Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 008 (Genealogy of Jesus)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
A - İsanın doğulması və uşaqlığı (Matta 1:1 - 2:23)

1. İsanın nəsil şəcərəsi (Matta 1:1-17)


MATTA 1:2-3
2 …Yaqubdan Yəhuda və onun qardaşları törədi. 3 Yəhudadan Tamarın doğduğu Peres və Zerah törədi …

Müqəddəs Kitab insanları ilahiləşdirmir, lakin hamımızın günahlı olduğumuzu açıqlayır. Öz ailəsinin qüsursuz olduğunu düşünən insan, padşah və ya peyğəmbərlərin nəslindən olsa belə, çox aldanır və qürurlanır, çünki Allah qarşısında saleh insan yoxdur. Bu, İsanın nəsil şəcərəsinə də aiddir. Bu ayələr İsanın günaha meyilli bədəndə yaşadığını təsdiq edir; ancaq İsanın bəşəri atası olmadığına görə, O, əcdadlarından irs olaraq aldığı şərə qalib gələ bildi; İsa, daxilində yaşayan Allahın Ruhu vasitəsilə doğulduğuna görə, daim günahsız, təmiz, təqsirsiz olaraq qaldı və Öz itaəti ilə bəşəriyyəti xilas etdi.

Yəhuda Yaqubun on iki oğullarından biri idi ki, onlardan daha sonra İsrailin on iki qəbiləsi törədi. Bu on iki oğul bir dəfə bir şəhəri yandırdılar, çünki o şəhərin sakinlərindən biri onların bacısının namusuna toxunmuşdu (Yar. 34). Onlar atalarından daha yaxşı rəftar görən və xüsusi rəngarəng paltar geyinən kiçik qardaşları Yusifi paxıllıqla öldürmək istədilər. Yəhuda onları bu pis işdən vaz keçməyə inandırdı, qardaş qanını tökməkdənsə, onu iyirmi gümüş pula satıb pul əldə etməyin daha yaxşı olduğuna iqna etdi.

Tamahkarlıqdan əlavə, Yəhuda zina elədi. Mərhum oğlunun dul arvadı Tamara icazə vermədi ki, qanuna görə mərhumun qardaşının arvadı olsun. O zaman Tamar hiylə işlədib Yəhudanı onunla zina etdirdi və ondan Peres adlandırdığı uşağı doğdu (Yar. 38). Yəhuda, Tamar və Peres kimi günahkarların İsanın nəsil şəcərəsinə düşməsi bəşəriyyət üçün rəzalətdir. Həqiqətən, Allahın Oğlu ən aşağı səviyyəyə endi və bununla tamahkar və pozğun olanları belə xilas etməyə gəldiyini göstərdi. O istisnasız olaraq hər kəsi ifşa edir.

Yaqub xeyir-duanı oğlu Yəhudaya ötürərkən, günahkarların xilas olması üçün Məsihin hədsiz qürdətinə işarə edirdi. Yaqub Yəhudanı bir şirə, aslana bənzətdi ki, onun bütün qardaşları və bütün xalqlar bu şirə səcdə edəcəklər (49:8-12). Müjdəçi Yəhya bu peyğəmbərliyin sirrini dərk etdi. O, göylərdə ağsaqqalların bu sözləri dediklərini eşitdi: «Budur, Yəhuda qəbiləsindən olan Aslan, Davudun Kökü qalib gəlib» (Vəhy 5:5-10). Yəhya başını qaldırıb Ona baxanda, böyük bir şir görmədi, lakin sanki kəsilmiş vəziyyətdə olan Quzunu gördü; Quzu əbədi olaraq Ona padşahlar və kahinlər kimi xidmət etsinlər diyə bütün millətlərdən olan insanları Allah üçün Öz qanı bahasına satın aldı. Yaqubun Yəhudaya dair verdiyi vədləri İsa yerinə yetirdi.

DUA: Sənə səcdə edirik, ey müqəddəs Allah Quzusu. Zira Sən alqışı, izzəti, sərvəti, şərəfi almağa layiqsən, ona görə ki Sən Öz qanına, bəşəri təbiətinə qalib gəldin və Öz müqəddəs canını bizim uğrumuzda qurban verərək Sənin ardıcıllarına da bu qələbəni bəxş etdin! Bütün günah meyillərimizə qələbə çal, çünki biz Yəhuda və ya Tamardan yaxşı deyilik. Bizi təqsirlərimizdən təmizlə və axıradək təqdis et!

SUAL:

  1. Yaqub oğlu Yəhudaya dair verilən vəd İsada necə yerinə yetdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:22 AM | powered by PmWiki (pmwiki-2.2.109)