Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 009 (Genealogy of Jesus)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
A - İsanın doğulması və uşaqlığı (Matta 1:1 - 2:23)

1. İsanın nəsil şəcərəsi (Matta 1:1-17)


MATTA 1:3-6
3 Yəhudadan Tamarın doğduğu Peres və Zerah törədi. Peresdən Xesron törədi. Xesrondan Ram törədi. 4 Ramdan Amminadav törədi. Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi. 5 Salmondan Raxavın doğduğu Boaz törədi. Boazdan Rutun doğduğu Oved törədi. Oveddən Yessey törədi. 6 Yesseydən padşah Davud törədi. Davuddan Uriyanın arvadının doğduğu Süleyman törədi.

Matta Müjdəsi bir daha İsanın nəsil şəcərəsinin üç "zəif halqa"sına gətirir. Matta bir çox Tövrat şərhçilərinin baş sındırıb xəcalətdən qızardıqları üç qadının adlarını çəkir. Biz də heç kimi pisləmirik, lakin öz pis meyillərimizi xatırlayaraq, həmişə öz günahlarımıza görə tövbə edirik.

Matta bütün yəhudilərin fəxr etdiyi Sara kimi möhtərəm qadınların adlarını çəkmir. Əksinə, yəhudilərin heç vaxt fəxr etmədiklərinin adlarını çəkir: Tamardan Allahın günahkarlara verdiyi xilas barədə şəhadət olaraq bəhs olunur (Yar. 38:11-14); Raxav günahkarların imanla xilas olmasına şəhadət edir (Yeşua 2; İbr. 11:31); Rut xilasın qanundan asılı olmayaraq lütf əsasında verildiyini göstərir (Qanun. 23:3; Rom. 3:21-30); Bat-Şeva imanlıların xilasının lütf ilə əbədi olaraq verildiyini göstərir (2Şam. 11, 12; Zəb. 23:3; İbr. 10:38-39).

İsanın nəsil şəcərəsində yer alan bəzi adları bu gün tam dəqiq anlaya bilmirik. Ancaq biz bilirik ki, bütpərəst fahişə Raxav casusları qəbul edib gizəltdi, çünki Allah ona göstərdi ki, bu adamların xalqı onun şəhəri Yerixonu ələ keçirəcək. Onlar şəhəri ələ keçirəndə, casuslardan biri Raxavla evləndi və bu yolla Raxav Məsihin əcdadlarından biri oldu. Gördüyümüz kimi, Tamar padşah Davudun və İsanın nəslinə yəhudi olmayan xalqın qanını gətirdi. Rut da həmçinin. Bu, milləyyətçi və irqçi fikirlərin Allahın Ruhuna yad olduğunu və Allahın bütün millətlərdən insanları xilas etmək istədiyini təsdiq edir (Yeşua 2:1-21; 6:17; İbr. 11:31).

Boaz saleh adam idi. Dul qadın Rutun yoxsul vəziyyətini görəndə, nökərlərinə əmr etdi ki, onun üçün sünbüllər qoysunlar, o da toplasın və acından ölməsin. Rutun öz mərhum ərinin anasına sadiq qaldığını bilirdi. Rutun başqa millətdən olmasına baxmayaraq, Boaz onunla evlənməyə razı oldu və axırda Rut Davudun ulu nənəsi oldu. Yəhudi qanununa görə, Rut natəmiz idi, amma Allahın önündə bütün insanlar bərabərdirlər (Rut 2:4).

İsanın əcdadlarının tarixində ən pis gühan Davudun bir əsgəri olan Uriyanın arvadı ilə zina etməsi idi. Davud onun öz evinin damında çimdiyini gördü və onun yanına gətirilməsini əmr etdi. Sonra o, ordu başçısından, qadının əri Uriyanı ən təhlükəli yerə qoyulmasını xahiş etdi; Uriya döyüşdə öldü və padşah rəzil hərəkətini gizlətməyi bacardı. Lakin Allahın bu qulunu zina və qətldə ittiham edən sözlər ildırım kimi qəfildən onu haqladı. Davud ölüm təhlükəsində idi və yalnız səmimi tövbə və Allahın sınan və peşman ürəkli adamlara lütf göstərdiyinə iman Davudu xilas etdi. Allah Davuddan mərhəmətini əsirgəmədi. Daha sonra Davud Bat-Şeva ilə qanuni şəkildə nikah bağladı və Allahın onlara verdiyi övlad hikmətli Süleyman oldu, çünki onların nikahı dərin tövbə vasitəsilə təqdis edildi.

DUA: Ey Səmavi Ata, biz pozğun zinakarları rədd etmədiyinə görə Sənə həmd edirik. Əksinə, Sən bizə Öz Oğlunu göndərdin ki, Onun əməlləri bizim üçün müqəddəs həyat nümunəsi olsun. Biz Onun bizim üçün verdiyi qurbanı qəbul edərək, Sənin Müqəddəs Ruhunun qüvvəsi ilə təqdis olunuruq və sınan ürəklə xidmət edərək Sənin ata iradən üçün yaşayırıq!

SUAL:

  1. Niyə müjdəçi Matta İsanın nəsil şəcərəsində dörd qadının adlarını çəkdi və o qadınların adları nə idi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:22 AM | powered by PmWiki (pmwiki-2.2.109)