Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 145 (Four Thousand Fed)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)

h) Dörd min nəfərin doydurulması (Matta 15:29-39)


MATTA 15:29-31
29 İsa oradan çıxıb Qalileya gölünün sahilindən keçdi və dağın başına çıxıb orada oturdu. 30 Onun yanına böyük bir izdiham gəldi və özləri ilə birlikdə topallar, korlar, şikəstlər, lallar və daha başqa bir çoxunu gətirdilər. Onları İsanın ayaqları yanına qoydular və İsa onlara şəfa verdi. 31 Xalq görəndə ki lallar danışır, şikəstlər sağalır, topallar yeriyir və korlar görür, heyrətləndi və İsrailin Allahını izzətləndirdi.
(Mark 7:37)

İsa Qalileyanın səhrasında bir dağın başına çıxıb oturdu. O əvvəlki kimi Öz şəhərinə girə bilmədi, çünki fariseylər Onu təqib edir, xalqı Ona qarşı qaldırırdı. Biçarə adamlar şəfa tapmaq üçün Onun yanına gəlirdi. Məsih, xəstə dünyamız üçün yeganə ümiddir. İflic olanlar şəfa tapmaq üçün İsaya götürülmək istəyirdi, lallar dilləri açılsın deyə ümidlə Ona yaxınlaşırdı. Allahın məhəbbət Müjdəsi çoxları xilas etdi, Ona tərəf döndərdi və imanlarını möhkəmləndirdi.

Möhtac camaat, sadə insanlar gecə-gündüz İsanın yanına gəlirdi. Onlar İsanın getdikcə Qalileyadan uzaqlaşdığını görür və Ondan faydalanmaq istəyirdilər, bunun üçün səhrada ac qalmağa, əziyyət çəkməyə hazır idilər. Onlar Məsihdən qüvvə almaq üçün Onun yanında qaldılar. Bəs sən Məsihlə qalmaq üçün nə qədər vaxt sərf edirsən: bir neçə dəqiqə, saat, gün, yoxsa bütün ömrün boyunca Onunla ünsiyyətdə olmaq istəyirsən? Həqiqətən, Məsih olan yerdə Allahın qüvvəsi işləyib xilas edir.

Məsihin qüdrəti o qədər böyük idi ki, O hər növ xəstəliklərdən əziyyət çəkənlərə şəfa verirdi. İnsanlar xəstə qohumlarını, dostlarını Onun yanına gətirib ayaqları altına qoyurdular. Onların İsaya danışdığı sözlər yazılmayıb, lakin onları İsanın ayaqları yanına qoyduqlarını və İsanın onlara şəfa verdiyini oxuyuruq. Onların dərdi açıq-aşkar idi, bir söz deməyə gərək qalmırdı. Biz nə vəziyyətdə olursaq-olaq, yükümüzü Məsihin ayaqları yanına qoysaq, rahatlığa qovuşarıq. Məsih hər şeyi görür və eşidir. Biz hər şeyi Ona tabe etməli, Onun sərəncamına buraxmalıyıq. Məsihdən ruhani şəfa istəyənlər özlərini Onun ayaqları altına gətirməlidir ki, İsa onları Öz istədiyi kimi dəyişdirsin və məsləhət bildiyi kimi yönəltsin.

Məsihin yanına topallar, korlar, şikəstlər, lallar və başqa xəstələr gətirirdilər. Gör, Xilaskarımız nə edib! O bu işi hələ də davam etdirir, bəşəriyyətin bu düşmənləri üzərində qələbə çalır. Xəstəliklər o qədər növbənöv və çoxdur ki, insan ağlı bunların hamısının əlacını tapa bilmir. Lakin Məsihin əmri ilə bu xəstəliklərin hamısı yox olurdu. Rəbb “Kəlamını göndərib onlara şəfa verdi” (Zəb. 107:20).

SUAL:

  1. Niyə Məsih hər növ xəstəlikdən əziyyət çəkənlərə şəfa verməyə qadirdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:53 AM | powered by PmWiki (pmwiki-2.2.109)