Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 201 (The Second Woe)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
B - Qürurlu möminlərin “vay halına”! (Matta 23:1-39) -- İsanın sözlərinin beşinci məcmuəsi

4. İkinci “vay halınıza!” (Matta 23:14)


MATTA 23:14
14 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz dul qadınların evlərini yeyib-dağıdar və özlərinizi göstərmək üçün uzun-uzadı dua edərsiniz. Bunun üçün sizin cəzanız daha ağır olacaq.
(Mark 12:40)

Dinçilər pulu sevirdilər, çünki onların gözündə pul, Allahın xeyir-duasının bir əlaməti idi. Onlar Qanun haqqındakı bilik və dua etmək qabiliyyətlərindən varlanmaq üçün istifadə edirdilər. Dövlətli dulların yanına gedib, mirasla bağlı olan hüquqları barədə məsləhət verirdilər və görüşlərini əzbərdən öyrəndikləri uzun dualarla başa çatdırırdılar. Dua edərkən fikirlərində ancaq dullardan alacaqları məbləğ var idi. Məsih bu hiyləni, ikiüzlülüyü ifşa etdi və bu cür duaların “xeyir-duasız” olduğunu elan edərək ikiüzlülərə “Allahın mühakiməsi” haqda xəbərdarlıq etdi.

Məsih ümumiyyətlə uzun duaları ikiüzlü olaraq pisləməyib. Belə duaların yaxşı tərəfi olmasaydı, onlardan “pərdə” kimi istifadə edilməzdi. Ancaq bu dualar gözdən pərdə asmaq üçün işləndiyindən, şərə xidmət edirdi. Məsih Özü bütün gecələri duada keçirib və durmadan dua etməyi öyrədib. Etiraf edəcəyimiz günahlar çox, ehtiyaclarımız çox, şükür edəcəyimiz nemətlər də çoxdur. Bütün bunlar uzun dualar üçün fürsət yaradır. Lakin fariseylərin uzun duaları batil təkrarlardan ibarət idi, onlar sadəcə olaraq özünü göstərmək məqsədilə uzun dua edirdilər, buna görə duanı sevən, mömin, göylərin sevimlisi kimi ad qazanmışdılar. Bunu görən insanlar elə bilirdi ki, bu cür mömin adamlar onları əsla aldatmazlar! Dul qadınlar öz şəxsi işlərini və övladlarının işlərini fariseylərə etibar edirdi. Fariseylər isə gözü daim qurbanını axtaran çalağan kimi bu dulların evlərinin üsütnə şığıyırdı.

Allaha xidmət etməkdən varlanmaq üçün istifadə etməyə çalışan, Allahın Qanununu bilməyənlərdən istifadə edən hər kəs Məsihin “daha ağır” dediyi ciddi mühakiməyə düçar olacaq. Allah fədakar məhəbbətdir, buna görə fədakarlıqla xidmət etməyən adam müqəddəs Olanın surətini təhrif edir. Özünü mömin göstərərək başqalarından istifadə etmək isə ikiüzlülüyün son həddidir.

DUA: Ey müqəddəs Ata, qoy biz heç vaxt dindən maddi məqsəd üçün istifadə etməyək, əksinə, Sənin Ata adın naminə sərvətimizdən səxavətlə verək! Dul qadınlara yaxşı məsləhət verən sadiq qullarını göndər! Dostu-qohumu olmayan tənha adamların qayğısına qalmamışıqsa, bizi bağışla! Kömək et ki, onlara həqiqətən yardım göstərək!

SUAL:

  1. Niyə maddi maraq üçün dindən istifadə edilməsi Rəbdə ikrah doğurur?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:06 AM | powered by PmWiki (pmwiki-2.2.109)