Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 264 (The Burial of Christ)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

30. Məsihin dəfn olunması (Matta 27:57-61)


MATTA 27:57-61
27:57 Axşam düşəndə İsanın şagirdi olmuş varlı bir adam – Yusif adlı bir Arimateyalı gəldi. 58 O, Pilatın yanına gedib İsanın cəsədini istədi. Pilat da cəsədin ona verilməsini əmr etdi. 59 Yusif cəsədi alıb təmiz bir kəfənə bükdü. 60 Onu qaya içində qazdığı öz yeni qəbrinə qoydu və qəbirin ağzına bir iri daş yuvarlayıb getdi. 61 Məcdəlli Məryəm və o biri Məryəm orada, qəbirin qarşısında oturmuşdular.
(Qanun. 21:22-23)

Burada Yusif adında Arimateyalı varlı bir adam peyda olur. O, soylu bir adam idi, dini məclisin üzvü idi və yəqin ki, Məsihə qarşı səs verməkdən imtina etmişdi, çünki Allahın qüvvəsi ilə şəfa verən bu Adama çox böyük hörməti var idi. Yusif hiyləgər baş kahin Qayafanın hərəkətlərinə hiddətlənirdi. Yüksək mövqeyinə görə Yusif, Vali Pilatın qəbuluna düşə bildi və Pilatdan İsanın cəsədini istədi. Bununla Yusif dini məclisə qarşı çıxaraq, İsaya iman etdiyini bildirdi.

Dini məclisin başqa bir üzvü Nikodim də Yusifə və qadınlara qoşuldu və onlar birgə İsanın cəsədini çarmıxdan endirib, yudular, yağla məsh etdilər və bağladılar. Şənbə günü başlanmamış bu işi başa çatdırmaq üçün tələsirdilər. İsanın cəsədini Yusifin öncədən özü üçün hazırladığı yeni qəbrə qoydular. Beləcə cinayətkar kimi məhkum edilmiş İsa varlı adam kimi dəfn edildi.

İsanın ölümü gerçək idi. Ürəyi dayandı, qanı su ilə qana döndü. Nəfəsi kəsildi, bədəni soyuq və bərk oldu. Özünü qurban vermək üçün dünyaya gələn İsa bizim uğrumuzda öldü. Cəsədini qəbrə qoydular, vəhşi heyvanlardan qorumaq üçün qapını bağladılar, qəbirin ağzına bir iri daş yuvarlayıb qoydular.

Məsihin ölümü insan təxəyyülünün nəticəsi deyil idi. İsa yuxuya getməmişdi, ölmədən Allahın yanına yüksəlməmişdi. İsa çarmıxda öldü və cəsədi qəbirdə dəfn edildi. Onun ölümünün bütün başqa təsvirləri uydurmadır, yalandır.

İsa bu dünyada yaşadığı zaman nə evi, nə də başını qoymağa yeri olmadığı kimi, öldüyü zaman da Öz qəbri olmayıb! Bundan biz Onun nə qədər yoxsul olduğunu öyrənirik. Lakin burada bir sirr var: qəbir günahkar insanların mirasıdır (Əyy. 24:19). Bizim günahımızdan və qəbrimizdən başqa heç nəyimiz yoxdur. Biz qəbrə düşəndə, bizə məxsus olan yerə qayıdırıq. Lakin Rəbbimiz İsanın günahı olmadığından, qəbri də yox idi. O, başqasının günahı üçün öldüyünə görə, başqasının qəbrinə dəfn edilməli idi. Yəhudilər Onun qəbrinin pis adamların, yanında çarmıxa çəkilən quldurların yanında olmasını istəyirdilər, lakin Allah bu planlarını pozdu və elə etdi ki, İsa “dövlətli adamın yanında dəfn olundu” (Yeş. 53:9).

Axşam saat altıda Pasxa başlandığından, yəhudilər evlərinə tələsdilər. Saat altıdan sonra işləmək yaxud hansısa iş görmək qadağan idi. Qanuna əsasən, ölünü dəfn etməkdə iştirak edən adam murdar sayılar və Pasxa bayramını qeyd edə bilməzdi. Burada biz bir daha Qanunun zəifliyini görürük. Çünki çarmıxa çəkilmiş Olanı qəbul edən hər kəs pak sayılar, Məsihin bədənini yeyən həyata nail olar, qanını içən əbədi olaraq təmizlənər!

DUA: Ya Rəbb İsa Məsih, Sənə səcdə edirik, çünki Sən həqiqətən öldün, qaya içində qazılmış qəbirdə dəfn olundun və cümə günü quzular kəsilən anda Pasxa Quzusu olaraq canını qurban verəndən sonra şənbə rahatlığına qovuşdun. Sənə səcdə qılırıq, çünki Sən həqiqi Allah Quzususan. Sən Pasxanın bütün tələblərini yerinə yetirdin, Sənin qanın bizi Allahın qəzəbindən qoruyur. Biz Səni sevirik, Sənə xidmət edirik, özümüzü Sənə həsr edirik və yalnız Sənin müqəddəs adını ucaltmaq istəyirik!

SUAL:

  1. İsanın dəfnindən nə öyrənirsən?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:19 AM | powered by PmWiki (pmwiki-2.3.3)