Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 265 (The Tomb Sealed and Guarded)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

31. Qəbirin möhürlənməsi və qorunması (Matta 27:62-66)


MATTA 27:62-66
27:62 Ertəsi gün, yəni Hazırlıq günündən sonrakı gün başçı kahinlərlə fariseylər Pilatın yanına toplaşıb 63 dedilər: «Ağa, biz xatırlayırıq ki, o yalançı hələ sağ ikən “üç gün sonra diriləcəyəm” demişdi. 64 Ona görə də əmr et ki, üçüncü günə qədər qəbirin təhlükəsizliyi qorunsun. Yoxsa şagirdləri gəlib Onu oğurlayar və xalqa “O, ölülər arasından dirildi” deyərlər. Axırıncı yalan birincisindən daha pis olar». 65 Pilat onlara dedi: «Bir dəstə keşikçi götürün, gedin, bacardığınız kimi qəbirin təhlükəsizliyini qoruyun». 66 Onlar gedib qəbirin qarşısında keşikçi dəstəsi qoydular və qəbir daşına möhür basdılar. Beləliklə, qəbirin təhlükəsizliyi qorundu.
(Mat. 20:19; Mark 15:42)

İsa şagirdlərə ölümdən diriləcəyini dəfələrlə söylədiyinə baxmayaraq, şagirdlər bu sözünü anlamamışdılar. Fariseylər və ilahiyyatçılar da bunun mümkünlüyünə inanmırdılar. Onların ağlına gəlmişdi ki, şagirdlər İsanın ölü cəsədini oğurlayıb, Müəllimlərinin dirildiyini elan edə bilərlər. Yəhudi xalqının başçıları Həqiqət Ruhunda yaşamadıqları üçün, İsanın ardıcıllarını yalançı bilmişdilər, çünki özləri yalançı idi və hər kəsi özlərinə görə mühakimə edirdilər.

İsanı mühakimə edən adamlar skeptik idilər. Onun üç gün sonra ölümdən diriləcəyinə dair sözlərinə görə qəbrin möhürlənməsini və keşikçi dəstəsinin qoyulmasını əmr etdilər. Ölünün qaçmaması üçün qəbri qoruyan keşikçilər, həqiqətən, son dərəcə gülünc bir mənzərədir!

İsanın çarmıxına etiraz edənlər elə bir hekayə uydurublar ki, guya İsanın yerində başqa bir adam edam edilib və qəbrə qoyulub. Ağlı başında olan hər kəs bu hekayəyə güləcək. Məgər İsanın çarmıxının yanında duran anası çarmıxa çəkilmiş adamın kim olduğunu tanımaya bilməzdimi? Məgər Onun cəsədini çarmıxdan endirənlərin hamısı həmçinin Onu tanımayıb?

Bu iddialar əsassızdır, məntiqsizdir, Məsihin çarmıxa çəkilərək ölməsi həqiqəti qarşısında acizdir. Bu cür yalanları yayan adamlar Allahın surətini təhrif edir və Allaha günah edirlər. Məsihilərin inancı nöqsansızdır, çünki məsihilər şahidlərin öz gözləri ilə gördükləri Məsihin ölümünə inanırlar. İsanın çarmıxa çəkilməsi həm yəhudilər, həm də romalılar tərəfindən təsdiqlənmiş, tarixi mənbələrdə qeyd olunmuş, əsrlər boyunca nəsildən-nəslə ötürülmüş faktdır. Başqa bir adamın deyil, məhz Məsihin çarmıxa çəkilməsi dəfələrlə təsdiq olunub. Məsih həqiqətən öldü və dəfn edildi.

DUA: Ya Rəbbim, Xilaskarım, Sən ölümün acısını çəkmisən, qaranlıq qəbrə qoyulmusan. Sən məndən öncə qəbrimə daxil olmusan ki, mən qorxmayım, ölüm vaxtı gələndə tənha olmayım, Səninlə üz-üzə gəlim. Bütün təqsirlərimi bağışladığın, Öz həyatının toxumunu mənə yerləşdirdiyin üçün Sənə minnətdaram! Bəli, ölüm artıq mənə hökmran deyildir, çünki Sən Öz ardıcıllarının ölümə rəğmən yaşamaqlarını təmin etmisən! Sən qalib qələn Vasitəçimiz və Nicatkarımızsan və Sənin ölümünün sayəsində biz əbədi yaşayırıq!

SUAL:

  1. İsanın ölümündən sonra baş verən mühüm olaylar nə idi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:19 AM | powered by PmWiki (pmwiki-2.3.3)