Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 254 (The Choosing of an Insurgent)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

21. Xalq qiyamçını seçir, İsanın isə çarmıxa çəkilməsini tələb edir (Matta 27:15-23)


MATTA 27:15-20
15 Hər Pasxa bayramında valinin xalqın istədiyi bir məhbusu azad etməsi adət idi. 16 O günlərdə Barabba adlı məşhur bir məhbus həbsdə saxlanılırdı. 17 Beləliklə, onlar bir yerə toplaşdıqları vaxt Pilat onlardan soruşdu: «Sizin üçün kimi azad etməyimi istəyirsiniz? Barabbanı, yoxsa Məsih deyilən İsanı?» 18 Çünki bilirdi ki, onlar İsanı paxıllıqdan təslim etmişdilər. 19 Pilat hökm kürsüsündə oturarkən arvadı «o saleh Adamla sənin heç bir işin olmasın, çünki bu gün röyada Ona görə çox əzablar çəkmişəm» deyə xəbər göndərdi. 20 Başçı kahinlər və ağsaqqallarsa xalqı təhrik edirdilər ki, Barabbanın azad olmasını, İsanınsa ölümünü istəsinlər.
(Yəh. 12:19)

Barabba Romanın düşməni, qiyamçı və qatil idi. Ağsaqqalların İsaya qarşı nifrətini azaltmaq istəyən Pilat onlara çox çətin bir seçim vermişdi, çünki onlar Barabbanın azad olunmasını tələb etdikləri təqdirdə, Romanın düşmənlərinin tərəfinə keçirdilər. Beləcə Pilat xalqın ağsaqqallarını tələyə salmağa və eyni zamanda İsanı azad buraxmağa çalışırdı, çünki İsanın qiyamçı olmadığını, sülhpərvər, sevən Adam olduğunu bilirdi.

Valinin arvadı daha öncə Məsih haqqında çox şeylər eşitməmişdi. Onun Məsihi yuxuda görməsi qeyri-adi bir olay sayıla bilər. Yuxunun Allahdan olduğu bəlli idi. Bəlkə də Pilatın arvadı dinləri öyrənən mömin və şərəfli qadınlardan idi. Hər necə olsa, Allah təkcə dindar adamlara yox, Navuxodonosor kimi dinsiz adamlara da yuxuda Özünü tanıtmışdır.

Pilatın arvadı yuxuda saleh İsa ilə qəddar rəftar edildiyini, yaxud Onun ölümündə iştirak edənlərin qorxunc mühakiməsini görüb çox iztirab çəkdi. Onun konkret nə yuxu gördüyünü bilmirik, amma yuxunun son dərəcə əzablı olduğunu və qadını dəhşətə gətirdiyini bilirik.

Valinin arvadının şəhadəti Rəbb İsaya izzət verib. İsanı müdafiə edənlərin düşmən sayıldığı, təqib olunduğu bir zamanda bu qadın İsanı “saleh Adam” adlandırdı. Peter Məsihi inkar edərkən, Yəhuda Onu iqrar etdi. Başçı kahinlər İsanı ölümə məhkum edərkən, Pilat Onda heç bir təqsir tapmadığını elan etdi. İsanı sevən qadınlar uzaqda dayanmış ikən, Onu heç tanımayan Pilatın arvadı Onun dərdini çəkdi.

Allahın düşmənləri həqiqəti tapdalayan, dostları da inkar edən zamanlarda belə, Allah Özünü şahidsiz qoymaz.

Yuxarı vəzifəli şəxslərin əksəriyyəti kimi vali Pilat da ruhlara inanır və arxalanırdı, falçılara güvənirdi. Haqq olan Allahı tanımırdı, amma çoxlu allahlardan, müxtəlif əcinnə və ruhlardan qorxurdu. Lakin arvadı İsanın mərhəmət işləri barədə eşitmişdi və Onun tutulduğuna görə çox narahat idi. Gecə vaxtı Allah o qadına daha çox iztirab verdi və o hiss etdi ki, əri həyatında ən böyük xətaya yol vermək üzrədir. Ərinə ciddi xəbərdarlıq vermək üçün yanına qasid göndərməkdən belə, çəkinmədi, onu Allahın iradəsinə qarşı hərəkət etməkdən və gələcəkdə məhkum olub həlak olmaqdan qurtarmağa çalışdı.

DUA: Ey Səmavi Rəbb, böyük məhəbbətinin qarşısında baş əyirik, zira Sən vahid Oğlunu əsirgəmədin, bizim uğrumuzda ölməyə göndərdin və O bizi Səninlə barışdırdı. Sən hər an Oğlunla birlikdə idin, Onun əziyyətlərində, alçaldılmasında, Ona qarşı yalançı ittihamların səslənməsində Sən də Onun əziyyətlərinə şərik oldun. Onun düşmənlərini məhv etmədin, əksinə, sevdin və ona görə Oğlunu çarmıx yoluna yönəltdin. Bunu asiləri xilas etmək, günahkarlara salehlik bəxş etmək üçün etdin ki, onlar Müqəddəs Ruhun qüvvəsi ilə tövbə edib Sənə iman etsinlər.

SUAL:

  1. Niyə Pilat yəhudiləri Barabba ilə İsa arasında seçməyə məcbur etdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:18 AM | powered by PmWiki (pmwiki-2.3.3)