Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 199 (The Humility of Faithful Teachers)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
B - Qürurlu möminlərin “vay halına”! (Matta 23:1-39) -- İsanın sözlərinin beşinci məcmuəsi

2. The Humility of Faithful Teachers (Matta 23:8-12)


MATTA 23:8-12
8 Amma kimsə sizi “Rabbi” deyə çağırmasın. Çünki sizin bir Müəlliminiz var. Siz hamınızsa qardaşsınız. 9 Yer üzündə kimsəyə “ata” deməyin. Çünki bir Atanız var, O da Səmavi Atadır. 10 Kimsə sizə “rəhbər” deməsin. Çünki bir Rəhbəriniz var, O da Məsihdir. 11 Aranızda ən böyük olan xidmətçiniz olsun. 12 Kim özünü yüksəldərsə, aşağı tutulacaq və kim özünü aşağı tutarsa, yüksəldiləcək.
(Əyy. 28:22-28; Sül. 29:23; Yez. 21:31; Mat. 20:26-27; Luka 18:14; 1Pet. 5:5)

Özünü müəllim, keşiş, yepiskop adlandırıb başqalarından üstün sayan adam cahildir. Hamımız günahkarıq, Xilaskara ehtiyacımız var. Heç birimiz başqalarından yaxşı deyilik. Möminliyimiz biliklə deyil, əməli məhəbbət və xidmətlə bilinir. Bu səbəbdən, insanlardan hörmət qazanmaq üçün özünü yüksəldən adam Məsihdən nümunə götürməlidir. Cəmiyyətdəki imanlılar həm itaətkarlığı, həm də xidmətdə iştirakı ilə Məsihdən nümunə götürürlər. Onların hamısı Məsihin şagirdləridir, Məsih də onların Müəllimidir. Biz özümüzü Məsihə həsr edəndə, qardaş-bacı oluruq, çünki Allah Məsihin bütün şagirdlərinin Atasıdır. Bizim başqa ruhani atamız yoxdur. Müqəddəs Ruh hamını həlimlik yarışına dəvət edir. Səmavi Ata İmanlılar Cəmiyyətində hamını eyni həqiqət və qüvvətlə təmin edir, çünki Ata bir, çarmıxa çəkilmiş Olan bir, Müqəddəs Ruh da birdir. O bizi növcə müxtəlif, lakin dəyərcə bərabər olan xidmətlərə təyin edir. Məbəddəki stulların tozunu silən adam kürsüdə vəz edən vaizdən də böyük ola bilər. Heç kəs başqasından üstün deyildir, çünki Ruh bizi hər üzvün başqasına yardım etdiyi, başqasını təkmilləşdirdiyi birliyə yönəldir. Həlimlikdə təzahür edən məhəbbət kamillik bağıdır.

Bir adam özünün daha çox ənamlara, savada malik olduğunu düşünürsə, öz bütünə, özünə qulluq edir. Biz mümkün qədər tez bu həqiqəti öyrənməliyik: Mən hamıdan kiçiyəm və ən birinci günahkaram. Məsihin yolunda xidmət edən adamın qabiliyyəti özündən deyil, lütfdən gəlir. Qürurdan əl çək və həlimliyi öyrədən Məsihin ardınca get, onda sən dünyanın nuru olacaqsan.

Qürurlanan və ya özünün möminliyini iddia edən hər imanlıya Allah Özü tərbiyə verir. Çünki Rəbb Öz övladlarını sevir və Onun dediyini etməyən qürurluları sındırır. Rəbbin bizi sındırmasını gözləməkdənsə, öz qürurumuzu sındırmağımız yaxşıdır. Günahkar olduğumuzu etiraf edək və belə deyək: “Rəbbimiz bizim ümidimizdir, biz Onun lütfü ilə yaşayırıq, mərhəməti ilə nəfəs alırıq”.

Həlimlik Allahın qarşısında çox dəyərli bəzəkdir (1Pet. 3:4). Bu dünyada həlim olanları müqəddəs Allah Özü şərəfləndirir və qəbul edir. Onlar bütün müdrik və saleh adamların hörmətini qazanırlar. Onları ən şərəfli xidmətlərə dəvət edirlər. Adamın hörməti kölgəsinə bənzər: öz kölgəsini təqib edib tutmağa çalışan adamdan o qaçar, ondan qaçanı isə, əksinə, təqib edər. Hər necə olsa, günahlarına görə tövbə edən, qardaş-bacılarının önündə özünü aşağı salan adamlar axirətdə, Məsihin izzətli toy ziyafətində çox ucaldılacaqlar!

DUA: Ey Səmavi Ata, sevinclə Sənə qulluq etməyimiz üçün bizi dirildib canlı ümidə qovuşdurduğuna görə şükür edirik. Sən bizə Öz Oğlunun ölümü vasitəsilə kamil salehliyini bəxş etdin, bizi sevdin və biz Sənin Müqəddəs Ruhunun qüvvəsi ilə Sənə sevinclə və səylə xidmət edə bilərik. Dəyərsiz qullar olduğumuzu bizə öyrət! Qoy biz Sənin verdiyin ənamları Sənə geri gətirək, həlim həyat sürək və ikiüzlülərdən olmayaq!

SUAL:

  1. “Kim özünü yüksəldərsə, aşağı tutulacaq və kim özünü aşağı tutarsa, yüksəldiləcək” nə deməkdir?

www.Waters-of-Life.net

Page last modified on July 23, 2023, at 03:24 AM | powered by PmWiki (pmwiki-2.3.3)