Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 077 (Golden Rule)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
4. Səmavi Padşahlığın Konstitusiyasının yekunu (Matta 7:7-27)

b) Qızıl qanun (Matta 7:12)


MATTA 7:12
12 İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur.
(Mat. 22:36-40; Rom. 13:8 10; Qal. 5:14)

Allahın səni sevdiyindən, dualarına cavab verdiyindən, kindən, paxıllıqdan azad etdiyindən, qayğı və nifrətdən qurtardığından, sadiq xidmətə və pak həyata yönəltdiyindən xəbərin varmı? Sən də bu uca məhəbbətin cavabında ilk öncə özünü düşünməməlisən, düşüncəni dəyişdirib qonşunun vəziyyətinə görə can yandırmalısan. Özünü sevdiyin kimi, vaxtını və pulunu başqalarına görə fəda et. Özünü günahkarların yolunda qurban verən Məsihə bax. Onun nümunəsi ilə həyat əsaslı surətdə dəyişilər və sən artıq gözləməzsən ki, sənə xidmət etsinlər, amma özün hamıya xidmət və hörmət edəcəksən. Məsihin qulları Onun ardınca gedərək Sahiblərinin surətinə dəyişilirlər.

Məsih bizə təkcə bilik və əqidə verməyə gəlmədi, lakin nə etməli olduğumuzu öyrətməyə gəldi. Özü də təkcə Allahla yox, insanlarla; və təkcə dost-yoldaşlarımızla yox, bütün bəşəriyyətlə necə rəftar etməyi bizə öyrətdi. Ədalətin qızıl qanunu tələb edir ki, insanların bizimlə necə rəftar etməsini istəyiriksə, biz də onlarla elə rəftar edək. Bu qanun mənfi tərəfdən də doğrudur: insanların bizimlə fürsət düşəndə pis rəftar etməsini istəmiriksə, biz də onlarla pis rəftar etməməliyik. İnsanların bizimlə necə rəftar etməsini istəyiriksə, biz də onlarla elə rəftar edək.

Bu qanun ən böyük əmr əsasında qurulmuşdur: “Qonşunu özün kimi sev”. Biz özümüzü sevdiyimiz kimi, başqalarını sevməliyik, onların bizimlə yaxşı rəftar etməsini istədiyimiz kimi, onlarla yaxşı rəftar etməliyik. Başqa insanlarla münasibətlərimizdə özümüzü onların yerinə qoymalıyıq, onların vəziyyətində nə edəcəyimizi düşünərək onlarla davranmalıyıq. Qonşumun yerində mən olsaydım, onun xəstəliyindən mən əziyyət çəksəydim, onun kimi zəif olsaydım, başqalarının mənimlə necə rəftar etmələrini istəyərdim? Bu kimi fikirlər doğrudur, çünki sabah biz də belə vəziyyətdə ola bilərik. Ən azı Allahın bizimlə ədalətlə rəftar edəcəyindən və biz bu gün başqalarına etdiyimiz kimi, sabah bizə də eynən belə ediləcəyindən qorxmalıyıq.

DUA: Ey Səmavi Ata, Sən bütün insanların pərəstişinə layiqsən! Sənə əhəmiyyət vermədən həyat sürən insanlar Səni nə qədər çox təhqir edirlər! Lakin Sən onlara səbir göstərdin, onları məhv etmədin, vahid Oğlunu göndərdin ki, onlar Sənə tərəf dönsünlər və Sənin surətinə dəyişsinlər. Sənin xeyirxahlığına, lütfünə, qüdrətinə əhəmiyyət vermədiyimiz üçün bizi bağışla! Bizi büsbütün dəyişdir ki, ali nümunəmiz olan Məsihə həmd və şükür edərək, Sənə və hər insana xidmət edək!

SUAL:

  1. Qızıl qanunun mənası nədən ibarətdir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:39 AM | powered by PmWiki (pmwiki-2.3.3)