Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 161 (Jesus’ Second Prediction of His Death and Resurrection)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)

p) İsa ikinci dəfə ölümü və dilirməsi barədə danışır (Matta 17:22-27)


MATTA 17:22-23
22 Qalileyada yığılarkən İsa şagirdlərə dedi: «Bəşər Oğlu insan əllərinə təslim ediləcək 23 və Onu öldürəcəklər, amma O, üçüncü gün diriləcək». Onlar çox kədərləndilər.
(Mat. 16:21; 20:18-19)

Bəşər Oğlu, Allahın izzətli mücəssiməsidir. İlahi qüvvənin mənbəyi, bütün insanların xidmətçisidir. Onun müqəddəsliyi hamımızı mühakimə edir, həyatı isə On Əmrin düzgün təfsiri olaraq hökm günündə bizim üçün meyar olacaq. İsa əsil Allah və əsil İnsandır. O, qüdrətindən Öz mənfəəti üçün istifadə etməyib. Bu təvazökarlığı üçün Atası Ona göydə və yerdə bütün səlahiyyəti vermişdir.

Həlim Məsih Haqq-Taalanın Özü olduğu halda, pis insanların əllərinə təslim olmağa razı oldu. Çünki Onun həlimliyi səlahiyyət sahiblərinin zorakılığından daha güclüdür. Məsih Özünə üstün gəlib çoxları uğrunda Özünü qurban verdi.

Məsih Özündən imtina edərək, kainatı məhvə aparan bütün şər qüvvələrini məğlub etdi. Bizi saleh saymaq, təqdis etmək, qorumaq üçün O qurban ölümü ilə qələbə çaldı. O əzmlə Yerusəlimə yola düşdü, Padşahlığını qurmaq məqsədilə Ona nifrət edənlərin uğrunda əziyyət çəkəcəyinə, Onu ölümə təslim edənləri axıradək sevəcəyinə qərar verdi.

Məsihin çarmıxda canını qurban verməsi nə qədər əzəmətlidir! Onun məhəbbəti xudbinliyimizi, qürurumuzu ifşa edir, lakin Allah Quzusunun lütfü bizi dəyişdirib təmizləyir. Onun qurbanı bizi həlakdan xilas edir. Ancaq Məsihin şagirdləri o vaxt hələ Onun xilasının dərinliyini, sirrini dərk etməmişdilər və O onlara öləcəyini dediyinə görə kədərləndilər.

DUA: Ey müqəddəs Olan, Səni ucaldırıq, çünki İsa bizim uğrumuzda ölmək, dünyanın günahını Öz üzərinə götürmək, mömin dindarların və siyasətçilərin əlindən əzab-əziyyət çəkmək üçün dünyaya gəldi. İsanın həlimliyinə görə Sənə şükür edirik. O Sənin Ata iradənə təslim oldu, Onun ölümü ilə biz həyat, salehlik, müqəddəslik əldə etdik. O Öz qurbanı ilə bizə xeyir-dua Ruhunu bəxş etdi. Bizə kömək ol, bu dünyada heç bir hadisədən kədərlənməyək, xeyir-bərəkətlərinə xor baxmayaq, lakin var gücümüzlə Sənə yaxınlaşaq, sevinək və Məsihə şükür edək, necə ki bütün insanlar üçün xilas planına görə Sənə şükür edirik!

SUAL:

  1. Niyə İsa şagirdlərə Öz ölümündən bəhs etdikdə, onlar kədərləndilər və şükür etmədilər?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:56 AM | powered by PmWiki (pmwiki-2.3.3)