Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 260 (The Official Blasphemy)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

26. Çarmıxa çəkilmiş İsaya qarşı edilən təhqir (Matta 27:39-44)


MATTA 27:29-44
27:39 Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq 40 «Ey məbədi dağıdıb üç gündə tikən! Əgər Allahın Oğlusansa, Özünü xilas et və çarmıxdan düş!» deyirdilər. 41 Başçı kahinlər də ilahiyyatçılar və ağsaqqallarla birgə eyni şəkildə İsanı ələ salaraq deyirdilər: 42 «Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir! İsrailin Padşahıdır, qoy indi çarmıxdan düşsün və biz də Ona iman edək. 43 Allaha güvənirdi. Allah Onu sevirsə, qoy indi xilas etsin! Çünki “Mən Allahın Oğluyam” dedi». 44 İsa ilə birlikdə çarmıxa çəkilən quldurlar da Onu təhqir edirdilər.
(Zəb. 22:8; Mat. 26:61; Yəh. 2:18)

Müqəddəs Olan çarmıxa mıxlanmış vəziyyətdə ikən bədəninin ağırlığı altında cırılan əzələlərin ağrısından əzab çəkdiyi zaman, bütün cəhənnəm qüvvələri Ona hücum etdi. Şər qüvvələri İsanın çarmıxda xilas işini tamamlamasına mane olmağa çalışdılar. Yəhudi xalqı başçıları ilə birlikdə şeytanın dediyini təkrar edirdi: “Əgər Allahın Oğlusansa, çarmıxdan düş!” Onlar sanki İsaya belə deyirdilər: “Sən bu rüsvayçı çarmıxından düş, onda biz Sənin ilahiliyinə iman edəcəyik”. Amma bu, yalan idi. İsa onların dediyini etsəydi belə, Onu qəbul etməz, Onun Allah olması fikri ilə barışmazdılar. Məsih çarmıxda ikən dəhşətli istehzaları, çarmıxdan düşməsi şərti ilə Ona iman edəcəyinə dair vədləri eşitməyə məcbur oldu! Şübhəsiz, bu şərt şeytandan idi, şeytan başlanğıcdan İsanın xilas işinə mane olmağa çalışırdı. İsa çarmıxdan düşsəydi, şeytanın iradəsinə görə hərəkət edərdi və bizim xilasımız, Allaha dönməyimiz qeyri-mümkün olardı.

Camaatın istehzalarından aşkar olur ki, İsa açıqca Allahın Oğlu olduğunu elan edib. Onun çarmıxının yanında keçən adamlar İsanın dediyi kimi həqiqətən İnsan olduğunu və eyni zamanda doğulmuş, amma yaradılmamış, Səmavi Ata ilə eyni varlığa malik olan Allah olduğunu təsdiqləyiblər. Bu açıq şəhadətə qarşı etiraz etməyə cürət edən adam Məsihin qüdrətini, möcüzələrini inkar etmiş olur, Onun əziyyətlərinin və ölümünün Allahla barışmağımız üçün əhəmiyyətini inkar edir. Bundan əlavə, belə adam İsanın həqiqətini və ölümdən dirilməsinin gerçəkliyini tanımaq istəmir.

Yəhudilər İsanın Allahın Oğlu olduğuna inanmadılar və Allahın Onu çarmıxda ölməkdən azad etməsini də gözləmədilər. Onlar Allahın Özünü sınağa çəkir, sevimli Oğlunun köməyinə yetişib əzablardan xilas etməyə çağırırdlıar. İblis necə də hiyləgər surətdə Məsihi sınağa çəksinlər deyə insanları aldadır, əzəldən hazırlanmış olan xilas planını pozmağa cəhd edirdi.

Quldurların başçısı imiş kimi iki qurdur arasında ölmək İsa üçün rüsvayçılıq idi. Müqəddəs həyat sürən İsa ölümündə quldurlara tay tutuldu. Biz müqəddəs sayılaq deyə, O, uğrumuzda ən pis günahkar sayılmışdır!

İsanı çarmıx ölümünə gətirən Allah məhəbbəti idi. O xudbin deyil idi, Özünü düşünmədi. Əksinə, ürəyinin arzusu itmişləri, biçarələri xilas etmək idi. İsanın bütün işləri: göydən enməsi, günahkarların arasında yaşaması, möcüzələri və s. fədakarlıq və məhəbbət doludur. Amma iblis, cinə tutulmuş başçıları Məsihi rüsvay etməyə, “Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir!” deyə qışqırmağa sövq edirdi. Məsih Özünü xilas edə bilərdi, lakin bizi sevdiyinə görə çarmıxda öldü. O Onu ələ salanları belə sevdi və günahlarını bağışladı. İsanın çarmıxdan düşdüyünü iddia edən hər kəs şər qüvvələrin təsiri altındadır, çünki çarmıxa çəkilmiş İsasız xilas yoxdur! Bəs sən çarmıx haqqında nə düşünürsən?

DUA: Ey Səmavi Ata, biz ona sevinib şadlanırıq ki, Sənin vahid Oğlun müqəddəs məhəbbətdir! O heç vaxt şərə təslim olmayıb, xudbinliyə yer verməyib, Onu ələ salanlara qarşı deyinməyib. O bizi çarmıxda sarsılmaz məhəbbəti ilə xilas etdi. Təqsirlərimizi bağışla və məhəbbətinlə bizi doldur ki, biz Sənin lütfünə bağlı olaq və Oğlunun surətinə dəyişilib bütün təqsirkarları sevək. Qoy biz Sənin müqəddəs adını izzətləndirək, səbirlə şükür edərək xidmətkar həyat sürək və vahid Xilaskarımız İsanı ucaldaq!

SUAL:

  1. Yəhudilərin İsaya etdiyi istehzaların mənası nə idi?

www.Waters-of-Life.net

Page last modified on September 23, 2023, at 10:22 AM | powered by PmWiki (pmwiki-2.3.3)