Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 275 (Christ’s Promise to be with His Followers)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
YEDDİNCİ HİSSƏ - İsanın ölümdən dirilməsi və böyük tapşırığı (Matta 28:1-20)

10. Məsihin müqəddəs həyatı öyrətmək əmri (Matta 28:20)


MATTA 28:20
20 …Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm.
(Mat. 18:20)

Məsihin elçilərindən, Rəbbin qullarından biri çarmıxın düşmənləri tərəfindən təqib olunanda, bütün əmrlərinə riayət etməyib, öz cəhdlərinin uğursuzluğunu görüb məyus olanda, daxilində yaxud ətrafında olan problemlərdən ürəyi sıxılanda, Məsih ona belə deyir: “Ürək gözlərini aç və gör. Budur, Mən səninləyəm. Sən tək deyilsən. Mən səninləyəm. Səni tək buraxmaram. Mən yaşayıram, səni sevir və qayğına qalıram. Sənin imanını ölüm vaxtında belə möhkəmləndirəcəyəm. Mənə ümid bağla, çünki Mən dünyaya qalib gəldim!”

Məsih şagirdlərinə gözəl vəd verib: “Mən sizinləyəm!” O deməyib ki, bizimlə olacaq, amma indidən bizimlə olduğunu elan edib. Allah Musanı göndərdiyi kimi, Məsih elçilərini “Mənəm” adı ilə göndərib. Çünki O dəyişməzdir, dünən, bu gün və əbədi olaraq eynidir (Vəhy 1:8). İsa şagirdlərini tərk etmək üzrə idi və bu, onları çox kədərləndirirdi. Lakin İsa onları ruhən onlarla olduğuna və ruhani hüzurunun fiziki hüzurundan qat-qat üstün olduğuna inandırıb. Məsih bizimlədir və əsla bizə qarşı deyildir. O həmişə sənin tərəfindədir, Sənə dayaqdır.

Məsihin ardıcıllarından biri yuxuda qum üzərində yeridiyini və qumda iki nəfərin ayaq izlərini görüb. Rəbb İsadan bunun mənasını soruşanda, İsa ona “Sən həyat səharsından keçərkən, Mən həmişə sənin yanında olmuşam” – deyə cavab verib. Sonra çox təhlükəli bir yerə gəlib çatıblar. Qumda yalnız bir nəfərin ayaq izlərini görməkdən təəccüblənən imanlı qardaş yuxuda Rəbbə belə sual verib: “Bəs həyatımız ən çətin məqamında niyə məni tərk etmişdin?” Xilaskar gülümsəyərək “Səni əsla tərk etməmişəm” – deyə cavab verib. – “Gördüyün ayaq izləri Mənimdir, çünki o yerdə Mən səni qucağımda daşıdım”.

Beləcə Xilaskar bizə və bütün qullarına sədaqətini göstərir, itmiş olanları axtaran, Müjdəni yayan ardıcılları ilə birlikdə qalır.

Məsih bizimlə olacağına dair vədini təsdiqləyir. O, ömür boyunca bizim yanımızda olacaq, nə gecə, nə də gündüz, nə yayda, nə də qışda səni tərk etməyəcək. Uşaqlığında O sənin yanında olduğu kimi, gəncliyində və qocalığında da həmçinin yanında olacaqdır. Sən günah edəndə belə, O səni tərk etməyəcək. O istəyir ki, sən Davudla birlikdə bu sözləri deyəsən: “Məni canlandırırsan, ismin şərəfinə salehlik yolları ilə aparırsan. Ölüm kölgəsinin dərəsində gəzsəm belə, şərdən qorxmaram, çünki Sən mənimləsən” (Zəb. 23:3-4).

Məsih dövrün sonundan bəhs etdi, bizə müharibələr, zəlzələlər, vəbalardan sonra gələcək Məsihin əleyhdarı barədə xəbərdarlıq etdi (Mat. 24:4-14; Yəh. 2:22-25; 4:1-5). O, ardıcıllarına buyurur: “Özünüzü gözləyin ki, heç kəs sizi aldatmasın. Məndə qalın, Mən də sizdə qalacağam və heç kəs sizi əlimdən qapa bilməyəcəkdir”. Təqiblər və müsibətlər öz zirvəsinə çatanda, İsa təkrar gələcək və sevimlilərini şər olanın hökmündən xilas edəcək. Məsih gələndə, zaman və məkan sona çatacaq və ruhani Səmavi padşahlıq zühur edəcək, kəsilmiş Allah Quzusunun hökmranlığı başlayacaq. Məsihin paklanmış ardıcılları Səmavi Atası ilə bir ailə kimi yaşayacaqlar.

İsanın Böyük tapşırığında iki dəfə “bütün” və iki dəfə “hər” sözləri işlənmişdir. Məsih deyir ki, göydə və yer üzündə bütün səlahiyyət Ona verilib, ona görə biz gedib, bütün millətləri Onun şagirdi etməliyik, “Ata, Oğul və Müqəddəs Ruh” olan vahid Allahın adı ilə vəftiz etməliyik. İsanın bizə əmr etdiyi hər şeyə itaət etməli və Onun dövrün sonunadək hər gün bizimlə olduğunu yadda saxlayaraq, heç vaxt ruhdan düşməməliyik. Əgər sən Matta Müjdəsinin sonundakı “bütün” və “hər” sözlərini ürəyində qoruyub-saxlasan, sülh içində yaşayacaqsan.

DUA: Səni sevirik və Sənə səcdə qılırıq, ya Rəbb İsa Məsih. Zira Sən bizdən uzaq deyilsən, bizi seçmisən, qəbul etmisən, təmizləyib saleh saymısan, Səmavi Ata ilə barışdırmısan, Müqəddəs Ruhla məsh etmisən. Sən bizi məhəbbət, sevinc, sülh, səbir və iffətlə təqdis etmisən. Sənə şükür edirik, çünki Sən bizi əsla tərk etməmisən və etməyəcəksən, Sənin adına görə təqib olunanların hamısının yanındasan. Sən sadiqsən və tezliklə təkrar gələcəksən!

SUAL:

  1. Sən Rəbb İsa Məsihin hüzurunu yaşadınmı? Məsihin səni yönəltdiyi kimi bizə öz şəhadətliyini, necə imana gəldiyini yaz.

Matta Müjdəsi dördüncü suallar seriyası:

Möhtərəm oxucu! Əgər sən bu Matta Müjdəsi üzrə şərh kitabını diqqətlə oxumusansa, aşağıdakı suallara asanlıqla cavab verə biləcəksən. Sualların 90%-inə düzgün cavab versən, biz sənə ruhən böyüməyin üçün faydalı olan növbəti hissəsini göndərəcəyik. Cavablarını poçtla göndərəcəksənsə, həm zərfdə, həm də cavablarını yazacağın vərəqdə tam adını, soyadını və poçt ünvanını dəqiq şəkildə yazmağı unutma.

  1. Siz Zəkəriyyənin peyğəmbərliyini necə başa düşürsünüz?
  2. Məsihin Yerusəlimə girişindən nə öyrənirik?
  3. Niyə Məsih Yerusəlimə daxil olandan sonra ilk öncə Allahın məbədini təmizlədi?
  4. Məbəddə İsaya həmd edən uşaqlar qəzəbli başçı kahinlər və ilahiyyatçılardan necə fərqlənirdilər?
  5. Niyə İsa barsız əncir ağacını lənətlədi?
  6. Niyə xalqın rəhbərlərinin nümayəndələri İsadan səlahiyyəti barədə soruşdular?
  7. Niyə İsa yəhudilərin ali məclisinin nümayəndələrinə Öz səlahiyyəti barədə cavab vermədi?
  8. Niyə İsanın bu məsəlindəki birinci oğul qardaşından yaxşıdır?
  9. Pis bağbanlar məsəlindən nə öyrəndin?
  10. Guşədaşı məsəlindən nə öyrəndin?
  11. Allahın Oğlunun toy ziyafətinin hansı yeddi qeyri-adi tərəfi var?
  12. Dövlətin haqqı nədir, Allahın haqqı nədir?
  13. İsa Allahın yanında olanların diri olduğunu necə sübut etdi?
  14. Allahı və insanları həqiqi məhəbbətlə necə sevə bilərik?
  15. Davud necə iki Rəbdən, yaxud iki Ağadan danışdı?
  16. Niyə İsa Öz zəmanəsinin ilahiyyatçılarını və dindarlarını məzəmmət edirdi?
  17. “Kim özünü yüksəldərsə, aşağı tutulacaq və kim özünü aşağı tutarsa, yüksəldiləcək” nə deməkdir?
  18. İkiüzlülər, həqiqəti axtaranların Səmavi Padşahlığa daxil olmasına necə mane olurlar?
  19. Niyə maddi maraq üçün dindən istifadə edilməsi Rəbdə ikrah doğurur?
  20. Niyə yəhudilərin dinə gətirdikləri adamlar cəhənnəmlik olurdu?
  21. Məsih and içməklə bağlı problemləri necə həll edir?
  22. Niyə bir çox dindar və ilahiyyatçılar öz halını görməyən korlar olurlar?
  23. Allahın qədim xalqının dinçiləri qabların bayır tərəfini təmizləməyə səy göstərərkən necə yanılırdılar?
  24. Din adamlarına söylənən “ağardılmış məqbərələr” ibarəsi nə mənaya gəlir?
  25. Niyə İsa zəmanəsinin dindar adamlarını mühakimə edirdi?
  26. Niyə Məsih xidmətçilərini xalqının alim adamlarına göndərir?
  27. Məsih bizə Yerusəlim şəhəri barədə nə öyrədir?
  28. Məsihin qəti olaraq məbədi tərk etməsi nə mənaya gəlir?
  29. Şagirdlərin gələcək viranəlik barədə verdiyi sualların məğzi nədir?
  30. Niyə Məsih ikinci gəlişinin zamanı barədəki suallara cavab vermədi?
  31. Bəşəriyyət üçün ən böyük təhlükə nədir?
  32. Axır günlərdə təqiblərin və bacı-qardaşların satqınlığının səbəbi nə olacaq?
  33. Axır günlərdəki çətinliklərimizə necə qalib gələ bilərik?
  34. Viranəlik gətirən iyrənc şey nədir?
  35. Məsihin əleyhdarı kimdir, onun sifətləri və əməlləri necədir?
  36. Bəşər Oğlunun gəlişinin əlaməti nədir?
  37. İsa bizə əncir ağacı məsəli ilə nə öyrədir?
  38. Məsih ikinci dəfə dünyamıza necə gələcək və Onu sevənlərin aqibəti necə olacaq?
  39. Sən Rəbb İsa Məsihin gəlişinə necə hazırlaşırsan?
  40. Niyə Məsih bizə xidmətdə ayıq və oyaq olmağı əmr etdi?
  41. Ağıllı və ağılsız qızlar arasındakı fərq nədən ibarətdir?
  42. Müqəddəs Ruhun qüvvəsini necə qəbul edə bilərik və qüvvəsində necə qala bilərik?
  43. Niyə ağılsız qızlar Məsihin gəlişindən əvvəl son anda Onun salehliyini və müqəddəsliyini “satın ala” bilmədilər?
  44. Sənə konkret olaraq hansı ənamlar verilib?
  45. Rəbb ikinci gəlişində qulları ilə necə hesablaşacaq?
  46. Niyə Rəbb pis quldan bir talantını götürüb yaxşı qullardan birinə verdi?
  47. Bəşər Oğlu hökm günündə necə zühur edəcək?
  48. Niyə İsa hökm günündən bəhs edərkən imandan danışmır, ancaq məhəbbət əməllərinə çox əhəmiyyət verir?
  49. Niyə hökm günündə salehlər günahsız olacaq, pislər isə pis olaraq qalacaqlar?
  50. Pasxanın mənası nədir?
  51. Niyə ali məclis Məsihə qarşı hökm çıxara bilmədi?
  52. “Yoxsullar həmişə sizin yanınızdadır” sözlərinin mənası nədir?
  53. Ucuz qiymətə Rəbbini satan Yəhuda barədə düşünməkdən nə öyrəndin?
  54. Yəhudilərin “Mayasız çörək bayramı”nın keçmiş və indiki mənası nədir?
  55. Rəbbin Süfrəsi təsis olunmadan öncə nə baş verdi?
  56. Rəbbin Süfrəsinin başlıca mənaları hansılardır?
  57. Niyə Peter Məsihin xəbərdarlıqlarına inanmadı?
  58. Niyə İsa kədərləndi?
  59. Niyə İsanın qəlbini qəm-qüssə çulğadı?
  60. “Ruh həvəsli, cisim isə gücsüzdür” kəlamı nə deməkdir?
  61. İsanın Getsemani bağında dalbadal etdiyi üç duadan nə öyrənirik?
  62. Niyə İsa Ona xəyanət edən adama “dostum” dedi?
  63. İsanın tutulması nə deməkdir?
  64. Niyə İsa dini məhkəmənin önündə susdu?
  65. İsanın ali dini məclisin önündə verdiyi parlaq şəhadətin mənası nədir?
  66. İsanın dini məhkəmənin önündə söylədiyi bircə cümlənin mənası nədir?
  67. Niyə Peter Rəbbini üç dəfə inkar etdi?
  68. Yəhudi başçılarının gecəki iclası ilə səhərki iclası arasındakı fərq nədir?
  69. Niyə Yəhuda Peter kimi tövbə etmədi, lakin özünü asdı?
  70. Yəhudanın ölümündən nə cür ibrət dərsi götürə bilərik?
  71. İsanın həqiqi Padşah olduğunu iqrar etməsinin mənası nədir?
  72. Niyə Pilat yəhudiləri Barabba ilə İsa arasında seçməyə məcbur etdi?
  73. Yəhudilər İsanın məhkum edilməsi üçün Onu siyasi bir cinayətdə təqsirləndirməyə necə müvəffəq olmadılar?
  74. Niyə Pilat İsanı çarmıxa çəkilməyə məhkum etdi?
  75. Niyə romalı əsgərlər Məsihə qəddarlıq və istehza ilə əzab verdilər?
  76. Çarmıxı daşıyıb İsanın ardınca getmək nə deməkdir?
  77. Rəbb İsa Məsihin çarmıxa çəkilməsinin başlıca səbəbləri nədir?
  78. Yəhudilərin İsaya etdiyi istehzaların mənası nə idi?
  79. Məsihin çarmıxda söylədiyi sözlərdən Müjdəçi Matta tərəfindən qələmə alınan bircə sözünün mənası nədir?
  80. Niyə günahkar adam başqalarının günahlarını öz üzərinə götürə bilməz?
  81. Məsihin çarmıxa çəkilməsi olayında qadınların oynadığı rol nə idi?
  82. İsanın dəfnindən nə öyrənirsən?
  83. İsanın ölümündən sonra baş verən mühüm olaylar nə idi?
  84. Niyə mələk İsanın qəbrindən daşı yuvarladı?
  85. Mələk qadınlara nə dedi?
  86. Boş qəbirdən qaçan qadınların Məsihlə görüşməsi əhvalatından nə öyrəndin?
  87. Yəhudi başçılar Məsihin qəbrindəki keşikçilərə hansı ziddiyyətli sözlər söyləməyi tapşırdılar?
  88. Niyə Məsih bacarmayan imanlıları Ona xidmət etməyə göndərdi?
  89. Niyə İsa bizə getməyi əmr etdi?
  90. Dünya əhalisinin neçə faizi hələ Müjdəni eşitməyib və sənin bu işdə rolun nədir?
  91. Ata, Oğul və Müqəddəs Ruh olan vahid Allahın adı ilə vəftizin mənası nədir?
  92. Məsihin əmrlərindən neçəsini tanıyırsan? Onlara riayət edirsənmi və onları başqalarına öyrədirsənmi?
  93. Sən Rəbb İsa Məsihin hüzurunu yaşadınmı? Məsihin səni yönəltdiyi kimi bizə öz şəhadətliyini, necə imana gəldiyini yaz.

Möhtərəm oxucu!

Biz ölümdən dirilmiş Rəbbə şükür edirik ki, sən dua edərək, səylə Məsihin Müjdəsini araşdırmağı başa çatdırmısan. Dua edirik ki, Rəbb İsa sənə bütün yollarında xeyir-dua versin və sənin vasitənlə çoxlarına xeyir-dua versin. Bizə özün haqqında xəbər göndərsən, çox şad olarıq. İmanla bağlı suallarına cavab verməyə çox məmnun olarıq. Matta Müjdəsinin şərhini oxuyub tamamladığına görə səni təbrik edir və inanırıq ki, bu kitab sənə əbədi xəzinə əldə etməkdə kömək olub. Bizə yaz. Ünvanımız budur:

Waters of Life
P.O.Box 600 513
70305 Stuttgart
Germany

Internet: www.waters-of-life.net
Internet: www.waters-of-life.org
e-mail: info@waters-of-life.net

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:22 AM | powered by PmWiki (pmwiki-2.2.109)