Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 263 (Witnesses for the Death of Christ)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

29. İsanın öldüyünü görən şahidlər (Matta 27:54-56)


MATTA 27:54-56
27:54 İsaya nəzarət edən yüzbaşı və onunla birlikdə olan əsgərlər zəlzələni və baş verən şeyləri gördükdə «doğrudan da, bu Adam Allahın Oğlu idi» deyərək dəhşətə düşdülər. 55 Orada olub-keçənlərə uzaqdan baxan bir çox qadın var idi ki, xidmət etmək üçün Qalileyadan İsanın ardınca gəlmişdilər. 56 Məcdəlli Məryəm, Yaqub ilə Yusifin anası Məryəm və Zavdayın oğullarının anası da onların arasında idi.
(Luka 8:2-3)

Romalı yüzbaşı bilirdi ki, İsa küfrdə, Özünə yəhudilərin Padşahı və Allahın Oğlu adlandırmaqda ittiham olunaraq çarmıxa çəkildi. Lakin bu yüzbaşı çarmıxın yanında durarkən nə gördü?! Cinayətkarın ölümü deyil idi bu! Ölən Adamın böyük şəxsiyyət olduğu bəlli idi. O, iki dəfə duada Allaha “Atam” demişdi. Düşmənlərinə, Onu çarmıxa çəkənlərə lənət oxumamış, Ona istehza edənlərə hiddətlənməmişdi. Axırda yüzbaşı “Bu Adam, doğrudan, Allahın Oğlu imiş” deyə heyrətlə nida etdi. Bu bütpərəst yüzbaşı çarmıxa tamaşa edərək İsanın Allahın Oğlu olduğunu dərk edən və açıqca iqrar edən ilk insan idi.

Əvvəllər İsanın paltarı üçün püşk atan əsgərlər də günəş işığının gəlməməsindən, güclü zəlzələdən, çarmıxa ölən Xilaskarın şəxsiyyətindən təsirlənib, öz komandirinin iman iqrarını təkrarladılar “Doğrudan da, bu Adam Allahın Oğlu imiş!”

Ancaq İsanın son sözlərinin şahidi təkcə romalı və yadellilər deyil idi. Başçı kahinlər gedəndən sonra, bir neçə qadın cəsarətlənib böyük kədər və ehtiramla çarmıxa yaxınlaşdılar. Onlar uzaq Qalileyadan İsanın ardınca gəlir, ianələri ilə Ona xidmət edir, yemək bişirir, paltar yuyur, tam müqəddəslik və paklıqla Məsihin şəxsiyyətinə və ilahi qüdrətinə yaxın olmağa çalışırdılar.

Xəstəliklər və cinlər üzərində hökmran olan İsanın çarmıxda ölməsi qadınların ağlına sığmırdı. Lakin o qadınlar çarmıxın yanında gördüklərini, eşitdiklərini, şahid olduqlarını dəqiq şəkildə qeyd etdilər. Məsihin çarmıxda söylədiyi sözləri, başçı kahinlərin və əsgərlərin dediklərini biz məhz o qadınların şəhadətindən bilirik. Qadınlar Məsihin ölümünün şahidi idilər. Onların dördünün adlarını bilirik. O qadınların şəhadətləri sayəsində bilirik ki, qadınların da Səmavi Padşahlıqda önəmli rolu var. Onlar olmasaydı, bu gün padşahların Padşahının ölümü barədə təflisatlı məlumatımız olmazdı.

DUA: Sənə şükürlər olsun, ya Rəbb İsa Məsih, çünki Sən yüzbaşının ürəyini açdın və o Sənin ilahiliyini dərk etdi, Sənin Allahın Oğlu olduğunu iqrar edən ilk bütpərəst oldu. Qalileyadan Sənin ardınca gələn, Sənə xidmət edən o möhtərəm qadınlara görə də şükür edirik; onlar çarmıxın yanında dayandıqları üçün Sənin o lənətli və dəhşətli çarmıxdakı son dəqiqələrindən təfsilatlı məlumatımız var. O qadınlar Sənin ölmədən öncə söylədiyin məhəbbət, iman və ümid dolu sözlər barəsində şəhadət etdilər. Bizim üçün hazırladığın xilas haqqında şəhadət etməyi Kişilərlə bərabər qadınlara da tapşırdığına görə sevinclə Sənə həmd edirik!

SUAL:

  1. Məsihin çarmıxa çəkilməsi olayında qadınların oynadığı rol nə idi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:19 AM | powered by PmWiki (pmwiki-2.3.3)