdı. Çarmıx, Allahın əzəli biliyinin zəfəridir və bu dünyaya olan hədsiz məhəbbətinin rəmzidir. Bununla belə, yəhudilər Allahın əzəli biliyi ilə özlərinə bəraət qazandıra bilməzlər, buna görə də Müqəddəs Ruh Peterin vasitəsilə onlara bu acı həqiqəti elan etdi: “Siz qatillər, cinayətkarlar və Allahın düşmənlərisiniz!”

Peterin nitqinin ilk hissəsi son hissəsindən necə də fərqlənir! Əvvəlvə həvarilər Müqəddəs Ruhun hədsiz sevinci ilə dolu idilər, onlarda Allaha həmd və şükür aşıb-daşırdı. Axırda isə Müqəddəs Ruh vəzə qulaq asanların ürəklərini çox ciddi mühakimə etdi. Çünki Allahın məhəbbəti yumşaq və səthi deyildir, müqəddəs və haqdır.

DUA: Ey müqəddəs Ata, vahid Oğlunu əsirgəməyib, rüsvayçı ölümə təslim etdiyinə görə Sənə minnətdarıq! Onu biz öz yamanlığımız və inadkarlığımızla öldürdük! Günahlarımızdan keç və bizi büsbütün ülvi məhəbbətinin Ruhu ilə təqdis elə!

SUAL:

  1. Niyə Peter yəhudilərə deməliydi ki, onlar İsanı öldürən qatillərdir?

www.Waters-of-Life.net

Page last modified on June 25, 2013, at 12:52 PM | powered by PmWiki (pmwiki-2.2.109)