Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 151 (Jesus First Prediction of His Death and Resurrection)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)

l) İsa ilk dəfə ölümü və dilirməsi barədə danışır (Matta 16:21-28)


MATTA 16:21-23
21 Bundan sonra İsa şagirdlərinə danışmağa başladı ki, Özü Yerusəlimə getməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən çox əzab çəkməli, öldürülməli və üçüncü gün dirilməlidir. 22 Peter Onu bir kənara çəkib etiraz etməyə başladı: «Ya Rəbb, Özünə yazığın gəlsin! Bu əsla Sənin başına gəlməyəcək!» 23 Amma İsa dönüb Peterə dedi: «Çəkil qarşımdan, Şeytan! Sən Mənə mane olursan. Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən».
(Mat. 12:40; Mark 8:31-33; Luka 9:22; Yəh. 2:19)

Peterin məşhur iman iqrarından sonra İsa şagirdlərini, guya siyasi məsihi dövləti quracağı və dünyadakı bütün padşahların Ona tabe olacağına dair ümidlərindən azad etdi. O onlara açıqca bildirdi ki, xalq Onu rədd edəcək, yəhudi başçıları onlara qarşı sui-qəsdlərini gerçəkləşdirəcək. İsanı əzab-əziyyət və qorxunc ölüm gözləyir. Məsihin ölüm vaxtı yaxınlaşırdı və şagirdlərinin boş dünyəvi ümidləri sona yetmək üzrə idi.

O vaxtdan etibarən Məsih əziyyət çəkəcəyindən açıqca danışmağa başladı. O əziyyət çəkəcəyindən hələ bundan əvvəl xəbər vermişdi, “Bu məbədi dağıdın...” və “Bəşər Oğlu yuxarı qaldırılmalıdır” demişdi; lakin bundan sonra o artıq üstüörtülü şəkildə yox, açıqca danışdı. Əvvəllər şagirdlərinin zəifliyinə görə bu barədə danışmamışdı, çünki şagirdləri o qədər qəribə və kədərli həqiqətə tab gətirə bilməzdilər. İndi ki onlar imanda böyümüş, güclənmişdilər, İsa onlarla bu barədə danışmağa başladı. Məsih insanlara Öz iradəsini tədricən bildirir, Öz nurunu tab gətirdikləri dərəcədə verir.

Bu sözlər toyda partlayan qumbara kimi gözlənilməz oldu. İsa Özü Peterin şəhadət etdiyi kimi Allahın Oğlu olduğunu təsdiqləyəndə şagirdləri artıq Məsihlə birlikdə romalılar üzərində qələbə çalacaqlarını təsəvvürlərinə gətirdi. Elə o vaxt İsa birdən əzab çəkərək öləcəyindən söz açdı.

İsa peyğəmbərlik etməyə, Öz səlahiyyəti və əzəmətli zəfərinin həqiqətini göstərməyə davam etdi. O başqa adamlar kimi ölü qalmayacaq, üç gün sonra diriləcək və onlara bədəncə zühur edəcək; Onun Şəxsiyyətində Padşahlığının mahiyyəti aşkar olacaq.

Məsihin izzəti üstüpərdəli idi, ruhani planlarını bəşəri ağılla dərk etmək çətin idi. Peter Məsihin əzab-əziyyət çəkməsinin zərurətini anlaya bilmirdi, çünki bütün xalqı kimi o da Məsihin Allaha aparan yeganə yol kimi insanlar uğrunda qurban ölümünün zərurətini başa düşməmişdi. Peter öz şəhadəti ilə göylərin açarını əldə etsə də, bilməmişdi ki, göylərə daxil olmaq üçün açarı qoyacağı açar deşiyi çarmıxdır.

Peter əsəbiləşib İsanı kənara çəkdi. O İsaya “Rəbb” dediyi halda, Ona etiraz etdi: “Sən ölüm barədə düşünə bilməzsən! Biz Sənə ümid bağlamışıq ki, Sən dünyanı Özünə tabe edəcəksən, bəs Sən necə məğlubiyyət və ölümdən bu cür kədərli şeylər söyləyirsən?” Bəlkə də Peter İsanın sözünə axıracan qulaq asmamış, dirilməsindən dediyini eşitməmişdi. Ona elə gəlmişdi ki, ölüm yekə ağzını açıb az qala bütün ümidlərini udacaqdı. O var gücü ilə İsaya təsir etmək istədi, çarmıxa getməsin, əksinə, çarmıxdan imtina etsin deyə İsanı iqna etməyə çalışdı.

Şeytan səhrada İsanı üç dəfə sınağa çəkmişdi. Bu dəfə Rəbb tərəfindən bəxtiyar adlandırıldığına görə qürurlanan Peter şeytana xidmət etdi. İblis Peterin köməyi ilə İsanı çarmıx yolundan uzaqlaşdırmağa cəhd etdi. Ama İsa sınağaçəkənin səsini dərhal ayırd etdi və “Çəkil qarşımdan, şeytan! Sən Allahın fikrindən əksi olan insan ümidlərini gətirirsən!” deyib onu qovdu.

Çarmıx üzərində qurulmayan hər bir fikir batildir, şeytanidir. Çarmıxı Allaha aparan yeganə yol kimi qəbul etməyən hər kəs səhv edir!

Peterin bu cür məhkum edilməsi əhvalatı bir daha göstərir ki, İmanlılar Cəmiyyətinin əsası onun şəxsiyyəti deyildir, ancaq onun şəhadətində fəal olan Müqəddəs Ruhdur. İsa “baş həvarisi”ni təmizləyib biliyini dərinləşdirmək istədi, belə ki o bütün başqa həvarilərlə birgə Allahın Oğlunun ölmək üçün bəşər olduğunu dərk etsin. Məsih bizim əvəzimizə olan ölümü vasitəsilə saleh sayılmış günahkarlardan Öz Padşahlığını qurur və İsa Məsihin qanı olmadan Allaha yaxınlaşmaq qeyri-mümkündür.

DUA: Sənə səcdə edirik, ey müqəddəs Allah Quzusu, çünki Sən rahat və asan yol seçmədin, rüsvayedici çarmıx ölümünü seçdin. Səni sınağa çəkən Peterin dediyinə uymadın, lakin şeytana qadağan etdin. Bizi də səhv insan fikirlərindən azad et, gözlərimizi aç, qoy yeganə xilas ümidini Sənin çarmıxında görək, Sənin ölümünü Allahın günahlarımız üzərindəki qələbəsi kimi qəbul edək! Bütün günahlarımızı bağışla, qoy Sənin ölümünə sevinək və saleh sayıldığımıza görə şükür edək! Sənə iman edən hər kəsin xilası üçün Sənə alqışlar olsun! Həyatımız məhəbbətinə şükür ifadəsi olsun!

SUAL:

  1. İsanın Peterə şeytan deməsi nə mənaya gəlir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:54 AM | powered by PmWiki (pmwiki-2.3.3)