Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 163 (Disciples’ Pride and the Children’s Humility)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
4. Allahın Padşahlığının daxili nizamı (Matta 18:1-35) -- İsanın sözlərinin dördüncü məcmuəsi

a) Şagirdlərin təkəbbürü, balaca uşaqların həlimliyi (Matta 18:1-14)


MATTA 18:1-4
1 Həmin vaxt şagirdlər İsanın yanına gəlib dedilər: «Səmavi Padşahlıqda ən böyük kimdir?» 2 İsa yanına bir balaca uşaq çağırıb onu şagirdlərin arasına qoydu. 3 O dedi: «Sizə doğrusunu deyirəm: əgər siz yolunuzdan dönüb uşaqlar kimi olmasanız, Səmavi Padşahlığa əsla daxil ola bilməzsiniz. 4 Beləliklə, kim bu uşaq kimi özünü aşağı tutarsa, Səmavi Padşahlıqda ən böyük odur...»
(Mat. 19:14; Mark 9:33-37; Luka 9:46-48)

Müjdəçi Mattanın İsa Məsihin sözlərinin dördüncü məcmuəsini məhz bu əhvalatla başlaması təsadüfi deyildir. İmanlılar Cəmiyyətində bu sual xüsusi əhəmiyyət kəsb edir: “Cəmiyyətdə ən böyük kimdir?” Ağsaqqallar, keşişlər, pastorlar hələ də bu məsələ üstündə mübahisə edirlər. Şeytan Allahın Padşahlığındakı rəhbərləri hiyləgərcəsinə sınağa çəkməyə çalışır, onların bu günaha batmasını, məhəbbət və həlimliyi yaddan çıxarıb bir-biri ilə dava etməsini və sürünün dağılmasını istəyir.

Bu əhvalat, şagirdlərin kimin başçı olduğu üstündə mübahisəsi səbəbi ilə baş verdi. Onlar İsaya bu haqda sual verməkdən utandıqlarına görə, öz aralarında mübahisə edirdilər. Onları maraqlandıran sual mənəviyyat baxımından “ən böyük kimdir” deyil, ad-san baxımından “ən böyük kimdir?” olmuşdur. Onlar Səmavi Padşahlıq, Məsihin Padşahlığı, bu dünyadakı İmanlılar Cəmiyyəti haqqında çox eşitmişdilər, lakin bunu hələ tam aydın anlaya bilmirdilər. Xəyallarından cah-calallı dünyəvi padşahlıq keçirdi. Məsih bundan bir az öncə onlara danışmışdı ki, tezliklə əziyyət çəkəcək, ölüb diriləcək və ondan sonra izzətlə zühur edəcək. Onlar Məsihin bu sözlərini elə yozmuşdular ki, Səmavi Padşahlıq yer üzündə qurulacaq. “Demək ki, Padşahlıqda şərəfli vəzifələr tutmaq vaxtıdır” – deyə düşündülər. – “Axı belə hallarda hər şeyi əvvəlcədən aydınlaşdırmaq yaxşıdır”.

Şagirdlər kimlərin ən yüksək mövqeyə malik olacağını bilmək istəyirdilər. Hər kəs özünün hamıdan üstün olduğunu düşünürdü. Peter həmişə hamının əvəzinə danışıb və ona “açar” verilib. Bu səbəbdən o, dövlət başçısı olmağa layiq olduğuna inanırdı. Yəhuda pul qutusunu saxladığına görə maliyyə naziri olacağını ümid edirdi. Yəhya gələcək Padşahın sevimli şagirdi olduğu üçün başçı olacağını söyləyirdi. Andrey həvariliyə dəvət olunan birinci şagird kimi üstünlüyünə haqq qazandırırdı.

İmtiyazlar, şərəf, izzət haqqında danışmaq çoxlarının xoşuna gələr, amma ağır zəhmət çəkməyi, çətinliklərə dözməyi heç kəs istəməz. İnsanlar taca can atarlar, amma boyunduruq və çarmıxı yaddan çıxardarlar. “Səmavi Padşahlıqda ən böyük kimdir?” sualını müzakirə edən şagirdlər bə belə idilər.

İnsanın şan-şərəfə, səlahiyyətə, var-dövlətə, gözəlliyə can atmasında, qayda olaraq, günahları üzə çıxar. Hamımız şeytanın günahı qürurla sınağa çəkilirik. Bu ruhani xəstəliyə qalib gəlmək üçün Məsih onların arasına balaca bir uşaq qoyub əmr etdi ki, bu uşaq kimi məsum olsunlar. Onlar Allahın Padşahlığının “həlimlik və Ataya inam” şüarının şeytanın niyyətinin əksi olduğunu anlamalı idilər. Biz təbiətcə balaca uşaq kimi kamala çatmamış vəziyyətdəyik, zəif və möhtacıq. Uşaq bütün işləri, dərdləri ilə atasına müraciət etdiyi kimi, beləcə də biz hər an Atamıza pənah gətiririk. Biz Məsihin bizim üçün hazırladığı qanuni səmavi övladlığımıza nail olmasaq, Səmavi Padşahlığa əsla daxil ola bilməyəcəyik. İsa bizə Atasına tam ümid bağlamağı öyrətməyə çalışır. Həyatını Onun böyük məhəbbətinə tapşır və Onun gözəl ailəsinə daxil olacaqsan! Bu övladlığın üstünlüyü həlimlik və təvazökarlıq vasitəsilə üzə çıxır. İsa həlim olanlara bəxtiyar dedi, çünki onlar yer üzünü irs alacaqlar.

Şagirdlər Səmavi Padşahlıqda ən böyük kim olduğunu soruşanda, hər kəs özünü “ən böyük” sayırdı və Məsih onlara xəbərdarlıq etdi ki, bu fikri başlarından atmasalar, Səmavi Padşahlığa girə bilməyəcəklər.

DUA: Ey müqəddəs Olan, Sənə minnətdarıq ki, Sənin həlim və qəlbən itaətkar olan Oğlun İsa bizi Öz surətinə dəyişdirmək istəyir. Bizi pis olanın sınağından xilas et, qoy biz heç vaxt qürurlanmayaq, öyünməyək, özümüzü göstərməyək, lakin gizlicə Sənə xidmət edək və adlarımızın Həyat Kitabında yazılmış olmasına sevinək! Təkəbbürə meyilləndiyimizə görə bizi bağışla, həlim və şəfqətli Ruhunla bizi məsh et!

SUAL:

  1. Niyə qürur İmanlılar Cəmiyyəti üçün ən böyük təhlükə sayılır?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:57 AM | powered by PmWiki (pmwiki-2.3.3)