Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 170 (Parable of the Unforgiving Servant)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
4. Allahın Padşahlığının daxili nizamı (Matta 18:1-35) -- İsanın sözlərinin dördüncü məcmuəsi

e) İnsafsız qul məsəli (Matta 18:23-35)


MATTA 18:28-35
28 Amma o qul kənara çıxıb ona yüz dinar borclu olan bir yoldaşını tapdı. Onu yaxaladı və “Borcunu ödə!” deyərək boğmağa başladı. 29 Yoldaşı yerə qapanıb ona “səbir et, borcunu ödəyəcəyəm” deyə yalvardı. 30 O isə istəmədi. Gedib borcunu ödəyənə qədər onu zindana saldırdı. 31 Ağanın digər qulları baş verən hadisəni görəndə çox kədərləndilər və gedib bütün olanı ağalarına nəql etdilər. 32 Onda ağa o qulu yanına çağırıb dedi: “Ey pis qul, bütün o borcu sənə bağışladım, çünki mənə yalvardın. 33 Mən sənə mərhəmət etdiyim kimi sən də yoldaşına mərhəmət etməli deyildinmi?” 34 Ağası qəzəblənib bütün borcunu ödəyənə qədər onu işgəncə verənlərə təslim etdi. 35 Hər biriniz qardaşlarınızı ürəkdən bağışlamasanız, Səmavi Atam da sizə elə edər».
(Mat. 5:26; 6:14-15; Luka 6:36; Yaq. 2:13; 1Yəh. 4:11)

Sən Müqəddəs Ruhdan yenidən doğulduqdan sonra Allahın bütün günahlarını əfv etməsi əsla yadından çıxmasın! Bu əfv sayəsində sən həyatının hər anını Rəbbin mərhəmətində yaşaya bilərsən. Məsihin qanı sənin üçün vəsatət edir, səni daxildən təmizləyir. Qolqota çarmıxından lütf çayı axaraq sənə təmizlik və salehlik gətirir. Bu lütf ümmanı olmadan, heç kəs Allahın hüzurunda rahat yaşaya bilməz.

Allahın bu qədər böyük məhəbbətinə cavabən başqa insanlarla necə münasibət qurursan? Allah səni sevdiyi kimi, bütün insanları sevirsənmi? Allah səni bağışladığı və bütün günahlarını kitablarından sildiyi kimi, sən də düşmənini bağışlayır, günahlarını yaddan çıxardırsanmı? Yoxsa düşmənindən borcunu qaytarmasını amansızcasına tələb edirsənmi?

Bəlkə də, düşmənin bir söz və ya əməllə səni yaman pis incidib, sənə təhqir və zülm edib. Onun cəzalandırılmasında təkid etsən, özün də cəhənnəmə düşərsən. Allah səni ilahi ədaləti ilə mühakimə etsəydi, sən Onun qarşısında düşmənindən milyon dəfə daha çox təqsirli çıxardın. Əgər sən ədalət naminə düşməninin mühakimə edilməsini istəyirsənsə, özün də ədalətlə mühakimə olunacaqsan və başqasını mərhəmətdən məhrum etdiyin kimi, özün də ondan məhrum olub məhv olacaqsan.

Allahımız məhəbbətdir. Yeni əhdin sirri budur. Allahın məhəbbətini ürəyinə buraxmayan, daş ürəyini dəyişdirməsinə yol verməyən adam Allahın ədalətli cəzasını çəkəcək. Daşürəkli adam düşmənini sevə bilmir, ancaq getdikcə qəddarlaşır, hüquqlarını tələb edir. Sən belə olsan, Allaha tərəf dönmək fürsətini əldən verəcəksən. Onu incidənləri bağışlamayan adamın vay başına, çünki başqasını bağışlamayanı Allah bağışlamaz! Belə insan daha öncə bağışlanmışsa, əfvi ləğv edilər və o keçmişdə ruhən yenilənmiş olsa belə, təzədən cəhənnəm yoluna qayıdar!

Allah sənin daş ürəyini və hiyləgər zehnini dəyişdirmək istəyir, sənə başqaları ilə barışmağa hazır olmağı öyrədir. İndi vaxt itirmədən tez düşməninlə görüş və barış. Ona və ailəsinə görə dua et, onu yaxın dost kimi sev, ona xidmət et, xeyir-dua ver, onun üçün vəsatət et, çünki Allahın məhəbbəti kin və nifrətə dözməz. Düşmənini sev, o səni lağa qoysa belə sev, çünki o bəlkə də heç Allahı tanımır, lakin sənə Allahın məhəbbəti toxunub və səni dəyişdirib, belə ki sən qisas almaq fikrini rədd etmiş, ürəyindəki acılıq hissisə qalib gəlmisən. Rəbbin qüvvəsiylə sən ən qəddar düşmənini belə sevməyi və nəinki gündə yeddi dəfə, Allah səni bağışladığı kimi, sonsuzadək bağışlamağı bacara bilərsən.

Əgər biz qardaşımızı ürəkdən bağışlamasaq, bağışlamamız düzgün və məqbul olmaz, çünki Allah ürəyə baxır. Ürəyində heç kəsə qarşı kin, nifrət, acılıq hissi qalmamalıdır. Sən zahirən sakit görünən, amma ürəyində pis düşünən adamlar kimi olmamalı, qisas almaq fikrinə, yaxud arzusuna ürəyində yer verməməlisən. Əslində, bununla kifayətlənmək də olmaz, biz həmçinin bizi incidənlər üçün ürəkdən yaxşılıq arzulamalıyıq.

DUA: Ey bağışlayan Ata, mənim daş ürəyimi, küt vicdanımı bağışla, düşüncəmi dəyişdir ki, düşmənlərimin təqsirlərini unudum və onları saf məhəbbətlə sevim. Səndən xahiş edirəm, düşmənlərimə xeyir-dua ver, məni incidən hər kəslə birlikdə onları da xilas et! Onları Müqəddəs Ruhla doldur və ölkəmizdə barışıq ruhunu yarat! Hamının zehnini dəyişdir ki, biz Sənin qüdrətin və hikmətinlə düşmənlərimizi sevə bilək!

SUAL:

  1. Niyə biz düşmənlərimizi sevməliyik?

www.Waters-of-Life.net

Page last modified on June 24, 2023, at 03:47 PM | powered by PmWiki (pmwiki-2.3.3)