Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 162 (Jesus’ Second Prediction of His Death and Resurrection)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)

p) İsa ikinci dəfə ölümü və dilirməsi barədə danışır (Matta 17:22-27)


MATTA 17:24-27
24 Kefernahuma gəldikləri zaman məbəd vergisini yığanlar Peterə yaxınlaşıb dedilər: «Sizin Müəlliminiz vergi ödəmirmi?» 25 Peter «ödəyir» dedi. Evə gələndə İsa onu qabaqlayaraq dedi: «Şimon! Sən necə düşünürsən? Yerin hökmdarları gömrük və yaxud vergini kimdən alırlar? Öz övladlarındanmı, yoxsa kənar adamlardan?» 26 Peter Ona «kənar adamlardan» söylədikdə İsa ona dedi: «Belə isə, övladlar sərbəstdir. 27 Lakin bu adamları incitməyək deyə gölə get, tilov at və tilova düşən ilk balığı götür. Onun ağzını açanda bir gümüş pul tapacaqsan. Onu götür, həm Mənim, həm də öz əvəzinə ver».
(Çıx. 30:13; 2Pad. 12:5-6)

Bu olayda romalılara ödənən vergidən deyil, yəhudi dini vergidən söhbət gedir. Hər kəs məbədin xidmətinə yarım şekel pul ödəməliydi. “Öz həyatının əvəzi” (Çıx. 30:12) adlandırılan bu vergi məbəddəki ibadətlə əlaqədar olan xərclərin ödənilməsi üçün yığılırdı. O dövrdə xüsusilə Qalileyada bu qaydaya heç o qədər də ciddi riayət etməzdilər.

Məbəd vergisi ilə bağlı olan bu olayda Məsih Özünü nəinki Bəşər Oğlu, hətta Allahın Oğlu elan etdi. O, Səmavi Atasının evinə vergi ödəməyə məcbur deyil idi, çünki Allaha məxsus olan hər şey Ona da məxsusdur. Lakin düşmənlərinə olan sevgisi, onlara qarşı rəhmi Onu könüllü olaraq bu vergini ödəməyə vadar etdi. O Özünü Peter və digər şagirdlərlə bir sıraya qoyub “Allahın azad övladı” adlandırdı. Matta Müjdəsində buna bir neçə dəfə rast gəlinir. Bəs sən, ey qardaş, Allahın vədinə əsasən bu ləqəbi daşıyırsanmı? Öz salehliyinə görə yox, İsanın Kəlamına iman etdiyinə görə Allahın övladları ilə bir cərgədə durursanmı? Onun qüvvətli Kəlamı səni büsbütün təqdis edəcək və sən Allahın istədiyi kimi olacaqsan.

Məsihin müdrikliyi və həlimliyi bizi öyrədir ki, çox vaxt hüquqlarımızı tələb etməkdənsə, onlardan imtina etmək yaxşıdır, çünki hüquqlarını tələb edən imanlı ətrafındakıları büdrədir. Biz kiminsə xətrinə dəymək qorxusu ilə əsla yaşamamalıyıq, amma bəzən başqalarını büdrətməmək üçün öz mənfəətimizi qurban verməliyik.

DUA: Ey Ata, Sənə məhəbbət və sevinclə səcdə qılırıq, çünki Sənin vahid Oğlun ölümü ilə bizi Sənin övladların etmişdir. Biz təbiətcə Sənə düşmən olmuşuq, Səndən uzaqlaşmışıq, amma İsanın qanı bizi Sənə yaxınlaşdırıb. Lütfünə görə Səni ucaldır və sevinirik ki, Sən bizə Ata olmusan. Bizə kömək et ki, Sənin məhəbbətinlə xidmət edək, necə ki Oğlun dünyaya xidmət etmişdir! Qoy bizim bəşəriliyimizdə Sənin ilahiliyin ucalsın!

SUAL:

  1. İsa Bəşər Oğlu və Allahın Oğlu olduğunu necə elan etdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:56 AM | powered by PmWiki (pmwiki-2.3.3)