Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 007 (Genealogy of Jesus)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
A - İsanın doğulması və uşaqlığı (Matta 1:1 - 2:23)

1. İsanın nəsil şəcərəsi (Matta 1:1-17)


MATTA 1:2
2 … İshaqdan Yaqub törədi …

İsanın nəsil şəcərəsini oxuyan adam başa düşür ki, İncil Tövrat əsasında yazılıb. Buna görə evin qapısından girmədən qonaq otağına gəlmək mümkün olmadığı kimi, bu nəsil şəcərəsini öyrənmədən İncili anlamaq da qeyri-mümkündür.

Yaqub hələ doğulmazdan əvvəl Allah onu xeyir-duanın varisi olaraq təyin etmişdi (Yar. 25:24-28). Lakin Yaqub səbirlə dua edərək vədin yerinə yetirilməsini gözləmədi; tələsdi və anası ilə əlbir olub ilk oğulluq xeyir-duasını aldı. Qardaşı qəzəblənib qisas almaq istəyirdi və Yaqub evdən qaçmaq məcburiyyətində oldu. Yaqubun yalançı olmasına baxmayaraq, yolda Allah ona göründü və bütün dünyanın onun vasitəsilə xeyir-dua alacağını söylədi. Yaqub bu röyanın mənasını anlamadı. Ancaq göylərə çatan nərdivanı görəndə və Rəbbin dediyi sözləri eşidəndə vahiməyə düşdü və iman etdi. Nəhayət o İkiçayarasına gəlib çatdı. Dayısı Lavanın sürülərini otaran çoban oldu və bu işdə yenə hiylə işlətdi. Buna görə dayısı da onu dəfələrlə aldatdı: Yaqubu söz verdiyi qızından başqası ilə evləndirdi və yalnız illər sonra Yaqub çox istədiyi qızı ilə evlənə bildi. Yaqub illər uzunu dayısı üçün işlədi. Ağır zəhmət və əziyyətlə dolu neçə-neçə illərdən sonra Yaqub atalarının torpağının həsrətini çəkdi. O qayıdan yolda Allah onun qarşısında əngəllər törətdi və onunla vuruşdu, çünki vətəninə qayıdan Yaqubun əvvəlki kimi qürurlu olmasını istəmirdi, qəlbi sınmış və tövbə etmiş bir adam olmasını istəyirdi. Yaqub Allahla vuruşdu və bu ruhani mübarizə nəticəsində onun hiyləyə öyrəşmiş zehni dəyişdi – Yaqub dua edən həlim imanlı oldu və Allah ona yeni ad verdi – "İsrail"; bu adın mənası "Allahla mübarizə edən və imanla qalib gələn" deməkdir. Beləcə Allah bu yalançı adamın həyatında Öz məqsədlərinə nail oldu və onun ruhunda xilas olmaq arzusunu yetişdirdi və Yaqub İsanın dünyaya gəlişini sanki uzaqdan gördü.

Yaqubun göylərə qalxan və göydən yerə xeyir-duanı gətirən mələklər haqqında röyası Məsih ilə gerçəkləşdi (Yar. 32:30-31; 48:15-16; 49:18; Yəh. 1:51).

DUA: Ey müqəddəs Rəbb, Sən canımın yalana, hiyləyə, qürura nə qədər meyilli olduğunu bilirsən. Bütün təqsirlərimi bağışla və pis niyyətlərimi dağıt və qoy mən qəlbi sınıq halda Sənin salehlik yolunda yeriyim! Qürurumu qır, necə ki Yaqubun qəlbini sındırdın, qoy mən də Sənin lütf Padşahlığın üçün dua edən və mürarizə aparan bir imanlı olum!

SUAL:

  1. Yaqub necə bütün insanlar üçün Allahın xeyir-duasına nail olmağa layiq oldu?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:22 AM | powered by PmWiki (pmwiki-2.3.3)