Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 255 (The Choosing of an Insurgent)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

21. Xalq qiyamçını seçir, İsanın isə çarmıxa çəkilməsini tələb edir (Matta 27:15-23)


MATTA 27:21-23
21 Vali onlardan soruşdu: «İkisindən hansını sizin üçün azad etməyimi istəyirsiniz?» Onlar da «Barabbanı» dedilər. 22 Pilat onlara «Elə isə Məsih deyilən İsaya nə edim?» dedi. Onların hamısı «Çarmıxa çəkilsin!» dedilər. 23 Vali «Axı O nə pislik edib?» deyə soruşdu. Onlarsa «Çarmıxa çəkilsin!» deyə daha ucadan bağırdılar.

Pilat vali kürsüsündə oturub iki müttəhimlərdən birini azadlığa buraxmaq barədə qərar verməli idi. Barabbanı millətin azadlığı uğrunda mübarizə aparan böyük qəhrəman sayan camaatın bir ağızdan Barabbanın buraxılmasını tələb etməsi valini xeyli təəccübləndirdi və hiddətləndirdi.

Pilat bilirdi ki, təqsirsiz adamı öldürmək düzgün və müdrik iş deyildir. O, yəhudi xalqına öz fikrini bildirdi və İsaya kömək etmək məqsədilə camaatın dini hissləri ilə oynayıb Onu “Məsih deyilən İsa” adlandırdı.

O anda camaatdan ilk dəfə dəhşətli qışqırıq qopdu: “Çarmıxa çəkilsin!” Sonra kahinlər xalqı qızışdırıb, təkrar-təkrar bu sözləri qışqırmağa sövq edə bildilər.

İsa təntənə ilə Yerusəlimə daxil olanda camaat Onu alqışlarla salamladığı vaxt adama elə gəlirdi ki, İsanın heç düşməni yoxdur. İndi isə Pilatın önündə düşmən qışqırıqlarından başqa heç nə eşidilmirdi və adamın inanmağı gəlmirdi ki, İsanın bircə dostu ola bilər.

Xalqın İsanı çarmıxa çəkdirmək tələbi təkcə ədalətsiz olduğuna görə deyil, həm də onun özünün ədalətsiz hakim kimi ittiham edilə biləcəyinə görə Pilatın xoşuna gəlmirdi. O, yəhudilərdən müttəhimin təqsirinə dair açıq sübut vermələrini tələb etdi, amma onlar İsanın bircə pis işini, yaxud kəlməsini dilə gətirə bilmədilər. O zaman camaat əsrlər boyunca çox istifadə olunan üsula əl atdı – iğtişaş salıb “Çarmıxa çəkilsin! Çarmıxa çəkilsin!” – deyə bağırdı.

DUA: Ya Rəbb İsa, Sən Haqq olan Məsihsən. Xəstələrə şəfa verdiyin, ölülərini diriltdiyin, içindən cin qovduğun xalqın önündə dinməz dayanmışdın. O xalq, bütün bu yaxşı əməllərinə, möcüzələrinə görə Sənə şükür etmədi. Səni müdafiə etmək əvəzinə nifrət etdilər. İctimai rəydən qorxan, kahinlərdən çəkinən camaat öz xalqının sədaqətsizliyini boynuna almaqdansa Səni çarmıxa çəkdirdi. Sən bizə kömək et ki, sınaqlarda Səni tərk etməyək, müdrikliklə Sənə şəhadət edək! Qoy biz yalan, kin və nifrət içində Sənin həqiqətini müdafiə edək və daima Sənə sadiq qalmaq üçün lütfündən güc tapaq!

SUAL:

  1. Yəhudilər İsanın məhkum edilməsi üçün Onu siyasi bir cinayətdə təqsirləndirməyə necə müvəffəq olmadılar?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:18 AM | powered by PmWiki (pmwiki-2.2.109)